Monthly Archive for June, 2008

Möcüzələrin sonu: Türkiyə məğlub oldu

Əhval-Ruhiyyə:Kədərli & Təəssüflənmiş

Son zamanlarda futboldan belə çox yazmağıma baxmayın. Yazası şeylər çox idi. Amma bu son oldu.Möcüzələr Türkiyənin bugünkü məğlubiyyəti ilə sonlandı. Oyuna çox gözəl başlayan türklər əllərindən gələn hər şeyi etdilər. Amma olmadı. Alman maşını öz işini gördü. İlk qolu türklər vursa da, almanlar Şvayştangerin qolu ilə hesabı bərabərləşdirə bildilər. 79-cu dəqiqədə Klozenin qolu ilə almanlar hesabda irəli keçdilər. Hər şey bitdi deydiyimiz anda 86-cı dəqiqədə meydana yenə Semih çıxdı. Hesab bərabərləşdi. Sonumuzun sonu gəlmişdi, 90-cı dəqiqədə müdafiədə o kobud səhv olmasaydı. Bu dəfə alman müdafiəsinin ən vacib adlarından olan Lahm göründü. Almanlar türkləri, türklərin silahı ilə vurdular. Möcüzələrin sonu gəlmişdi, hakimin fiti ilə…

Yeri gəlmişkən, isveçli hakimin şərəfsizliyi almanlara çox böyük kömək etdi.

Link:

Qiymətləndir:
2.5

Yazıq Terim

İtaliyan idman qəzetlərindən Tuttosport , çərşəmbə günü Terimin Almaniya ilə oyuna cəzalılar və zədəlilər səbəbiylə meydana kimləri buraxacağının böyük maraq doğurduğunu yazdı. Xəbərə əsasən Terimin üçüncü qapıçı Tolga Zenginin hücumçu olaraq meydana çıxacağı gözlənilir.

Digər idman qəzeti LA GAZZETTA DELLO SPORT , Terimin meydana çıxaracağı 11 futbolçunu belə təxmine edir: Rüştü, Sabri, Zan, Hakan, Mehmet Topal,Uğur Boral, Ayhan akman, Aurelio, Kazım, Hamıt, Semih.

Link:

Qiymətləndir:
2.5

Türkləri məğlub etmək…

Dünən internetdə saytları gəzərkən, maraqlı bir şey oxudum. Bir alman forumunda “Türkləri necə məğlub etmək olar?” mövzusunda forum təşkil edilmişdi. Forumda çox qəribə və gülməli cavablar var idi. İndi o cavabları sizlərlə bölüşmək istərdim:

  • Türkləri məğlub etmək istəyən komanda qətiyyən ilk qolu vurmalı deyil.
  • Türkiyəyə rəqib olan komanda hesabda irəli keçərsə, türklərin heç pas verməyə vaxtları qalmamalıdır.
  • Türkiyə ilə oyunda oyunların vaxtı 90 dəqiqə olmamalıdır.
  • Hakimlərdən başqa, heç kəs saatdan istifadə etməməlidir. Heç bir türk oyunçusuna saat bildirilməməlidir.
  • UEFA qaydaları dəyişib, “bir komandanın iki qolu arasında ən az 1 dəyqə vaxt olmalıdı” qaydasını tətbiq etməlidir.

Sabahkı oyun maraqlı olacaq. Deyilənə görə Türk millisinin 3-cü qapıçısı Tolga Zengin hücumçu qismində meydana çıxacaq :). Bilmək olmaz, bəlkə də belə oldu…Amma yenə də mən Türkiyənin qalib gələcəyinə inanıram.

