Ateizm nədir?

Əhval-Ruhiyyə:Sakit

Ateizm əslində nədir?

Ateizm sözü Yunancada “Tanrı” mənasına gələn “Theos”dan törəmişdir. Bu sözdən də “Tanrı inancına sahib olmaq” ya da “Tanrı´ya inanmaq” mənasına gələn theism anlayışı ortaya çıxmışdır. Ateizm sözü də İngiliscə “theism” sözünün başına “a” əlavə olunmuş halı olub Azərbaycan dilində “tanrı tanımazlıq” mənasına gəlməkdədir.

İnancsızlıq deyilincə dərhal ağla ateizm gəlməməlidir. Məsələn insanların çoxu inanc sahibi və bir dinə mənsub olmasına baxmayaraq digər dinləri rədd etməkdədirlər. Digərləri də eyni şəkildə davranmaqda, yalnız öz anlayışlarını müdafiə edərək qarşısındakı inanclarını inkar etməyə çalışmaqdadırlar.

Fəlsəfə tarixində dindar olmadığı halda Tanrı inancına sahib olan mütəfəkkirlər də vardır. Buna qarşı hal-hazırda çox sıx rast gəlindiyi kimi xüsusilə Qərb dünyasında görünüşcə dindar olduğu halda gerçəkdə Tanrıya inanmayan xeyli çox adam vardır. Bu vəziyyət gərək teizmin və gərəksə ateizmin təyin olunmasında bəzi çətinliklərin olduğunu göstərməkdədir.

Tanrı´nın varlığına inanan və bu inancını da ifadə edən adam mömin adlanır. Belə bir Tanrı anlayışına inanmayan adama isə ateist deyilir. Yəni bir mənada ateist, ilahi dinlərin ifadə etdiyi şəkildə, varlığının əvvəli və ya sonrası olmayan, kainatı yaradan və qanunlarını təyin edən, iradə və şəxsiyyət sahibi olan, hər şeyi etmə, bilmə və görmə qüdrətində olan, insanlara həyatı bəxş edən bir varlığa inanmayan adamdır.

Digər bir deyişlə ateist, həm düşüncə səviyyəsində həm də gündəlik həyatında söz mövzusu Tanrının varlığını rədd edən bununla birlikdə peyğəmbəri və axirət inanclarını da qəbul etməyən adamdır.

Ateizmin növləri

Tanrı inancını qəbul etməyən ateistlər də dindarlar kimi öz aralarında fərqli qruplara ayrılmışlar ya da heç olmasa eyni nəticəyə varsalar da ateizmi fərqli şərh etmişlər. Başqa sözlə bir tək ateizm tərifindən danışmaq da doğru olmayacaq.

Mütləq Ateizm

Bəzi ateistlərə görə “ateizm” Tanrını rədd etməkdən savayı, zehində Tanrı fikirinə sahib olmamaq deməkdir. Bu anlayışa görə İnsan doğuşdan Tanrı anlayışına sahib olmadığı üçün rədd edəcək bir şeyi də olmamalıdır. Bu cür bir ateizm, mütləq ateizm olaraq təyin olunmuş və tərəfdarlarına da mütləq ateist deyilmişdir. Bu anlayışı müdafiə edənlərin arasında Baron d. Holbach (1723-1789) və Charles Bradlaugh kimi mütəfəkkirlər vardır.

Praktik Ateizm

“Sanki Tanrı yoxmuş kimi yaşamaq” və ya “Tanrını gündəlik həyata soxmamaq” formasında təyin olunmuşdur. Bu cür bir ateizmdə adam daha çox gündəlik həyatındakı rəftar və davranışlarıyla, həyat tərzi, qanun və vərdişləriylə, Tanrı´sız bir dünya və Tanrı´sız bir həyat qurmaq istəyir. Tanrıyla əlaqəli olaraq ən kiçik bir şey düşünməmək, özünü dindən, ibadətlərdən və bunlarla əlaqədar mərasimlərdən də uzaq tutmağa çalışmaqdadır. Praktik ateizm anlayışında Tanrının nəzəri müzakirələrlə rədd edilməsi ikinci planda qalır.

