Əhval-Ruhiyyə:Darıxdırıcı & Rahat

Bu gün 2 aylıq aradan sonra yenə də Bakı Polisi məni və Dalğanın digər fəallarını həbs elədi. ATƏT-lə görüşə getdiyimiz yerdə, qabağımıza çıxan polis nəfərləri bizi dövrəyə alıb dayanmağımızı xahiş elədilər. Tezliklə yeni “FİAT”lar gəldi. Bizi həmin “FİAT”larda Səbail rayonu, 39-cu polis bölməsinə apardılar. Bizim arxamızca “AZADLIQ” radiosunun və “RATİ”nin əməkdaşlarını da saxlayıb polis bölməsinə gətirdilər. Lakin onlar tezliklə sərbəst buraxıldılar. İlk 2 saat mülayim “hava” şəraitində keçdikdən sonra, polis əməkdaşları yenə də əvvəlki sifətlərini göstərməyə başladılar. Yenə də, mənim saqqalıma, Raminin saçına, Vəfanın geyiminə, Pənahın bakenborduna mız qoyur, göyçək mentalitetlərini bizə “kaçatdayırdılar”. Biz də həmişəki kimi, sıfır reaksiya, elə bil qabağımda divar durub elə belə danışır. Divar danışıb qurtarandan sonra, bizdən izahat götürdülər, sonra isə protokol tərtib etdilər. Təbii ki, heç kəs protokola qol çəkmədi, elə buna görə də Ramini, Pənahi və Rövşəni məhkəməyə gətirdilər. Bizi isə nədənsə sərbəst buraxdılar. Məhkəmədə hakim “N” bizimkilərə xəbərdarlıq etdikdən sonra, bizimkilər sərbəst buraxıldı. Mən də həmin vaxt, aşağıdakı divarlarla danışırdım….
Link:
| 2.5 |

cay-zad necedir o mekanda? meslehetli yerdir, araz? men hec orda olmamisham
Nəinki Azerbaycan, hətta dünya polis bölmələrində saxlanmış şəxslərə çay təqdim edəcək qədər inkişaf etmiyib
noolsun ki?! zato biz bolmede lahmacunnan ayran i4mishik! :))) Araz da orda idi :))) amma terslikden lahmacun da istiotlu idi,agzimiz yandi… o da yeqin polislerin qargishi imish,ki bes sag yemeyesiz!
Araz,neujenni bele sku4ni ke4ib?! 
sizin seviyyeniz ele budur…butun gunu bir zibil eleyirsiz aparib basirlar iceri…camaat ise isin gorur….sizin axiriniz ele iceri olacaq ve bu dunyada size hele oda coxdu….guya demokratiyadasizda qizlariviz lut gezir kucede….
Sənin səviyyən elə nickindən görünür qardaşım
bu defe lap biyabirciliq oldu hec aksiyani kecirmeye icaze vermediler