Link:

Qiymətləndir:
2.5

Elçibəy balaca adam olub

Elçibəy balaca adam olub

Azərbaycan necə ölkədir? Bu ölkə insanının ümumiləşdirilmiş obrazı nədir? Bu iki sual sizə asan gəlməsin. Adamı tank kimi əzir, altından çıxa bilmirsən. Yazılı ədəbiyyatımız yaranandan bu sualların peşindədir, amma hələ də ortaq bir cavab yoxdur ki, yoxdur.
Bir xalqı, bir ölkəni tanımaq üçün məncə, onun öndə olan insanlarına baxarsan. Onların hərəkətlərinə, davranışlarına, intellektlərinə, yaradıcı enerjilərinə.
Sarkozi tipik fransızdır. Yeltsin əsl rus idi. Fateh Terim türk oğlu türkdür. Elçibəy isə bir azərbaycanlı. Sadə, adi azərbaycanlı. Balaca adam…
Balaca azərbaycanlı kimsəyə nifrət bəsləmir. Qarışqa kimi cəfakeşdir. Xəyalpərvər, qonaqpərvər, həyatpərvərdir. Ölmək istəmir, bütün əzablarına rəğmən həyat eşqi ilə doludur. Balaca ürəyində bütün dünyaya sığmayacaq qədər sevgi, mərhəmət var.
Azərbaycanda balaca adamların nəsli kəsilmək üzrədir. İndi belələrini paytaxtda, iri şəhərlərdə, rayon mərkəzlərində tapa bilməzsiniz. Sonuncu balacalar Lerikin, İsmayıllının, Oğuzun, Astaranın, Yardımlının, Naxçıvanın dağlarına çəkilib, öz solğun və balaca həyatlarını yaşayırlar. Televizora, mobil telefona, kompüterə baxanda gözlərini döyürlər. Hər cür texniki tərəqqi qarşısında tərki-silah bir təbəssüm qonar dodaqlarına. Heyrətlə baxarlar. Nəvələrinin, məsələn, kompüterə toxunması onları uşaq kimi sevindirir, qorxudur, heyrətləndirir. Mobil telefonla danışan görəndə “bismillah” deyir, salavat çevirirlər. Evdə heç kim olmayanda hürkə-hürkə ayaqlarının ucunda yaxınlaşarlar nəvələrinin yanına. Onu sorğu-suala tutarlar. Nəvələr isə bilərəkdən şişirdilmiş, uydurulmuş cavablar verər onlara. Məsələn, deyərlər ki, kömputer çox qorxulu şeydir, adamın “kopya”sını çıxardır, onun əvəzinə düşünə, yaşaya, sevə bilir.
Balacaların çaşqınlığı, heyrəti ayrıca bir kefdir.
Heç bir təhsili olmayan atam 72 yaşında naqəfil məndən soruşmuşdu: “Deyirlər şeir yazırsan, hə?” “Hə”- demişdim və atamın yalnız indi bunu eşitməsi məni də heyrətləndirmişdi. “Hələ birini de görək”- deyə ərkyana söyləmişdi. Mənsə Sabirin bir şeirini oxumuşdum ona. İnanmışdı. Ləzzət eləmişdi. Və oğlunun bütün külliyyatından xatircəm köçmüşdü dünyadan.
Mirşahinin Elçibəylə “Təmiz söhbət”inə yəqin hamı baxıb. Ona şeirdən-zaddan sual vermişdi, şeir oxutdurmuşdu arıq-uruq Yardımlı balası. Amma birdən-birə şəhərli olmuşdu Mirşahin və demişdi: “… və siz prezident olmaq istəyirsiz?!” Elçibəy balaca adam idi. Belə şəhərli sancmalarının, meqapolis ironiyalarının fərqində deyildi. Tam səmimi: “Mən prezident olacam. Mən prezident olmadım ki…” - deyə cavab vermişdi Elçibəy, balaca adam. Hələ səsinin tonu…
Heydər Əliyev böyük adam idi. İlham Əliyev də balaca adam deyil. Televiziyada gördüyümüz, yanağından kərə yağı daman nazir və komitə sədrləri də zırpı adamlardı. Elçibəy hətta prezident olanda da böyümədi, balaca qaldı, balaca adamların yanında, ürəyində qaldı.
Onu bütün balaca adamlar sevirdi. O isə hamını.
Onun bığından, saqqalından, üzünün qırışlarından, ağzından çörək kimi ovxalanan sözlərindən, müsahibələrindən bir xeyli böyük adamlar, yekə siyasətçilər törədi. İndi yarısı hakimiyyətdə, yarısı müxalifətdə- böyük siyasətlə məşğul olurlar. Heç birisi balaca adamların yanında deyil. Biri-biriylə qapışa-qapışa böyüyüblər, div boyda olublar, zırpı-zırpı partiyaları, iddiaları var, böyük-böyük, müdrik-müdrik danışırlar. Onların içində Elçibəy yoxdur, balaca adamlar, balaca ürəklər yoxdur.
İsa Qəmbər böyük adamdır. Etibar Məmmədov, Əli Kərimli, Mirmahmud Fəttayev, Aqil və Arzu Səmədbəylilər böyük adamlardı.
Üfürə-üfürə yaşayan adamlara böyük adamlar deyirlər.
Köntöy, pinti, xeyirxah, sadəlövh, ürəyitəmiz adamlara isə balaca adam.
Qayıdaq yazımızın əvvəlinə.
Heç vaxt Azərbaycan və ya Azərbaycan insanı deyiləndə YAPozavrları gətirmirəm göz önünə. Balaca Azərbaycanın balaca adamlarını düşünürəm. Elçibəyi, Nəcəf Nəcəfovu, Hikmət Hacızadəni… Astaradakı Yədulla kişini, İsmayıllıdakı Həzəri, Lənkərandakı Bəhlulu…
Azərbaycan indi böyüyüb, nefti var, pulu var, qarınlı-qalstuklu nazirləri, məmurları, lotuları var.
Azərbaycan çoxdan akulalar ölkəsidir.
Amma bir zamanlar balaca adamlar vardı…
Elçibəy vardı…

