Əhval-Ruhiyyə:Hirsli
On October 23, 2008 Qulamrza Amani, one of the activists and leaders of South Azerbaijan National movement has been killed together with two of his brothers in traffic accident. Witnesses say that two lorries which have squeezed Amani’s car belong to SEPAH (Islamic Revolution Guards Corpus). The murder has happened on the road Tebriz – Khoja (a city in 30 km to Northern-West of Tebriz). An engineer Amani was one of organizers and leaders of national movement events and had been several times jailed for his activity. He has been imprisoned in last 1999 year for 5 years of jail for his political and cultural activity and afterwards was also jailed for his organizing and activity in the protest actions held by Southern Azerbaijanis against Persian racist politics. There is information that approximately 10 days before his murder Amani had received letters and phone calls with threats.
It should be noted that Iranian regime pursues systematic policy of suppressing Azerbaijanis who demand their natural rights to practice mother tongue since this right is indicated even in the Constitution of the named country. Azerbaijanis constitute 35 million of 70 million population of Iran. During last months Iran regime has imprisoned more than 20 activists of Southern Azerbaijan including writers, analysts, journalists, students, university teachers and others.
Amani has been suffering tortures, psychological and material repressions. While being in the prison he has told Iranian regime’s official in response to his threatening him with death: “You do not allow us to live as we want, but you can not deprive us of dying in the way as we want, with our honor”. Iranian regime plotting against Southern Azerbaijanis inside and outside Iran annihilates activists with different ways. This savage regime has killed South Azerbaijan scientist Mohammadtagi Zehtabi in 1999 after his returning from Berlin showing his death as a result of heart failure, a way of execution employed by many special services worldwide. Now Qulamrza Amani has become another victim of this racist regime. More than 5 million Southern Azerbaijanis live in exile in different countries of the world.
The national policy adopted by present Iran regime does not differ from the policies conducted by its predecessor racist Pahlavi regime. This regime denies national identity of all the non-Persian nations living there though they are pretending to be standard-bearer of Islamic world.
Əhval-Ruhiyyə:Sakit
Saat 05:00-da saatların əqrəbləri 1 saat geri çəkiləcək
Bu gecə Azərbaycan qış vaxtına keçəcək. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyindən verilən məlumata görə, oktyabrın 25-dən 26-na keçən gecə saat 05:00-da saatların əqrəbləri 1 saat geri çəkiləcək və bununla da Azərbaycanda yay vaxtı ləğv olunacaq. Qeyd edək ki, qış vaxtına keçid Nazirlər Kabinetinin 17 mart 1997-ci il tarixli, 21 saylı qərarına əsasən həyata keçirilir
Əhval-Ruhiyyə:Rahat
Nuh Peyğəmbərin zamanında insan ömürü 900-950 il qədərmiş. Bir gün Nuh Peyğəmbər səhabələriylə söhbət edərkən ” Axır zamanda övladlarımızın ömürləri çox qısa olacaq!” demiş. O sırada səhabələrdən biri sorüşmüş:
- Nə qədər qısa olacaq, ey Allahın elçisi?
- Qısa olacaq, çox qısa…
- Nə qədər, ya rəsulullah?
- 80-90 il, bəlkə də ondan da az.
- O qədərmi qısa olacaq, ey nəbi?!
- Hə, o qədər qısa olacaq.
Bu zaman küncdə danışılanları dinləyən bir kişi soruşmuş:
- Ya Nuh! Onlar yer üzündə ev filan da tikəcəklərmi?!
Əhval-Ruhiyyə:Sakit
İsveçrəli elm adamları insanların danışdığı 10 ən məşhur yalanı ilk dəfə olaraq Onər Blog`a açıqladılar:
1. Səni sevirəm!
2. Möhtərəm hakim, mən günahsızam.
3. İlhamla İrəli!
