Əhval-Ruhiyyə:Sakit

Bu yaxınlarda bir layihə çərçivəsində ilk dəfə Tbilisidə səfərdə oldum. Şəhər mənə çox gözəl təsir bağışladı. Baxmayaraq ki, vağzal sözün əsl mənasında pis gündə idi, amma xoşuma gələn şeylər daha çox oldu. Çox fikirləşdim Tbilisi və Bakı arasında 5 fərqi yazmağı qərara aldım.
1. Baxmayaraq ki, Tbilisidə zibil qutuları Bakıdakılardan daha azdı, amma Tbilisi Bakıdan qat-qat təmizdi. İnsanlar öz zibillərinə cavabdeh olmağı öyrəniblər. Və ən əsası onlar öz şəhərlərini çox sevirlər.
2. Tbilisidə Bakıda olduğu kimi hər tində dilənçiyə rast gəlmək qeyri-mümkündür. Mən orada cəmi bir dilənçiylə rastlaşdım, o da Azərbaycanca danışırdı.
3. Tbilisidə polis görmədim. Yalnız xüsusi xidmət orqanlarının binaları qarşısında 2 polis dayanırdı. Parklarda, çəmənliklərdə insanlar daha azad və rahat təsir bağışlayırdılar.
4. Tbilisi Bakıya nisbətən daha kompakt şəhərdi. Burada çox az hallarda hər hansı bir yerdə tikinti getdiyinin şahidi ola bilərsiniz. Əsasən növbə ilə parklar təmir olunur. Bakıda olduğu kimi bütün parkları eyni vaxtda təmir etmirlər.
5. Tbilisidə Osetiya müharibəsindən sonra bütün diskotekalar bağlansa da, bunun əvəzinə hər tində canlı müsiqili “pub”lara rast gəlmək olar.
…və nəhayət, Tbilisi mənə klassik Avropa şəhərlərini xatırlatdı…
Link:
| 3.2 |

0 Responses to “Bakı və Tbilisi”
Leave a Reply