Bölmə
Misc | September 5th, 2008
Bir neçə gün idi ki, başımız Dalğa Gənclər Hərəkatının saytını bərpa etməklə məşğul idi. Ona görə də mən və otaq yoldaşlarımın yazılarını blogda çox nadir hallarda görmək olardı. Artıq dərslər başlayasıdı. Biz də öz fəaliyyətimizi əvvəlki vəziyyətinə gətirməyə başlayırıq. Ona görə də həvəsdən düşməyin, Önər Blog yenə də fəaliyyətini davam etdirəcək. Biraz gözləyin və səbr edin.
Bölmə
Misc | September 2nd, 2008
İl keçdi, ay dolandı, nəhayət Rəbbimizin biz insanlara ən böyük hədiyəsi olan Ramazan ayı yetişdi. Hamınızı bu ayın yetişməsi münasibətilə təbrik edirəm. Ramazan əlimizə düşən ən böyük fürsətdi. Günahlarımızı yumağa, hətta onları tərk etməyə, sevməyə, hörmət etməyə, Allahdan bağışlanmağı diləməyə, sevdiklərimizin əllərindən, gözlərindən öpməyə… Heç kəsə boş bir Ramazan keçirmək nəsib olmasın. İnanıram ki, insanlar bu ayı əllərinə verilmiş fürsət qədər dəyərləndirəcəklər. Mübarək Ramazan, diləyi ilə…Tanrı orucunuzu qəbul etsin.
Bölmə
Misc | August 19th, 2008
Əhval-Ruhiyyə:Sakit
Ateizm əslində nədir?
Ateizm sözü Yunancada “Tanrı” mənasına gələn “Theos”dan törəmişdir. Bu sözdən də “Tanrı inancına sahib olmaq” ya da “Tanrı´ya inanmaq” mənasına gələn theism anlayışı ortaya çıxmışdır. Ateizm sözü də İngiliscə “theism” sözünün başına “a” əlavə olunmuş halı olub Azərbaycan dilində “tanrı tanımazlıq” mənasına gəlməkdədir.
İnancsızlıq deyilincə dərhal ağla ateizm gəlməməlidir. Məsələn insanların çoxu inanc sahibi və bir dinə mənsub olmasına baxmayaraq digər dinləri rədd etməkdədirlər. Digərləri də eyni şəkildə davranmaqda, yalnız öz anlayışlarını müdafiə edərək qarşısındakı inanclarını inkar etməyə çalışmaqdadırlar.
Fəlsəfə tarixində dindar olmadığı halda Tanrı inancına sahib olan mütəfəkkirlər də vardır. Buna qarşı hal-hazırda çox sıx rast gəlindiyi kimi xüsusilə Qərb dünyasında görünüşcə dindar olduğu halda gerçəkdə Tanrıya inanmayan xeyli çox adam vardır. Bu vəziyyət gərək teizmin və gərəksə ateizmin təyin olunmasında bəzi çətinliklərin olduğunu göstərməkdədir.
Tanrı´nın varlığına inanan və bu inancını da ifadə edən adam mömin adlanır. Belə bir Tanrı anlayışına inanmayan adama isə ateist deyilir. Yəni bir mənada ateist, ilahi dinlərin ifadə etdiyi şəkildə, varlığının əvvəli və ya sonrası olmayan, kainatı yaradan və qanunlarını təyin edən, iradə və şəxsiyyət sahibi olan, hər şeyi etmə, bilmə və görmə qüdrətində olan, insanlara həyatı bəxş edən bir varlığa inanmayan adamdır.
Digər bir deyişlə ateist, həm düşüncə səviyyəsində həm də gündəlik həyatında söz mövzusu Tanrının varlığını rədd edən bununla birlikdə peyğəmbəri və axirət inanclarını da qəbul etməyən adamdır.
Davamını oxu…
Açar sözlər:
ateist,
atheist
Bölmə
Misc | August 14th, 2008

1. 150 metr uzaqda dayanan bir sərnişin üçün 2 sürücünün girdiyi çətin yarış nəticəsində pul qazanmağın nə qədər çətin iş olduğunu anlayırıq.
2. 25 nəfərlik avtobusa 50 nəfəri sığışdıraraq, xalqımızda birlik, bərabərlik kimi qavramların inkişaf etməsinə kömək edirlər.
3. Avtobusa daha çox sərnişin yığmaq üçün maşını yavaş-yavaş sürəndə, şəhərimizi, ətraf məhəllələri daha çox tanımış oluruq.
4. Avtobus sürücüləri ilə apardığımız söhbətdə, taksi və kamaz sürücülərinin dələduz, yeganə namuslu adamların onlar olduğunu öyrənirik.
5. Səhərlər, yanımızda xırda pul olmayanda, avtobus sürücüsün dığdığları ayılmağımıza kömək edir.
6. Avtobusda “polnıy xod” verilmiş “qəmli mahnıları” eşitdikdə dünyada nə qədər dərdli insanların olduğunu anlayırıq.
7. Ayaqla 30 dəqiqəlik yolun, avtobusla 1 saat ola biləcəyinin praktikadakı sübutunu görmüş oluruq.
Açar sözlər:
Avtobus,
Bakı
Bölmə
Misc | August 12th, 2008
Saat 17.00,
Yenə hər kəsi şok edəcək hadisə, Dalğaçılar “Araz” kafedə yemək yedikləri yerdə polis tərəfindən həbs olunublar. Həbs olunanlar Səbail rayonu, 9-cu polis bölməsinə aparılıblar. Onlar piketə cəhd etməkdə, icazəsiz toplaşmaqda təqsirli bilinirlər.
Saat 14.05,
Məcəllədə “Çay içməyə cəhd” maddəsi olmadığı üçün, Dalğaçılar sərbəst buraxıldılar.
