Monthly Archive for July, 2008

Susan Prezidentlər və onların qorxusu

Əhval-Ruhiyyə:Rahat & Sakit

Önər blog olaraq mən və otaq yoldaşlarım qəribə bir araşdırma apardıq və belə bir nəticəyə gəldik ki:

  • Azərbaycanda prezidentliyə iddialı olan hər kəs LİDER TV-dən qorxur.
  • Azərbaycanda prezidentliyə iddialı olan hər kəs “mavi”lərdən qorxur.
  • Azərbaycanda prezidentliyə iddialı olan hər kəs hakimiyyətdən qorxur.
  • Azərbaycanda prezidentliyə iddialı olan hər kəs açıq siyasətdən qorxur.
  • Azərbaycanda prezidentliyə iddialı olan hər kəs uduzacağını bilir və prezident seçkilərini udmaqdan qorxur.
  • Azərbaycanda prezidentliyə iddialı olan hər kəs mitinqlərə apardığı yüzlərlə insandan qorxur.
  • Azərbaycanda prezidentliyə iddialı olan hər kəs, bir prezidentə lazım olan bütün müsbət xüsusiyyətləri qazanmaqdan qorxur.
  • Azərbaycanda prezidentliyə iddialı olan hər kəs, qorxur….

p.s. Azərbaycanda prezidentliyə iddialı olanların kumiri Barak Obamadır.  İlham Əliyevdən başqa. Onun kumiri sabiq prezident Boris Yeltsindir.

Link:

Qiymətləndir:
2.5

Görmədim

Əhval-Ruhiyyə:Rahat

Məmləkətin insanında mən mərifət görmədim,
Yıpranıb axan qanında düz niyyət görmədim.
Ah! Elmü-kitabi qoyub, üz tutdular şəriətə,
Əhli-sünnə, şiəsində, mədəniyyət görmədim.

Bildikləri, insanları istismar etmək gərək,
Seyyidləri, həciləri, bunla yutacaq çörək,
Qızının ver əlinə süd, bir də oyuncaq bəbək,
Məmurunda,düz şərəf,düz ləyaqət görmədim.

Kim sevər bunca şeydən sonra bu cür məmləkəti?
Nə vardır ziyalısı, nə şərəfi, nə də ləyaqəti,
Əhlü-elm olan, qaçıb, xaricdədir səadəti.
Mən gedib tez qayıdan insaniyyət görmədim.

Nə vardır Məmməd Əmin, nə də bir qəpik dəyəri,
Bir çoban var başda, əldə tutubdur yəhəri,
Bir qəpik pul qazanım deyə satır, göy-göyəri,
Sabirinə, Cəlilinə, verdi qiymət? Görmədim.

Link:

Qiymətləndir:
2.8 (1 person)

Mirzə Ələkbər Sabir

Əhval-Ruhiyyə:Gülməli

Bakıda bir kənddə mühavirə
Kəndçi

Denilir “elm oxuyun” sözləri hər anda bizə,
Bunu təsdiq ediyor ayeyi-quran da bizə!

Axund

Hansı qurandır o ki, onda yazılmış bu xəbər?
Şiə mollası yazan türkicə quransa əgər,
Mən onun yazdığı qurana yavıq durmayıram,
Maşa ilə yapışıb, əl də belə vurmayıram.

Kəndçi

Xub, buyur sünin yazan bir neçə təfsiri oxu,
Elmin icabı üçün ondakı təqdiri oxu!

Axund

Oh, apar bir yana at sünin yazan təfsiri!
Başına dəysin onun tərcüməsi, təhriri!
Bizlərə molla filankəs yazan asar gərək!
Biz olaq ondakı məzmunə xəbərdar görək

Kəndçi

O yazıb: yer öküzün buynuzu üstündə durur,
Biz gərəkdir inanaq ki, kişi boylə buyurur?!

Axund

Buna şübhən də var?

Kəndçi

Əlbəttə, inanmam bu sözə!

Axund

Lənətullah, a gavur, şəkk ediyorsan öküzə?!