Zahir Əzəmət

Link:

Qiymətləndir:
2.5

Uzaq yol

Orda bir yol var uzaqda;
O yol bizim yolumuzdur.
Dönməsək də, varmasaq da

O yol bizim yolumuzdur!!!

Elçibəyin mübarək olsun, millət!

Link:

Qiymətləndir:
2.5

Qəribə yazı

Bizim demədiyimiz sözləri bizdən sonra hələ deyəcəklər. Bəstələmədiyimiz musiqiləri bizdən sonra bəstələyəcəklər. Oxumadığımız kitablar bizdən sonra hələ yazılacaq.

Qəribədir 32 hərf var və bu hərflərə sığmayacaq qədər milyonlarla söz, 7 not var və bu notlara sığmayacaq qədər milyonlarla musiqi əsərləri. Sevgi də belədir. İki ürək var və bu ürəklərə sığmayacaq qədər hiss, duyğu…

Link:

Qiymətləndir:
2.5

Sözlərin əsl mənaları

Eşq : 1sait, 2 samit və 2 axmaqdan ibarət olan söz.

Nanosaniyə : Yolda işıqforun qırmızıdan yaşıla keçdiyi vaxt, arxadakı heyvanın siqnal verdiyi zaman sürəci .

Futbol : Qadınların ərləri yerinə xəbərsiz evləndikləri obyekt.

Hardware : Kompyuter proqram çoxluğundan ilişəndə, yumruqlanan hissə.

Müdir : İşə gecikəndə tez gələn, tez gələndə isə geçikən adam.

Şaiə : Səs sürətindən belə tez yayılan xəbər.

Ata : Təbiətin bizə hədiyyə etdiyi şəxsi bank.

Optimist : Ayağı sürüşüb çaya düşəndə, duş qəbul etməyə başlayan adam.

Diplomat : Sizə cəhənnəmi elə başa salar ki, ora getməyə can atarsınız.

Psixolog : Gözəl bir qız görəndə, qızı deyil, ona baxanları incələyən adam.

Komitə : Öz başlarına heç bir şey edə bilməyən və birlikdə heç bir şeyin edilə bilməyəcəyinə qərar vermək üçün bir araya gələn insanlar.

