Əhval-Ruhiyyə: Məzəli
"Qaynar.Info" bir neçə dəqiqə bundan əvvəl maraqlı bir ilkə imza atdı. Sayt adminləri və yazarları prezident seçkilərinin nəticələrini açıqladı. İndi həmən nəticələri sizə olduğu kimi təqdim edirik.
Qeyd: Bir neçə saat sonra MSK, agentliklər və xəbər saytları təqribən aşağıdakı kimi bir məlumat yayacaq
Biz isə həmişəki Azərbaycanda ayılmamaq ümidiylə yatmağa gedirik
QayNar: Bu gün Azərbaycanda prezident seçkiləri keçirilib. Səsvermə səhər saat 08.00-dan başlayıb. Seçkilərdə 7 namizəd iştirak edib.
Bunlar YAP-ın namizədi İlham Əliyev, BAXCP-nin namizədi Qüdrət Həsənquliyev, Ümid Partiyasının namizədi İqbal Ağazadə, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev, Azərbaycan Liberal Demokrat Partiyasının namizədi Fuad Əliyev, Böyük Quruluş Partiyasının namizədi Fazil Qəzənfəroğlu və bitərəf namizəd Qulamhüseyn Əlibəylidir.Ölkə üzrə 4 milyon 866 min 335 seçicinin təqribən 70 faizi 125 Seçki Dairəsi üzrə 5359 seçki məntəqədə səs veriblər.
Azərbaycandan kənarda yaşayan seçicilər üçün xarici ölkələrdə olan diplomatik nümayəndəliklərdə isə 33 seçki məntəqəsi yaradılıb. Xaricdə 10 minə yaxın seçici səs verə bilib.
Saat 19.00-da başa çatan səsvermədən sonra səslərin sayılmasına başlanıb.
MSK-nın açıqladığı ilkin rəqəmlərə görə, seçkilərdə seçicilərin təqribən 75 faizi iştirak edib. Tam olmayan hesablamalara görə, seçicilərin 80 faizə yaxın qismi yenidən İlham Əliyevə etimad göstərib.Daha dəqiq məlumatlar isə bir gün sonra açıqlanacaq.
Beləliklə, İlham Əliyev ikinci müddətə ölkənin prezidenti seçilib və tarixə Azərbaycanın 6-cı prezidenti kimi düşüb.
Seçki prosesində bəzi xırda qanun pozuntuları aşkarlansa da, bu, ümumi nəticəyə təsir edəcək səviyyədə olmayıb.
Xatırladaq ki, ölkə müstəqillik əldə edəndən sonra ilk prezident seçkiləri 1991-ci il sentyabrın 8-də keçirilib. Səsvermə hüququna malik seçicilərin 84,4 faizinin iştirak etdiyi seçkilərdə səslərin 98,5 faizini toplayan Ayaz Mütəllibov qalib elan olunub.
1992-ci il iyunun 7-də keçirilən ikinci prezident seçkilərinin qalibi isə AXC sədri Əbülfəz Elçibəy olub. Seçicilərin 76,3 faizinin səsverməyə qatıldığı seçkilərdə Əbülfəz Elçibəy 59,4 faiz, digər namizədlər isə 38 faiz səs toplayıblar.1993-cü il avqustun 29-da prezident Əbülfəz Elçibəyə etimad göstərilməsi ilə bağlı referendum keçirilib və səsverməyə qatılan 3,767, 928 seçicinin 92,02 faizi dövlət başçısına etimad göstərməyib. Referendumdan sonra oktyabrın 3-nə təyin olunan növbədənkənar prezident seçkiləri həm də ən yüksək seçici fəallığı ilə yadda qalıb. Səsvermə hüququna malik seçicilərin 97,6 faizinin iştirak etdiyi üçüncü prezident seçkilərində Heydər Əliyev səslərin 98,8 faizini toplayaraq dövlət başçısı seçilib.
1998-ci il oktyabrın 11-də Azərbaycanda dördüncü dəfə keçirilən prezident seçkiləri günü səsverməyə 3358465 seçici qatılıb (seçicilərin ümumi sayının 79,18 faizi). Seçicilərin 76,11 faizinin səsini qazanan Heydər Əliyev növbəti müddətə prezident seçilib.Beş il əvvəl, 2003-cü il oktyabrın 15-də isə müstəqil Azərbaycan tarixində beşinci prezident seçkiləri keçirilib. Bu seçkilərdə adı seçici siyahılarına daxil edilmiş Azərbaycan vətəndaşlarının 71,23 faizi səsverməyə qatılıb. Seçkilərin nəticələrinə görə, 76,84 faiz səs toplayan İlham Əliyev qalib gəlib. // qaynar.info
Link:
| 3.2 |

0 Responses to “İlham Əliyev prezident seçildi”
Leave a Reply