Obama 3-cü dəfə teledebatlarda qalib gəldi

Əhval-Ruhiyyə:Rahat

ABŞ prezidentliyinə namizəd senator-demokrat Barak Obama 3-cü dəfə seçkiqabağı teledebatların qalibi oldu.

“CNN” telekanalının nəticələrinə görə teledebatları izləyən amerikalıların 58% Barak Obamaya etimad göstərərək onu bu debatda qalib kimi görüblər. Digər 31%  isə senator-respublikaçı Con Makkeynə etimad göstəriblər.

“Opinion Research Corporation”-nın keçirdiyi sorğunun nəticələrinə görə, 66% amerikalı Barak Obamanın fikirlərini daha aydın ifadə etdiyini düşündüyü halda, Makkeynin fikirləri barədə eyni şeyi cəmi 25% amerikalı qiymətləndirib.

CBS kanalının nəticələrinə görə teledebatları izləyən amerikalıların 53% Obamanın qələbə çaldığı qənaətindədir. Makkeynin qalib gəldiyini düşünənlər isə cəmi 22% təşkil edir. 25% faiz isə sonuncu teledebatların heç-heçə bitdiyi qənaətindədir.

Baş tutmuş teledebat 3-cü və sonuncu teledebat idi. Bundan əvvəl də Barak Obama rəqibi Con Makkeyni qabaqlamışdı. Qeyd edək ki, ABŞda prezident seçkiləri noyabrın 4-də keçiriləcək.

Link:

Qiymətləndir:
3.2

0 Responses to “Obama 3-cü dəfə teledebatlarda qalib gəldi”


  1. No Comments

Leave a Reply