Oktyabr yazısı…universitet rəhbərliklərinə

Əhval-Ruhiyyə:Sakit

Oktyabr başladı, elə başlar-başlamaz Bakı Dövlət Universitetinin Tələbə Gənclər hərəkatının sədri Daşqın, dalımca adam göndərdi ki, lütf elə gəl. Görüşünün məqsədini soruşanda, dedi ki, elə belə səninlə söhbət eləmək istəyirəm. Mən də dedim baş üstə. Ürəyin nə qədər istəyir danışaq, söhbət eliyək. Söhbət əsnasında belə bir dialoq yarandı:

Daşqın: Nə işlə məşğulsan, Araz?
Mən: Nə mənada?
D.: Yəni ki, dərsdən sonra…
M.: Çox vaxt evə gedib yatmaqla məşğul oluram.
D.: Seçkilər ərəfəsində hansı proseslərə qoşulmusan?
M.: Müşahidəçiyəm.
D.: Hansı təşkilatdan?
M.: Müstəqil müşahidəçiyəm.
D.: Bəs sən niyə, “Dalğa”ya qoşulmusan?
M.: Başa düşmədim, bunun sizə nə dəxli var ki?
D.: Niyə bizim Tələbə Gənclərə qoşulmursan, amma “Dalğa”ya qoşulmusan…?
M.: Çünki Dalğa mənim baxışlarıma daha uyğundu. Mən demokrat və liberal baxışlı adamam.
D.: İndi demək istəyirsən ki, burda demokratiya yoxdu?
M.: Əgər məni bura çağırıb, sorğu sual edirsənsə, deməli yoxdu…
D.: Nəisə, Araz…3-cü gün saat 12-də universitetdə ol, rektor və yaxud prorektor səninlə görüşmək istəyir. Məsləhət görürəm ki, mənimlə danışdığın kimi onlarla danışmayasan…
M.: Prorektorlarla artıq görüşmüşəm…Nəisə mən gedim onda..
D.: Oldu, sənə yaxşı yol… Ramin Hacılıya salam de.
M.: Mütləq…

Link:

Qiymətləndir:
3.2

2 Responses to “Oktyabr yazısı…universitet rəhbərliklərinə”


  1. 1 Natasha (Who am I?)

    Спасибо большое!

    Qiymətləndir:
    2.5
  2. 2 Goodi (Who am I?)

    Классная статья - спасибо!

    Qiymətləndir:
    2.5

Leave a Reply