Əhval-Ruhiyyə:Təəccüblü
Qəribə bir meşədəyəm
Qəribə bir peşədəyəm
Məmməd Araz
- Nə qəribə meşədəsən?
Meşə susub…
Zümzüməsi için-için,
Xəzəlləri qalıb çin-çin.
Nə qəribə peşədəsən?
Nəğmələrin pərən-pərən.
Bu meşədə ayıq dolan,
ehmal tərpən.
Ətrafdakı gül-çiçəyə
əl vurma heç!
Barıt qoxur, ürpənərsən,
çəkil, yan keç.
Daşa dönmüş pələngə bax,
dayan bir az.
Sinəsində nə yazıdı?
Çalın-çarpaz…
Gör nə deyir müqəvva şir:
- Bu qəribə meşə ki, var
Meşə deyil, başdan başa
bir nisgildir.
Bilmək olmur bu meşədə
Min bir oyun açan kimdir.
Tülkü kimdir,
Aslan kimdir…
Donquldayan,
Qaban kimdir?
Qovan kimdir, qaçan kimdir,
Sürünən kim, uçan kimdir?
Ağaclara yaxın durma.
Dəmirdəndi əzaları,
Neytrondur budaqları,
Hidrogendir qozaları.
Qoy dolaşsın bu meşədə
Hərzə-hərzə
söz satanlar.
Məsləkini tapdalayıb,
Yalanını düz satanlar…
Müqəddəsdir sənin peşən,
Nəğmələrin həzin, rəvan.
Xan Arazdan su içibsən,
Duru çağla zaman-zaman.
Bir gülşəndir sənin meşəm,
Çiçəkləri əlvan-əlvan,
Bu qəribə meşədə sən,
Xəyalən də olma bir an.
Nə qəribə meşədəsən,
Nə qəribə peşədəsən,
Nə qəribə nəşədəsən…
Mikayıl Məxfi
Link:
| 2.5 |

0 Responses to “Qəribə Meşə”
Leave a Reply