Əhval-Ruhiyyə: Məzəli & Kədərli

İslamda Qiyamət günü barədə belə bir məqam var ki, valideyn öz övladını tanımayacaq, hər kəs öz haqqını tələb edəcək. Çox uzağa getməyin, bu halları günümüzdə Azərbaycanda da görmək olar. Harda desəz, elə onda da çox uzağa getməyin Xarici Pasport verilmə məntəqələrində. Bu gün, səhər (09.07.2008) mən orada idim. Deyə bilərəm ki, Qiyamət günü gəlməsə də, orada əsl qiyamət var idi. Ata oğluna güzəştə getmirdi, toylarda bir yerdə yiyib-içən oğlanlar bir-birləri ilə dava edirdilər, qadınlar az qala saçyolduya çıxsınlar. Heç bir "zakon", heç bir "ponyatka" burda girmirdi. Əsl həsənsoxdu, məmmədbasdı idi. Bütün bunlar təbii ki, növbə üstündə idi. Burada mədəniyyətdən danışmaq istəmirəm. Çünki mədəniyyətdən əsər, əlamət yox idi. Bu məqamda mən öz xalqımı qınamaq da istəmirəm. Belə şey dünyanın hansı yerində olsaydı, elə həmin həsənsoxdu olacaq idi. Sözüm onda deyil. Sözüm ondadır ki, ay mənim "şərəfli" məmurlarım, bu məntəqələri heç olmasa 3-4 dəfə artırın, həm siz pulunuzu qazanın, həm də camaata rahat olsun. Daha niyə görə həm özünüz əziyyət çəkirsiniz, həm də camaata bu qədər əziyyət verirsiniz. Yoxsa ,olmaya, siz də, sado-mazoxistsiniz?
Link:
| 2.5 |

:)))))))) teze hec ne kesf edilmeyib! Ezilen insanlar basqalarini ezib tehqir etmek isteyirler! bu ovirin qarsisindaki novbelerde bizim sadomazoxist memurlarin ureyine yag kimi yagilir. onlar ozlerini onda daha znacimiy sayirlar
Adam lap hər şeyə nifrət edir… Məndə də bu problem yaşanmışdı… Üstündən 6 ay keçib amma yenə də eyni vəziyyətdi… Memurları qoyaq bir qırağa, bir dənə düzgün sırada durmaq nedi ki, onu bacarmırdılar…