Link:

Qiymətləndir:
2.5

Xarici Pasport al, qaç buralardan…

Əhval-Ruhiyyə:Məzəli emoticon Məzəli & Kədərli

İslamda Qiyamət günü barədə belə bir məqam var ki, valideyn öz övladını tanımayacaq, hər kəs öz haqqını tələb edəcək. Çox uzağa getməyin, bu halları günümüzdə Azərbaycanda da görmək olar. Harda desəz, elə onda da çox uzağa getməyin Xarici Pasport verilmə məntəqələrində. Bu gün, səhər (09.07.2008) mən orada idim. Deyə bilərəm ki, Qiyamət günü gəlməsə də, orada əsl qiyamət var idi. Ata oğluna güzəştə getmirdi, toylarda bir yerdə yiyib-içən oğlanlar bir-birləri ilə dava edirdilər, qadınlar az qala saçyolduya çıxsınlar. Heç bir "zakon", heç bir "ponyatka" burda girmirdi. Əsl həsənsoxdu, məmmədbasdı idi. Bütün bunlar təbii ki, növbə üstündə idi. Burada mədəniyyətdən danışmaq istəmirəm. Çünki mədəniyyətdən əsər, əlamət yox idi. Bu məqamda mən öz xalqımı qınamaq da istəmirəm. Belə şey dünyanın hansı yerində olsaydı, elə həmin həsənsoxdu olacaq idi. Sözüm onda deyil. Sözüm ondadır ki, ay mənim "şərəfli" məmurlarım, bu məntəqələri heç olmasa 3-4 dəfə artırın, həm siz pulunuzu qazanın, həm də camaata rahat olsun. Daha niyə görə həm özünüz əziyyət çəkirsiniz, həm də camaata bu qədər əziyyət verirsiniz. Yoxsa ,olmaya, siz də, sado-mazoxistsiniz?

Link:

Qiymətləndir:
2.5

Buğanın intiqamı

Əhval-Ruhiyyə:Əla

İspaniyada yenə də buğa yarışları başladı. Elə yarış başlayar-başlamaz buğalar 13 nəfəri vurub yarışdan kənarlaşdırdılar. Mənə görə matadorlar tərəfindən əyləncə məqsədilə öldürülən heyvandaşlarının intiqamını alırlar :). Mən bu yarışlarda həmişə buğaların tərəfini tutmuşam. Buynuzlarınıza qüvvət, əziz buğalar :)

Link:

Qiymətləndir:
2.5

Qandinin səsi

Əhval-Ruhiyyə:Xəstə

Demək olar ki, çox az adam Mahatma Qandinin səsini özünə təsəvvür edə bilər. Olar bilər ki, kimsə onun səsini eşidib. Hər şey ola bilər :) . Qandi həmişə nitq söyləyərkən ana dilinə daha çox üstünlük verirdi. Lakin bu yaxınlarda onun “nadir tapıntı” adlanan, ingilis dilində nitqi aşkar olundu. Yazı təxminən Qandinin ölümündən 10 ay qabaq lentə alınıb.

2 Aprel, 1947-ci ildə Dehlidə ingilis dilində nitq söylədi və bu nitq jurnalist Alfred Vaqq tərəfindən lentə alındı.

Audio yazını buradan dinləyə bilərsiniz.

Link:

Qiymətləndir:
2.5

Türkiyədə olanlar barədə

Əhval-Ruhiyyə:Sakit

Avropada soyuq müharibə vaxtından qalma əks-partizanların hamısı aradan qaldırılmışdı. İtaliyada hakim Felice Kassonun inanılmaz səyiylə C.I.A. dəstəkli qurulan təşkilatlar dağıdıldı və iştirakçıların hamısı həbs edildi. Yunanıstanda da soyuq mübaribə dövründən qalma təşkilatlar tək-tək çökür. Bunu əngəlləmək olmazdı və artıq təmizlik sırası Türkiyədə.

Bu quruluşun dilinə dolandırdığı anti-imperialist sözlərə inanmayın, meydanlarda “nə Avropa Birliyi , nə də ABŞ müstəqildir” söyləmlərini də boş verin. Bu insanlar Atatürkü öz mənfəətləri uğruna alət etdikləri kimi, anti-imperializmdən də bir şeylərin üstünü örtmək üçün istifadə edirlər. Zərbələr ölkəsi Türkiyədə edilən həmişə eyni ssenari ilə yazılırdı. Bir zamanlar radikal sol və sağ qüvvələr silahlandırıldı, ölkə bir xaos dönəminə sürükləndi və “xilaskar missiyasına” üstlənən bol ulduzlu hərbçilər yenə də qalib gəldi. Həmişə eyni ssenari oynanıldı.

Bu ölkənin baş naziri, avropalıların “yarmarka, sırk” dedikləri bir məhkəmədə asıldı. Və bu topraklara demokratiya heç bir zaman gəlmədi. Çünki Amerikanın qucağında oturub, anti-amerikaçılığı və Atatürkü dillərindən salmayanlar həmişə fəaliyyətdə oldular.

