Mirzə Ələkbər Sabir

Əhval-Ruhiyyə:Gülməli

Bakıda bir kənddə mühavirə
Kəndçi

Denilir “elm oxuyun” sözləri hər anda bizə,
Bunu təsdiq ediyor ayeyi-quran da bizə!

Axund

Hansı qurandır o ki, onda yazılmış bu xəbər?
Şiə mollası yazan türkicə quransa əgər,
Mən onun yazdığı qurana yavıq durmayıram,
Maşa ilə yapışıb, əl də belə vurmayıram.

Kəndçi

Xub, buyur sünin yazan bir neçə təfsiri oxu,
Elmin icabı üçün ondakı təqdiri oxu!

Axund

Oh, apar bir yana at sünin yazan təfsiri!
Başına dəysin onun tərcüməsi, təhriri!
Bizlərə molla filankəs yazan asar gərək!
Biz olaq ondakı məzmunə xəbərdar görək

Kəndçi

O yazıb: yer öküzün buynuzu üstündə durur,
Biz gərəkdir inanaq ki, kişi boylə buyurur?!

Axund

Buna şübhən də var?

Kəndçi

Əlbəttə, inanmam bu sözə!

Axund

Lənətullah, a gavur, şəkk ediyorsan öküzə?!

Link:

Qiymətləndir:
2.5

0 Responses to “Mirzə Ələkbər Sabir”


  1. No Comments

Leave a Reply