Архив July, 2008

“Dalğa” 1 avqusta hazırlaşır.

Əhval-Ruhiyyə:Sakit

Dalğa Gənclər hərəkatı 1 avqusta hazırlaşır.Bu onunla bağlıdır ki, hərəkat 1 avqust gününü “Dalğa Günü” kimi elan edib və hər il ənənəvi olaraq bu gündə yeni layihələrlə, tədbirlərlə çıxış edir. Artıq bununla bağlı bu gün (28.07.2008) hərəkatda idarə heyətinin son iclası keçiriləcək və bütün suallara bu idarə heyətində sonra aydınlıq gətiriləcək. “Dalğa”-nın bu dəfə cəmiyyətə hansı layihəni təqdim edəcəyi hələ məlum deyil.Təqdim ediləcək layihələr arasında ”Təhsil Könüllüləri” və “Ata,məni məktəbə göndər” layihələri var. Qeyd edək ki, təqdim ediləcək layihə, idarə heyətində, səsvermə əsasında seçiləcək və 1 avqust günü layihənin icrasına start veriləcək. Layihənin donorları və informasiya dəstəyi barədə məlumat da həmin gün açıqlanacaq.

Dalğa GH-nın, Mətbuat koordinatorluğu

Link:

Qiymətləndir:
2.5

Комментировать »

admin 28.07.2008 в рубриках: Misc

Reklam və Blog

Əhval-Ruhiyyə:Sakit

Uzun zaman keçdikdən sonra, nəhayət ki, mən də bloguma Google Ads`lər əlavə etməyi qərara aldım. Düşündüm kİ, onsuz da işimiz gücümüz blog, bu tərəfdən yazdıqca, o tərəfdən də çay pulu gəlsin.

Blogdan pul qazanmaq asan iş deyil, amma qeyri-mümkün iş də deyil. Bunun iki yolu var. Birinci yolun adı offline-biznesdir. Qazancın bu yolu mənim blogum kimi, oxucuları az olan bloglar üçündür. Bu yol çox qazanc gətirmir. Çox nadir hallarda offline-bizneslə böyük qazanclar əldə edə bilərsiniz. Çox danışmayım, keçim işin təfərrüatına. Deməli, siz də mənim kimi Google Ads`dən blogunuza bir reklam çərçivəsi əlavə edirsiniz. Və blogunuza girən istifadəçilər bu reklam çərçivəsini kliklədikcə sizin Google Ads`dəki account`unuza 2-3 sent pul əlavə olunur. Account`unuzda 100 dollar pul yığıldıqdan sonra Google həmin pulları sizin adresinizə çek şəklində göndərir və yaxud da, əgər sizin hər hansısa bir bankda Master Card və ya Visa bazalı kartınız varsa pul həmin hesaba köçürülür.

Blogdan pul qazanmağın ikinci üsulu isə oxucuları çox olan bloggerlər üçün daha uyğundur. Bu da canlı biznesdir. Yəni hər hansısa bir şirkətin, saytın reklamlarını blogunuzda yerləşdirib bunun müqabilində pulunuzu alırsınız.

Sonda isə Rusdilli oxucularımıza bu məqaləni oxumağı məsləhət görürəm. Məqalənin müəllifi Temma Maynasdır. Temma məndən bir yaş böyükdür (19 yaşı var), amma valideynlərimdən çox qazanır :).
Məqalənin linki: http://tyomma.ru/mybusiness/

Link:

Qiymətləndir:
2.5

Комментировать »

admin 27.07.2008 в рубриках: Blogging

Online Kolxoz

Əhval-Ruhiyyə:Əla

Azərbaycanın ən böyük online kolxozlarından olan www.ilhamlaireli.az saytındakı saxtakarlığı üzə çıxarmaqla məşğul olan www.gallup.azeriblog.com saytı “AzeriBlog”un idarə heyəti tərəfindən bağlanılıb. Səbəb kimi isə saytın “AzeriBlog”un qaydalarına zidd olduğu göstərilir. “AzerBlogun” sahibi Fərhad Əsgərzadə “Azadlıq” radiosuna verdiyi müsahibədə bunları bildirib:“Bloqun sahibi özündən heç bir fikir, heç bir şərh verməyərək başqa saytın istifadəçilərinin şəkillərini yerləşdirib. Ona görə də saytın idarəçiləri bizə məktub göndərib xahiş etdilər ki, müəllif hüquqlarına riayət etmədiyinə görə bloqdakı məlumatı silək. Biz bloqdakı məlumatı silməyə icazəmiz olmadığına görə, istifadəçiyə məktub yazdıq ki, sayt sahibi razı deyil ki, onun saytının materialları başqa yerdə olsun. Əgər bloq sahibi həmin yazını silsə, bloq yenidən bərpa olacaq, silməsə hələlik bağlanmalıdır”.

www.gallup.azeriblog.com saytı bağlandıqdan sonra, ona alternativ olaraq www.azgallup.wordpress.com saytı açılıb. Ümüd edirəm ki, Wordpress Azeriblog kimi “zadniy”ə atmayacaq…

Link:

Qiymətləndir:
2.8 (1 person)

Комментировать »

admin 25.07.2008 в рубриках: Cızma-qara

Niyə Pekin olimpiyadası 08.08.2008-də başlayır?

