Boykotla boykot

Əhval-Ruhiyyə:Təəccüblü

Araz Önər

Boykotun nə olduğunu artıq keçən yazıda otaq yoldaşım İlkin Əlisoy   bildirmişdi. Amma ortada bir əmma var ki, bu boykot terminini praktiki olaraq analiz etmək çox çətin məsələdir. Teoriyada boykot adama çox asan gəlir. Məsələn, müəllim mənim xoşuma gəlmir, mən o müəllimin dərslərini boykot edərək, dərsinə girmirəm. Boykotun bu növü Azərbaycanda ən çox məşhurdur. Çünki demək olar ki, bütün universitetlərdə tələbələr müəllimləri dolayı yolla da olsa boykot edirlər. Özüm də dəfələrlər bu boykotistlərdən biri olmuşam. Və bunu teorik olaraq düşündükdən sonra praktikada tətbiq etmək qərarına gəlmişəm. Nəticəsi də bu olub ki, az qala universitetdən xaric olunurdum.
Bu gün, bir sıra müxalifət partiyaları boykotu teorik olaraq analiz etdikdən sonra boykot qərarı verdilər. Deyə bilərəm ki, seçkilərdə onsuz da ciddi bir uğur əldə etməyəcəyini gözlədiyim müxalifətin, təslim olacağını düşünmürdüm. Və ümumiyyətlə bunda ciddi səbəb də axtarıb tapa bilmədim. Bu sizin hər dəfə getdiyiniz , bizimsə hər dəfə döyüldüyümüz, həbs olunduğumuz, sonra da 1 ay depressiv əhval-ruhiyyə altında gəzişdiyimiz növbəti bir seçki olacaqdır. Bu proses maaşları verilməyən işçilərin aclıq aksiyası başlatmasına bənzəyir. Onsuz da maaş olmuyandan sonra, pul olmur, pul da olmayandan sonra da ac qalırsan. Daha pafosla mən aclıq aksiyasına başlayıram deməyin xeyri yoxdur. Hamı qıraqdan baxıb başa düşür. İndi bu muxalifətin də boykot qərarı verməsi mənim üçün, artıq müxalifətin məğlubiyyətlə barışmasına işarədir. Onsuz da Azərbaycanda demokratiya yoxdu, demokratiya yoxdursa azad seçki də yoxdur, azad seçki də olmayandan sonra siz yoxsunuz, daha burada “biz boykota gedirik” qərarını vermək nəyə lazım. Bu saat bütün ölkə boykotla məşğuldur. Oliqarxlar xalqı, xalq da özünü boykot edir. Bircə İlkin Əlisoyun başı Pekin Olimpiyadalarına qarışıb.

Link:

Qiymətləndir:
3.6 (2 people)

1 Response to “Boykotla boykot”


  1. 1 Ilkin Gambar (Who am I?)

    Araz, meseleye daha derin bax. Senin sadeleshdirmen boykot qerarinin fasadina reaksiyadir, onun kokleri, motivleri ve esasen neticeleri daha derin analize layiqdiler.

    Hormetle.

    Qiymətləndir:
    2.5

Leave a Reply