Barak Obama

Əhval-Ruhiyyə:Sakit

Barak Hussein Obama (4 Avqust 1961) ABŞ Senatında İllinois əyalətini təmsil edən iki senatordan biridir və 4 Noyabr 2008-də keçiriləcək 2008 ABŞ prezident seçkilərində ABŞın iki böyük partiyasından biri olan Demokratik Partiyasının namizədidir.

Həyatı

Barak Obama 4 Avqust 1961-ci ildə ABŞın Havay əyalətinin Honolulu şəhərində Kapiolani Tibb Mərkəzində dünyaya gəldi. Özüylə eyni adı daşıyan atası Keniyanın Siaya Bölgəsindəki Nyang’oma Kogelo məskunlaşma yerində böyümüş bir Keniyalı idi. Anası Ann Durham isə Kanzas əyalətinin Wichita şəhərində doğulmuş və böyümüşdü. Obamanın anası atasının tələbə olaraq gəldiyi Havayda tanış oldu və evləndi. Yeni evli cüt Obama 2 yaşındaykən boşandı. Atası Bostona gedərək Harvard Universitetindən FED(fəlsəfə elmlər doktoru) aldı və 1965-ci ildə Keniyaya geri döndü. Anası isə başqa bir xarici tələbə olan İndoneziyalı Müsəlman olan Lolo Soetoroyla evləndi

Anası və ögey atasıyla birlikdə İndoneziyaya köçən Obama 6-10 yaşları arasında Cakartada ibtidai məktəb təhsili gördü. Sonra Honoluluya geri dönərək 1979-cu ildə liseyi bitirənə qədər nənəsi və babası tərəfindən himaye edildi. Liseydən sonra Los Angelesdəki Occidental Collegedə universitetin ilk iki sinifini oxudu və New Yorkdakı Kolumbiya Universitetinə keçiş edərək 1983-cü ildə Siyasi Elmlər fakültəsindən məzun oldu. 1988-ci ildə Harvard Universiteti Hüquq Fakültəsinə girdi. Harvard Universitetindəykən tələbələr tərəfindən nəşr olunan prestijli “Harvard Law Review” jurnalının nəşr işləri müdirliyini edən ilk Afro-Amerikalı oldu. 1991-ci ildə vəkillik diplomunu aldı.

Obama ana və atası boşandıqdan sonra atasını yalnız bir dəfə ABŞa olan ziyarəti əsnasında 1971-ci ildə gördü. Həyatının geri qalan qisimini Keniyada keçirən atası Ruth Ndesandjo ilə evləndi və 1982-ci ildə Nairobidə bir avtomobil qəzasında öldü. Anası isə 1972-ci ildə ikinci yoldaşından ayrılaraq İndoneziyadan ABŞa geri döndü. 1992-ci ildə Havay Universitetindən Antropologiya bölümündən FED qazandı. 1995-ci ildə xərçəngdən öldü. Obamanın ana tərəfindən 1 ögey qardaşı, ata tərəfindən isə 7 ögey qardaşı vardır.

Barak Obama 1989-cu ildə Michelle Robinsonla tanış oldu. 3 Oktyabr 1992 tarixində evlənən cütlük 1998 və 2001 illərində iki qız uşağı dünyaya gətirdilər. 1964 doğulan Michelle Obama yoldaşı Barak Obama kimi Harvard Universiteti Hüquq Fakültəsi məzunu bir vəkildir. Obama cütü Protestant Xristiandır və United Church of Christ təriqətini izləməkdədirlər.

Siyasi həyatı


Obama vəkillik diplomunu aldıqdan sonra 1992-ci ildən etibarən 12 il müddətlə Chicago Universiteti Hüquq Fakültəsində Konstitusiya Hüququ dərsləri verdi. Vəkillik firmalarında işlədi, müxtəlif kömək dərnəkləri və vəqflərdə vəzifə yerinə yetirdi. 1996-cı ildə İllinoisin əyalət senatına seçilərək siyasətə ilk addımını atdı. 1998 və 2002 illərində iki dəfə daha əyalət senatına seçildi. 2000-ci ildə ABŞ Nümayəndələr Məclisinə girmək üçün Demokratik Partiya içində ön seçkilərə qatıldı amma qazana bilmədi. 2004 tarixində namizədliyini qoyduğu ABŞ Senatına % 70lik bir səs əksəriyyəti alaraq seçildi.

Obamanın ilk dəfə ölkə səhnəsinə çıxması 2004-cü ABŞ prezident seçkiləri əsnasında Bostonda toplanan Demokratik Partiya qurultayında söylədiyi və ölkə diametrində televiziyada canlı olaraq verilən nitqi sayəsində olmuşdur. Obama Senatdakı xidmət dövründə Senat Xarici işlər Komissiyasında vəzifə işlədi. Şərqi Avropa, Orta Şərq, Orta Asiya və Afrikaya rəsmi ziyarətləri oldu. Fələstin respublika başçısı Mahmud Abbasla görüşdü. Keniyada Nairobi Universitetində bir konfrans verdi. ABŞ Senatında hələ 6 illik ilk dövrünü tamamlamadan əvvəl 10 Fevral 2007-ci il tarixində 2008 ABŞ prezident seçkilərinə Demokratik Partiyadan namizədliyini irəli sürdü.

Link:

Qiymətləndir:
3.2

0 Responses to “Barak Obama”


  1. No Comments

Leave a Reply