Əhval-Ruhiyyə:Sakit

"Barak Obamanın prezident seçilməsilə bağlı ABŞ hökumətindəki dəyişikliklər Amerika-Türkiyə əlaqələrinə təsir etməyəcək". Today`s Zaman qəzetinin məlumatına görə, bu barədə Türkiyənin Baş naziri Rəcəb Tayyip Ərdoğan bildirib. Onun sözlərinə görə, ikitərəfli əlaqələr ümumi strateji maraqlara əsaslanır.
Barak Obamanın qondarma erməni soyqırımını tanıyacağı barədə verdiyi vədə gəldikdə isə R.T.Ərdoğan hesab edib ki, ABŞ-ın yeni prezidenti bunu etməyəcək.”Biz seçkiqabağı təşviqat dövrü ritorikası və vədləri həqiqətdən ayırmalıyıq. ABŞ-ın çiyinlərində digər ölkələrə münasibətdə böyük cavadehlik yükü var və bu, böyük imkanlarla dolu güclü ölkədir. Obama qlobal böhran dövründə prezident olub və o, bununla mübarizə aparmalıdır”, deyə Türkiyənin Baş naziri qeyd edib. Xatırladaq ki, Barak Obama iki dəfə prezident seçiləcəyi təqdirdə qondarma erməni soyrımını tanıyacağını bildirmişdi. /ANS PRESS/
Link:
| 3.2 |
