Bullitenlərdən qalmadı…!!!

Əhval-Ruhiyyə:Gülməli

Bir neçə saat bundan əvvəl seçkinin ilkin nəticələri açıqlandı. İlham Əliyev 92 faizlə seçkidə parlaq qələbə qazanmışdı. Və mən şübhə eləmirəm ki, seçkilər şəffaf keçib. İlham Əliyevi xalq prezident seçdi. Eşitdiklərimin və müşahidə elədiklərimin əsasında belə qənaətə gəlmişəm.

Mən özüm seçkilərdə lazımınca iştirak elədim. Həm müşahidə elədim, həm də səs verdim. Daha eldən gizli, Allahdan nə gizli - bullitenin yuxarı hissəsinə Xalqın namizədi Şiraslan yazdım, yanında da bir kvadrat çəkib içini qaraladım. Dostlarım da seçkidə aktiv iştirak elədi. Hətta bəzilərinin yerinə səs verən də tapıldı. Məsələn, dostlarımdan biri günorta saatlarında səs verməyə getdi və ona siz artıq səs vermisiniz deyə bildirdilər. O da sevinə-sevinə evinə qayıtdı. Sevinirdi, çünki daha pərdəli otağa girməyə ehtiyac qalmamışdı. Digər dostum mənim kimi müşahidəçi idi. Dediyinə görə seçkidə nəticəyə təsir göstərməyən xırda qanun pozuntuları oldu. Belə ki, məntəqə rəhbərliyindən bir nəfər seçki qutularına altdan-altdan bullitenləri ötürürmüş. Rəhbərliyin üzvü, bir xanım isə bullitenləri onun əlindən alaraq, “Əhməd Haradadır?” filmindəki “üzumu bax belə yığarlar” səhnəsini xatırladan jestiylə “bullitenləri bax belə atarlar” deyib, onları qutuya atdı. Məntəqələrin birində isə məntəqə rəhbərləri səsvermə bitənə yaxın Azərbaycan xalqına xas bir tərzdə gözəl süfrə açıbmışlar. Hamının sağlığına içəndən sonra, Dalğa Gənclər Hərəkatının sədrliyinə namizəd İlkin Əlisoyun şərəfinə də bir sağlıq deyiblər. İlkin də təbii ki, bunların hamısını qeydə alıb. Ramin Hacılının müşahidəçi olduğu məntəqədə isə maraqlıbir fakt qeydə alınıb. Saat 2-3 radələrində məntəqənin qabağında bir neçə avtobus peyda olub. Özü də içi dolu seçici. Hamısı hurrey deyib məntəqəyə daxil olub kollektiv şəkildə səs veriblər. Hacılı da ehmalca avtobusların nömrələrini özü üçün qeyd edib. Hacılının qardaşı isə məntəqə rəhbərlərini bullitenləri kütləvi şəkildə qutuya atarkən yaxalayıb.
Təbii ki, bütün bunlar seçkinin nəticəsinə heç bir təsir göstərmədi. Fakt prezidenti xalq seçdi. Prezident özü gəlib bullitenləri kütləvi şəkildə qutuya atmadı ki. Ya da prezident kiminsə yerinə səs vermədi ki. Hamısını xalq elədi. Seçkilər tam şəffaf, demonkratik şəraitdə keçdi. Beləliklə, “rıbak Hafiz”in qardaşı İlham Əliyev prezident seçildi. Bu münasibətlə xalqımı təbrik edirəm. Onlar prezidentin seçilməsində çox önəmli rol oynadılar. Neçə belə seçkilərdə görüşək. Ən pis seçkimiz belə keçsin…

Link:

Qiymətləndir:
3.2

1 Response to “Bullitenlərdən qalmadı…!!!”


  1. 1 Anar Asker (Who am I?)

    Superrrrrrrrrrrrr :D ela tebrik edirem :))))

    Qiymətləndir:
    2.5

Leave a Reply