Əhval-Ruhiyyə:Sakit

Yəqin Pekin olimpiyadasının 08.08.2008-də başlaması sizin də diqqətinizi cəlb etdi. Görəsən niyə görə Pekin olimpiyadası təqvimin məhz bu günündə başlayır? Ya da 08.08.2008 qıyıqgözlü, səfeh çinlilər üçün nə ifadə edir?

Əvvəlki blogumda çinlilərin uğurlu rəqəmləri barədə yazmışdım. Şanslı olanlar yəqin ki, oxuyublar. 8 (səkkiz) kanton bölgəsində “ba” olaraq tələffüz edilir və “uğur” mənasını verir. Eyni zamanda çinlilərin əlifbasında 8 (səkkiz) bu cürə “八” yazılır və sonsuzluq ifadə edir. Beləliklə, 8 (səkkiz) rəqəmi çox, çox, önəmlidir.

Çinlilər 8 rəqəmini harda gəldi işlədirlər. Yeri gəldi gəlmədi. Məsələn bir çinli qızla evlənəcək olsanız (ki, mən bunu heç kəsə arzulamıram) və Çində toy eləmək qərarına gəlsəniz başınıza hansı hadisələrin gəlməsini əvvəlcədən müəyyən etməlisiniz. Gəlini evindən aparmağa gələndə, qabağınıza uşaqlar çıxacaq, siz onlara ya 8 yuan, ya 88 yuan, ya da 188 yuan, əgər cibiniz doludursa 888 yuan verməlisiniz. Əgər 4444 yuan belə vermək istəsəniz, qızı sizə verməyəcəklər. Çünki 4 (dörd) çincə “si” kimi tələffüz edilir və eyni zamanda ölüm bildirir.

Axmaq çinlilər…Mənsə, sonda hər kəsi Pekin olimpiyadalarına baxmamağa çağırıram. Çünki insan haqqlarının təmin edilmədiyi bir ölkədə, olimpiyada etmək çox gülüncdü. Olimpiyada Azərbaycanda olsaydı heç bu qədər gülünc alınmazdı.

Link:

Qiymətləndir:
2.8 (1 person)

Комментировать »

admin 24.07.2008 в рубриках: Misc

Ən maraqlı transferlər

Əhval-Ruhiyyə:Əla

Futbolda transfer sezonu başlayar başlamaz, klublar öz heyətlərini yeniləməyə çalışır. Bu il çox bahalı transferlər olmasa da, çox maraqlı transferlər oldu. Bunlardan ən yaxşılarını sizin diqqətinizə çatdırmaq istərdim…

Ronaldinho - Barcelona > A.C. Milan
Makelele - Chelsea > P.S.G.
Guily - Roma > P.S.G.
RiiseLiverpul > Roma
Harry Kewel - Liverpul > Galatasaray
Fernando Meira - Stuttgart > Galatasaray
Dani Guiza - Mallorca > Fenerbahce
Flamini - Arsenal > A.C. Milan
Alexandr Hleb - Arsenal > Barcelona
Deco - Barcelona > Chelsea

Link:

Qiymətləndir:
2.5

Комментировать »

admin 23.07.2008 в рубриках: Futbol, İdman

Qəribə Meşə

Əhval-Ruhiyyə:Təəccüblü

Qəribə bir meşədəyəm
Qəribə bir peşədəyəm

Məmməd Araz

- Nə qəribə meşədəsən?
Meşə susub…
Zümzüməsi için-için,
Xəzəlləri qalıb çin-çin.
Nə qəribə peşədəsən?
Nəğmələrin pərən-pərən.
Bu meşədə ayıq dolan,
ehmal tərpən.

Читать полностью »

Link:

Комментировать »

admin 22.07.2008 в рубриках: Şeirlər

3 gündən sonra…

Əhval-Ruhiyyə:Təəssüflənmiş

3 gün ərzində, çox şey gördüm. Çox şey öyrəndim. Azərbaycandan kənara çıxmadığım üçün, öyrəndiklərim yalnız Azərbaycana aiddir. Çünki gördüklərim və öyrəndiklərim inanmıram ki Azərbaycandan savayı başqa bir ölkədə baş versin və s. və i.a.