Və artıq şərəfli insanlar, Felice Kassonun bir zamanlar etdiklərini etməyə başladılar. Toxunulmazlara, mənfəətləri uğruna höküməti taxtdan salmaq üçün ölkəni xaos ortamına sürükləyənlərə TOXUNMAĞA başladılar.

Bəzi qələmlərin yazdığı kimi əfsanə deyil bu ERGENEKON. ERGENEKON bu ölkədə zərbələrə qarşı yüksələn səsin adıdır. ERGENEKON bu ölkədə oynayan böyük və kirli oyunun ifşasının adıdır.

Link:

Qiymətləndir:
2.5

Sən ölə bilmədin…

Əhval-Ruhiyyə:Darıxdırıcı

Sən doğula bilmədin, sevgilim,
mənim kimi gülə-gülə,
Sən gəzə bilmədin mənim kimi,
azad və xoşbəxt…
Sevgilim, sən uça bilmədin mənim kimi,
qanadsız…
Sən qaça bilmədin mənim kimi,
qorxusuz…

İndi, nə qədər çırpınsanda,
Qırsan da , dağıtsan da,
Beyninin dərinliyində özün yaşayırsan,
Özünü adlandırmağa qorxa-qorxa…

Zaman keçəcək,
Sən mənim kimi doğulacaqsan,
Mənim kimi gəzəcəksən,
Uçacaqsan, qaçacaqsan…

Amma anlayacaqsan ki…

Sən yaşaya bilmərsən, sevgilim,
mənim kimi, səbəbsiz.
Sən sevə bilmərsən,
mənim kimi qarşılıqsız, xəbərsiz,
Sevgilim, sən ölə bilmərsən,
mənim kimi, ağrısız, acısız…

Link:

Qiymətləndir:
2.5

Jurnalistika haqqında qısaca…

Əhval-Ruhiyyə:Məzəli emoticon Məzəli & Sakit

Bir qəzetin hazırlanmasında və çıxarılmasında vəzifə alan kəslər jurnalist adını alır. Jurnalist, xəbər və məlumat qaynağına tez çatmaq və bu qaynaqlardan əldə etdiyi məlumat və xəbərləri oxuculara təqdim etmə işini öz üzərinə götürür. Jurnalistin bu vəzifəsini edə bilməsi üçün xəbərə, hadisəyə, varlığa, sənədə və məlumata söykənən yazılar yazması lazımdır. Bunun üçün də jurnalistin etibarlı adam olması məcburidir. Lazım olduğunda hökumətlərə və güc mərkəzlərinə qarşı döyüşməyi gözə alan  insan, jurnalistdir.

Jurnalistika növləri.

Xəbərçiliyə daha ciddi yaxınlaşan qəzetlər oxuyucularına dünyada olub bitənlərə bağlı çox və dogru məlumat vermək məqsədindədir. Maqazin xəbərlıri deyə biləcəyimiz ikinci növ xəbərlər anlayışında isə xəbərlərin əyləndirici yönü ön plana çıxarılır və əhvalatlaşdırılaraq təqdim edilir. [1] Maqazin xəbərləri edən qəzetlər bol fotoşəkil istifadə edir və ilk baxışda diqqət çəkəcək, həyəcan oyandırmağı məqsəd qoyan başlıqlar təyin edər. Hal-hazırda xeyli çox qəzet isə bu anlayışdan birini seçmək yerinə, iki yanaşmadan da faydalanar.

  • * İdman jurnalistikası
  • * Elm jurnalistikası
  • * Araşdırmaçı jurnalistika
  • * Yeni jurnalistika
  • * Paparazzi jurnalistika
  • * Təcavüzkar jurnalistika
  • * Asparagas jurnalistika

Etika

Hər hansı bir mənfəət qrupuna bağlanmadan, açıq fikirli, dürüst, önfikirlərdən uzaq və şəxsiyyət haqqlarına hörmətli olmaq, jurnalistikanın olmazsa olmaz şərtlərindəndir. Jurnalistika peşəsi və jurnalistika sektoru (qəzet, radio, televiziya, internet kimi kütləvi nəşr orqanları) demokratik cəmiyyətlərdə konstitusiyanın nəzərdə tutduğu üç dövlət gücü yanında (qanunuçu-məclis, icra edici-hökumət, yargilayıcı-mahkemeler) dördüncü -nəzarət edici dövlət gücü olaraq yer alır.

Link:

Qiymətləndir:
2.5

ANS-in Forumundan…

Əhval-Ruhiyyə:Gülməli

Link:

Qiymətləndir:
2.5