Əhval-Ruhiyyə:Əla
Azərbaycanın ən böyük online kolxozlarından olan www.ilhamlaireli.az saytındakı saxtakarlığı üzə çıxarmaqla məşğul olan www.gallup.azeriblog.com saytı “AzeriBlog”un idarə heyəti tərəfindən bağlanılıb. Səbəb kimi isə saytın “AzeriBlog”un qaydalarına zidd olduğu göstərilir. “AzerBlogun” sahibi Fərhad Əsgərzadə “Azadlıq” radiosuna verdiyi müsahibədə bunları bildirib:“Bloqun sahibi özündən heç bir fikir, heç bir şərh verməyərək başqa saytın istifadəçilərinin şəkillərini yerləşdirib. Ona görə də saytın idarəçiləri bizə məktub göndərib xahiş etdilər ki, müəllif hüquqlarına riayət etmədiyinə görə bloqdakı məlumatı silək. Biz bloqdakı məlumatı silməyə icazəmiz olmadığına görə, istifadəçiyə məktub yazdıq ki, sayt sahibi razı deyil ki, onun saytının materialları başqa yerdə olsun. Əgər bloq sahibi həmin yazını silsə, bloq yenidən bərpa olacaq, silməsə hələlik bağlanmalıdır”.
www.gallup.azeriblog.com saytı bağlandıqdan sonra, ona alternativ olaraq www.azgallup.wordpress.com saytı açılıb. Ümüd edirəm ki, Wordpress Azeriblog kimi “zadniy”ə atmayacaq…
Link:
| 2.8 (1 person) |

0 Responses to “Online Kolxoz”
Leave a Reply