Fəlsəfədə ki nümayəndələri arasında L. A. Feuerbach (1804-1872), F. Nietzsche (1844-1900), S. Freud (1856-1940) və K. Marx (1818-1883) kimi məşhur mütəfəkkirlər də vardır.

Teorik Ateizm

Ateizmin birinci yanaşmasından bir az fərqli olaraq “Tanrı´nın varlığını rədd etmək” şəklində də təyin olunmuşdur. Əslində ateizm deyilincə ağla bu tərif gəlir. Fəlsəfədə əhəmiyyətli olan və Tanrı inancına ağır tənqidlər yönəldən ateizm forması da budur. Yəni düşünərək müzakirə edərək zehini bir səylə Tanrının varlığını rədd etmək və əlaqədar iddiaları çürütməyə çalışmaqdır.

Nəzəri ateizm də deyilən bu anlayış istiqamətində dindarların iddiaları və Tanrının varlığı lehində gətirdikləri dəlillər tənqid mövzusu olmuş, bu müddətdə Tanrı´nın varlığını çürütməyə qarşı tezislər irəli sürülmüşdür.

Nəzəri ateizmdə Tanrı´nın varlığı inkar edilməklə qalınmamış, bu anlayışla əlaqədar olaraq gündəmə gələn möcüzə, vəhy, peyğəmbərlik, müqəddəs kitab, ölümsüzlük və axirət həyatı kimi inanclar da tənqid olunmuş və rədd edilmişdir. Ayrıca bu cür bir ateizmdə yalnız teistik Tanrı anlayışı hədəf alınmamış, bunun yanında mistik, mifoloji, transandantal və ya antropomorfik anlayışlarla, panteizm və deizm kimi, bir şəkildə Tanrı inancına yer verən digər məktəblər də rədd edilmişdir.

Materializm

Özündə fəlsəfi bir problem olan ateizm bəzən də ideoloji bir qanun olaraq müdafiə olunmuş və siyasi bir qəbul halına gəlmişdir. Xüsusilə Karl Marx, F. Engels (1820-1895) və V. I. Leninin (1870-1924) fikirlərindən hərəkatla qurulan sosialist rəhbərliklərdə ateizm, kommunist partiyaların propaqanda vasitəsi olaraq istifadə edilmişdir. Köhnə Sovetlər Birliyində və hələ bəzi ölkələrdə ateizm Marxist və Leninist dünya görüşünün ayrılmaz bir parçası olaraq görülmüş və “elmi ateizm” adıyla təqdim edilmişdir.

Laqeyd Ateizm

Bir qisim mütəfəkkirlər, Tanrının varlığını və ya yoxluğunu müzakirə mövzusu etmədən, bu mövzulara uzaq dayanmağı seçmişlər. Bu cür ateistlərə görə insan, yalnız mövcud olanla kifayətlənməli, görünən aləmin kənarına maraq duymamalıdır. Başqa sözlə dünyanın kənarındakı hər hansı bir varlıq haqqında müsbət ya da mənfi bir mühakimədə olmağa ya da danışmağa çalışmaq mənasız bir iş etmək olacaq.

Nəticə:

Araşdırıb yazdığım bu məqalədən belə nəticəyə gəldim ki, ateistlər bəzi insanların təsvir etdiyi kimi, quyruqlu, qorxunc insanlar deyillər. Onlar da bizlərdən biridir. Və Ateist olmağa da özlərində yetərli qədər əsas var.

Link:

Qiymətləndir:
2.5

1 Response to “Ateizm nədir?”


  1. 1 Debatistka (Who am I?)

    Bu meqaleni Dr. Aydin Topaloglunun Ateizm ve onun tenqidi kitabinda oxumusam.Ateizme munasibetim normaldir.Lakin bir cox ateist gormusemki dara dusende Allahi cagirirlar

    Qiymətləndir:
    2.5

Leave a Reply