Gecələr

Araz Önər

Gecələr mənə səndən danışır,
hər addım başı.
Gəzdiyim qaranlıq küçələrin
səssizliyində.
Yazılmamış şeirlərimdən
misralar deyir,
Dilənməmiş arzularımdan
parçalar deyir,
gecələr mənə.
Soyuq bir qış gününün
rəsmini çəkir,
dadında biraz ətir, biraz qadınlıq
biraz da ölüm qoxan
o qızın gözlərindən danışır
sevgilisiylə görüşmək üçün
atasına dediyi yalan sözlərindən danışır
gecələr mənə.
Xoşbəxt olmaq üçün,dediyim yalanlardan
sevəcəyim qadınlardan, sənsizlik dolu
boş keçirdiyim zamanlardan
yaxşılardan, yamanlardan,danışır
gecələr mənə.
Tanrının mənə verdiyi cismə
etdiyim xəyanətin püskürüb çağlamasından
mələklərin günahlarıma baxıb ağlamasından…

Sənin cismin öldürdü məni
sevişdiyimiz yataqın
ölümsüzlüyündən danışır gecələr mənə…

Link:

Qiymətləndir:
3.2

admin 07.08.2008 bolmə: Şeirlər

 Trackback Adresi | Şərhlər RSS

Şərh yaz