4. Sənə həmişə güvənmişəm.
5. Bu il maaşlar qalxacaq.
6. Normalda 50 manata satıram, amma sənə 40-a verərəm.
7. Azarkeşlərdən üzr istəyirik, çox üzgünük.
8. Bu filmdə təsvir olunan hadisələr və kəslər tamamilə xəyal məhsuludur.
9. Orta şərqə sülh və azadlıq gətirdik.
10. Nüvə proqramımız sülhməramlıdır.
Əhval-Ruhiyyə:Sakit
Barak Hussein Obama (4 Avqust 1961) ABŞ Senatında İllinois əyalətini təmsil edən iki senatordan biridir və 4 Noyabr 2008-də keçiriləcək 2008 ABŞ prezident seçkilərində ABŞın iki böyük partiyasından biri olan Demokratik Partiyasının namizədidir.

Həyatı
Barak Obama 4 Avqust 1961-ci ildə ABŞın Havay əyalətinin Honolulu şəhərində Kapiolani Tibb Mərkəzində dünyaya gəldi. Özüylə eyni adı daşıyan atası Keniyanın Siaya Bölgəsindəki Nyang’oma Kogelo məskunlaşma yerində böyümüş bir Keniyalı idi. Anası Ann Durham isə Kanzas əyalətinin Wichita şəhərində doğulmuş və böyümüşdü. Obamanın anası atasının tələbə olaraq gəldiyi Havayda tanış oldu və evləndi. Yeni evli cüt Obama 2 yaşındaykən boşandı. Atası Bostona gedərək Harvard Universitetindən FED(fəlsəfə elmlər doktoru) aldı və 1965-ci ildə Keniyaya geri döndü. Anası isə başqa bir xarici tələbə olan İndoneziyalı Müsəlman olan Lolo Soetoroyla evləndi
Anası və ögey atasıyla birlikdə İndoneziyaya köçən Obama 6-10 yaşları arasında Cakartada ibtidai məktəb təhsili gördü. Sonra Honoluluya geri dönərək 1979-cu ildə liseyi bitirənə qədər nənəsi və babası tərəfindən himaye edildi. Liseydən sonra Los Angelesdəki Occidental Collegedə universitetin ilk iki sinifini oxudu və New Yorkdakı Kolumbiya Universitetinə keçiş edərək 1983-cü ildə Siyasi Elmlər fakültəsindən məzun oldu. 1988-ci ildə Harvard Universiteti Hüquq Fakültəsinə girdi. Harvard Universitetindəykən tələbələr tərəfindən nəşr olunan prestijli “Harvard Law Review” jurnalının nəşr işləri müdirliyini edən ilk Afro-Amerikalı oldu. 1991-ci ildə vəkillik diplomunu aldı.
Continue reading ‘Barak Obama’
Əhval-Ruhiyyə:Sakit
Zaqatala rayonunda Böyük Britaniya kraliçası II Yelizavetaya aid medalyon aşkarlanıb. Bu barədə məlumat verən Zaqatala rayon Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Cahangir Soltanov medalyonun rayonun Maqov kəndində tapıldığını bildirib.
Hazırda Böyük Britaniya kraliçası olan 82 yaşlı II Yelizavetaya aid olan bu medalyonun diametri 1,5 sm, çəkisi 0,6 qramdır. Medalyonun avers və reversində ingilis dilində “QUEEN ELIZABETH THE SECOND” sözləri yazılıb və kraliçanın başında tac olan şəkli həkk olunub. Bu tarixi əşyanı təhlil edən muzey direktoru medalyonun müxtəlif metalların xəlitəsindən hazırlandığını, tarixi xronologiya baxımından qədim olmadığını söyləyib.
XX əsrə aid tapıntının dövrümüzün məşhur dövlət xadimlərindən biri, məşhur Vindzorlar sülaləsinin nümayəndəsi, 1952-ci ildən Böyük Britaniya kraliçası olan II Yelizavetanın adı ilə bağlılığı şübhə doğurmur. C. Soltanov əşyanın tarixi dəyərinin mühüm əhəmiyyət kəsb etdiyini bildirib. Hazırda muzey əməkdaşları tərəfindən medalyonun elmi annotasiyasının hazırlanması ilə bağlı müvafiq tədbirlər görülür.