Saat 12.00,
5 nəfər Dalğaçı bulvardakı kafelerin birində çay içdikləri yerdə polis tərəfindən saxlanılıblar. Saxlanılanlar Səbail Rayonu,39-cu polis bölməsinə aparılıblar. Hal hazırda, onlardan izahat götürülür.
Bölmə
Misc | August 9th, 2008

Мы как “Онер Блог” и Молодежное Движение Далга поддерживаем территориальную целостность Грузии. Мы считаем что, Официальный Тбилиси обладает правом обеспечения своей территориальной целостности на основе международного законодательства, чем в настоящее время и занимается.
Araz Önər
Gecələr mənə səndən danışır,
hər addım başı.
Gəzdiyim qaranlıq küçələrin
səssizliyində.
Yazılmamış şeirlərimdən
misralar deyir,
Dilənməmiş arzularımdan
parçalar deyir,
gecələr mənə.
Soyuq bir qış gününün
rəsmini çəkir,
dadında biraz ətir, biraz qadınlıq
biraz da ölüm qoxan
o qızın gözlərindən danışır
sevgilisiylə görüşmək üçün
atasına dediyi yalan sözlərindən danışır
gecələr mənə.
Xoşbəxt olmaq üçün,dediyim yalanlardan
sevəcəyim qadınlardan, sənsizlik dolu
boş keçirdiyim zamanlardan
yaxşılardan, yamanlardan,danışır
gecələr mənə.
Tanrının mənə verdiyi cismə
etdiyim xəyanətin püskürüb çağlamasından
mələklərin günahlarıma baxıb ağlamasından…
Sənin cismin öldürdü məni
sevişdiyimiz yataqın
ölümsüzlüyündən danışır gecələr mənə…
Əhval-Ruhiyyə:Təəccüblü
Araz Önər 
Boykotun nə olduğunu artıq keçən yazıda otaq yoldaşım İlkin Əlisoy bildirmişdi. Amma ortada bir əmma var ki, bu boykot terminini praktiki olaraq analiz etmək çox çətin məsələdir. Teoriyada boykot adama çox asan gəlir. Məsələn, müəllim mənim xoşuma gəlmir, mən o müəllimin dərslərini boykot edərək, dərsinə girmirəm. Boykotun bu növü Azərbaycanda ən çox məşhurdur. Çünki demək olar ki, bütün universitetlərdə tələbələr müəllimləri dolayı yolla da olsa boykot edirlər. Özüm də dəfələrlər bu boykotistlərdən biri olmuşam. Və bunu teorik olaraq düşündükdən sonra praktikada tətbiq etmək qərarına gəlmişəm. Nəticəsi də bu olub ki, az qala universitetdən xaric olunurdum.
Bu gün, bir sıra müxalifət partiyaları boykotu teorik olaraq analiz etdikdən sonra boykot qərarı verdilər. Deyə bilərəm ki, seçkilərdə onsuz da ciddi bir uğur əldə etməyəcəyini gözlədiyim müxalifətin, təslim olacağını düşünmürdüm. Və ümumiyyətlə bunda ciddi səbəb də axtarıb tapa bilmədim. Bu sizin hər dəfə getdiyiniz , bizimsə hər dəfə döyüldüyümüz, həbs olunduğumuz, sonra da 1 ay depressiv əhval-ruhiyyə altında gəzişdiyimiz növbəti bir seçki olacaqdır. Bu proses maaşları verilməyən işçilərin aclıq aksiyası başlatmasına bənzəyir. Onsuz da maaş olmuyandan sonra, pul olmur, pul da olmayandan sonra da ac qalırsan. Daha pafosla mən aclıq aksiyasına başlayıram deməyin xeyri yoxdur. Hamı qıraqdan baxıb başa düşür. İndi bu muxalifətin də boykot qərarı verməsi mənim üçün, artıq müxalifətin məğlubiyyətlə barışmasına işarədir. Onsuz da Azərbaycanda demokratiya yoxdu, demokratiya yoxdursa azad seçki də yoxdur, azad seçki də olmayandan sonra siz yoxsunuz, daha burada “biz boykota gedirik” qərarını vermək nəyə lazım. Bu saat bütün ölkə boykotla məşğuldur. Oliqarxlar xalqı, xalq da özünü boykot edir. Bircə İlkin Əlisoyun başı Pekin Olimpiyadalarına qarışıb.
İlkin Əlisoy
Pekində keçiriləcək Olimpiya Oyunlarına az vaxt qalır. Onların ətrafında baş verən qalmaqallardan, Londonda, Parisdə, San-Fransiskoda və bir çox başqa yerlərdə keçirilən etiraz aksiyalarından yəqin ki xəbəriniz var. Amma gəlin bu məsələyə daha geniş baxaq.Getdik…
Məncə birbaşa məsələyə keçmək düzgün olmazdı. Olimpiya Oyunları tarixində kifayət qədər boykotlar olub. Bir nəzər salaq.
Boykot termini haradan gəlib?
19-cu əsrdə İrlandiyada Çarlz Boykot adlı malikanə rəhbəri var idi. O dövrün vəzifə sahiblərinin çoxu kimi eqoist birisi olaraq, təsərrüfat işçilərinin əmək haqlarını artırmamağa inadla dirəniş göstərirdi. Bunları görən camaat 1880-ci ildə etiraz əlaməti olaraq kütləvi şəkildə Boykotun yanına işləməkdən imtina etdilər.
Beləcə “boykot” termini ümumi isimə çevrilərək məşhurlaşdı və bütün sahələri əhatə etməklə, Olimpiya Oyunlarında da yaddan çıxmadı.
Davamını oxu…
Açar sözlər:
Pekin 2008,
Tibet