Link:

Qiymətləndir:
2.5

Nəsimi rayonu 22-ci polis bölməsi Çe Gevaranı axtarışa verib

Ernesto Çe Gevaranın ad günündə həbs olunmuş 20 nəfər artıq azadlıqdadır. Bircə Emin Hüseynovun vəziyyəti xarabdı. Polis Emini döyəndən sonra kəllə-beyin travması alan Emin gecəni Musa Nağıyev adına xəstəxanada keçirmişdi, elə indi də ordadı. Emin özünə axşam saat 9-10 radələrində gəlib. Və bu gün reanimasiya şöbəsindən palataya köçürülüb. Emini döyən polis işçisinin aqibəti isə hələ də naməlum olaraq qalır. Rəisin dediyinə görə, onun nömrəsinə zəng çatmır.

Rəis həm də həbs olunmuş gənclərdən Çe Gevara ilə harada və necə tanış olduqlarını soruşub və onun axtarışa verildiyini və tezliklə həbs olunacağını da çox əminliklə söyləyibmiş. Azərbaycan polisi hər şeyin üstəsindən gələr. Bir də gördün sabah bir Çe Gevara tapıb, həbs elədilər. Bilmək olmaz dünyanın işini.

Artıq bu ölkənin insanları çaşqınlıq içindədir. Cənubi Amerika və avropalı müəlliflərin yazdıqları etirazetmə mədəniyyəti ilə bağlı məqalələr Azərbaycanda işə yaramır. Bir dostumun dediyi kimi: ” Hoha var dağa qaldırır, hoha var dağdan endirir”. Görəsən Azərbaycanda necə etiraz etmək lazımdır ki, hoha məni dağa qaldırsın?

p.s. Onu da xatırladım ki, Emin Hüseynovun 2003-cü il , oktyabr hadisələrindən sonra boynundan travması var idi. Və aldığı xəsarət ciddi olduğundan bunun nəticəsi pis də ola bilərdi. Yenə də idman xoşbəxtliyi Eminin tərəfində oldu. Çe Gevara və Polis nəfəri isə hələ də axtarışdadır.

Link:

Qiymətləndir:
2.5

Nə sən varsan, nə də mən

Səhər Gün doğanda ertə çağından,
Sevgililər axışanda dəniz kənarlarına,
Sevişməkdən soyumayanda,
Sevgilərdən doymayanda,
O qayğısız sahillərdə
Nə sən varsan, nə də mən.

Uzaq diyarlardan məktub gələndə,
Gözyaşları damar ağ kağızlara,
Məşüqələr ağlayanda,
Məktubları saxlayanda,
O yadigar məktublarda
Nə sən varsan, nə də mən.

Payız yağışları örtər şəhəri,
Çətir yağışlardan qovar qəhəri,
Görüş yerlərində,
skamyalarda,
Ehtiraslı öpüşlərdə,
Nə sən varsan, nə də mən.

Ayrılıqlar bitirərkən sevgini,
Dul qadınlar sındırarkən güzgünü,
Qara məktub sətirləri,
Kipriklərdə çətirləri,
Erkən bitən sevgilərdə,
Nə sən varsan, nə də mən.

Link:

Qiymətləndir:
2.5

Colplay - Viva la vida

Bu gün Coldplay`ın yeni albomu olan Viva la vida`nı (Long Live Life - Yaşasın Həyat) aldım. Əvvəlki albomlardan fərqli olaraq bu albomda elektronik musiqiyə xas olan çalarlar var. Ümumilikdə albom çox professional və xoşagələndir. İndisə sizə albomdakı 10 mahnını öz zövqümə uyğul olaraq sıralamaq istərdim:

1.Viva la vida
2.Violet hill
3.42
4.Cemeteries of London
5.Lovers in Japan/Reign of Love
6.Strawberry swing
7.Lost
8.Death and all his friends
9.Yes
10.Life in Technicolor

Link:

Qiymətləndir:
2.5