Əhval-Ruhiyyə:Darıxdırıcı


Ebay`in britaniyalı istifadəçilərindən biri lovejoyantiquesemporium, 7 oktyabrda İslandiyanı 99 pensə hərraca qoyub. Hərracın şərtlərində qeyd edilib ki, hərraca Qrenlandiya və müğənni Bjork daxil deyil. Qeyd etmək lazımdır ki, Qrenlandiya Danimarkanın mülkiyyətidir.
Hərrac bir neçə günə populyarlaşıb. 10 oktyabra qədər hərraca 80 nəfər müraciət edib. Oktyabrın 10-u hərracın qiyməti 250 min funt sterlinq, 11 oktyabrda isə 10 milyon funt sterlinq olub.
Ölkənin satmasının səbəbini istifadəçi qeyd etməyib. Qeyd etmək lazımdır ki, hal hazırda İslandiya böyük bir iqtisadi krizis ərəfəsindədir. Dövlət ölkənin ən böyük 3 bankını artıq milliləşdirib. İslandiyanın pul vahidi isə gündən günə nüfuzdan düşür.
Əhval-Ruhiyyə:Xoşbəxt

Dünən Dalğa Gənclər Hərəkatının 3-cü qurultayı baş tutdu. Qurultayda 3 namizəd - Vəfa Cəfərova, İlkin Əlisoy və Araz Önər sədrliyə namizədliklərini irəli sürmüşdülər. Qurultayı Elşən Poladlı açıq elan etdi və sonra sözü Qurultaya Hazırlıq Üzrə Təşkilat Kömitəsinin sədri Elvin Kazımlıya verdi. Elvin Kazımlı isə öz növbəsində Qurultayın təşkilatçılığı ilə bağlı məlumat verdi. Sonra Qurultay iştirakçıları ABŞ səfirliyinin dəstəyi ilə çəkilmiş “Dönüş” filminə baxdılar. Qonaqların və namizədlərin çıxışlarından sonra səsverməyə start verildi. Səsvermə bitəndən dərhal sonra, səsverməyə nəzarət edən Seçki Monitorinq Mərkəzinin nümayəndələri seçkidə heç bir qanun pozuntusunun olmadığını qeyd etdilər. Səslər sayılandan sonra Vəfa Cəfərova Dalğa GH-nın 4-cü sədri seçildi.
Qeyd edək ki,səsvermədə 77 nəfər dalğaçı seçkidə iştirak etdi. Səsverməyə Vəfa Cəfərova birinci, İlkin Əlisoy ikinci, Araz Önər üçüncü yeri tutdu.
Əhval-Ruhiyyə:Təəccüblü
Sadə vətəndaşlardan biri “Bank Satandart”a müraciət edərək, hesabına gələn 100 avronu götürmək istəyib. Əvəzində əcaib cavab alıb:
- Gərək izahat yazasınız.
- Nə izahatı?
- Pulu hara xərcləyəcəksiniz, kim göndərib, niyə göndərib və s.
- Başa düşmədim? Bunun sizə nə dəxli var?
- Bizə belə tapşırıblar…
Dünən isə “Azərbaycan parlamentinin İqtisadi siyasət məsələləri komissiyası ölkədə cinayət yolu ilə əldə edilən «çirkli pulların» leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinin qarşısının alınmasını nəzərdə tutan qanun layihəsini ikinci oxunuşda təsdiqləyib. Qanun layihəsi cinayət yolu ilə əldə edilən pul vəsaitlərinin, digər əmlakın leqallaşdırılmasının terrorçuluğun maliyyələşdirilməsi ilə bağlı hüquqpozmaların aşkarlanması və qarşısının alınmasının hüquqi mexanizminin yaradılmasını nəzərdə tutur. Qanun layihəsinə əsasən, Azərbaycanda 20 min manatdan artıq olan pul vəsaitləri və digər əmlakla aparılan əməliyyatlar dövlət strukturu tərəfindən yoxlanılacaq. Belə əməliyyatlar, məbləğindən asılı olmayaraq, monitorinq olunacaq. Bu sahədə yoxlamalar aparmaq üçün XÜSUSİ MALİYYƏ KƏŞFİYYAT ORQANInın yaradılması nəzərdə tutulur.” (Trend)
Continue reading ‘Zahir Əzəmət. Bu həftə inqilab olacaq!’