Gördüm ki, bu ölkənin vətəndaşları arasında öz himnini sevməyən, himn çalınanda oturaq vəziyyətdə olan, və özüylə fəxr edənlər var.

Öyrəndim ki, bu xalqın qələbəyə ehtiyacı olsa da, ömür boyu qələbəyə həsrət qalmalıdı. Çünki qələbə bu xalqa spirtli içki kimi təsir edir. Qələbəyə sevinəndə həddindən artıq alkoqol qəbul etmiş insandan gələn qoxu gəlir bu xalqdan. Donuz xalqı deyirlər buna…

Gördüm ki, 2 manat pul qazanacaq deyə Bulvarda atları saatlarca susuz qoyan insancıqlar var. Yorğun atlara saatlarca vurulan qamçıları gördüm. Və susuzluğa və qamçıların ağrısına dözə bilməyib yerə yıxılan atları gördüm. “Cinayət və Cəza”nı oxuyanlar orada sərxoşların yazıq yabını necə öldürdüklərini xatırlasınlar. Eyni səhnə bizim bulvarımızda da baş verir hər gün. Sonra da erməniləri vəhşilikdə günahlandırmaq, ayıb deyil mi?

Və nəhayət məni özümdən iyrəndirən həmfikirlərimi daha yaxından tanıdım. Başqalarının dəyərlərini öz dəyərsizliklərindən üstün tutanları tanıdım…

P.S. şəkildəki Dalğa GH-nın üzvü Elvin Kazımlıdır.

Link:

Qiymətləndir:
2.8 (1 person)

1 комментарий »

admin 22.07.2008 в рубриках: Cızma-qara

Görüşənədək…

Əhval-Ruhiyyə:Xoşbəxt

Bu gündən istirahətə yollanıram, yazmağa imkan olmayacaq. Amma imkan olan kimi, maraqlı yenilikləri blogumda yazacam. Hər kəsə uğurlar. Gözəl bir yay keçirmək diləyiylə…

Link:

Qiymətləndir:
2.5

Комментировать »

admin 18.07.2008 в рубриках: Misc

Sagopa Kajmer

Əhval-Ruhiyyə:Əla

01. İntro
02. Ben Hüsrana Komşuyum
03. Bir Kulaç Daha Atsam Karadayım
04. Düşersem yanarım
05. İki Tanık
06. Gölge Haramileri
07. Bir Çıkar Yolum Yok
08. Sahibinin Sesi
09. Beyaban
10. Sonumuz Yakın Mesafe
11. Gördüklerime İnanmam Gerek
12. Vesselam
13. Tek başınalığın Yolcusu
14. Yakın ve Uzak
15. Düşenin Dostu Olmaz
16. Dessas
17. Kötü İnsanları Tanıma Senesi

Download Link

Link:

Qiymətləndir:
2.5

Комментировать »

admin 14.07.2008 в рубриках: Audio

Axtarış motorlarında bloguma keçidlər…

Əhval-Ruhiyyə:Gülməli

Bu gün, Wordpress`in Blog Stats pluginindəki statistik məlumatlara baxdım. Və axtarış saytlarından bloquma edilən açar sözlərini nəzərdən keçirtdim. Ən maraqlılarını sizlərlə bölüşürəm…:)

İmtahan sualları gizli.
bu qardaşımız və yaxud da bacımız, yəqin TQDK imtahanlarının gizli suallarını əldə etmək istəyibmiş. Kimsə ona deyib ki, internetdə nə istəsən tapa bilərsən, o da imtahan suallarıyla bağlı hörmətli GOOGLE müəllimə müraciət edib.

Ən solaxay adam.
Solaxay adam yəqinki hamımız görmüşük. Amma ən solaxay adamı kimdir? başım çıxmadı…

Sevgi smsləri.
Min dəfə demişəm, sevgi yazıb, mənim bloguma girməyin…başqa qapıya!

Mollalar üçün piano çalma kursları.
Bunu şərh etməyi sizin ixtiyarınıza buraxıram…

Ər axtarış sistemi.
Mən artıq potensial ərəm…:) Önər :)

İslama uyğun futbol formaları.
Qardaşımız şəriətə uyğun şalvarlı, cübbəli futbol oyanayan var mı deyə araşdırma eliyib, məni tapıb…:)

Adam yiyən uşaqlar.
Belə psixopatların blogumu ziyarət etməsini istəmirəm… :)

Link:

Qiymətləndir:
2.5

Комментировать »

admin 14.07.2008 в рубриках: Blogging