Daily Archive for November 8th, 2008

Fenerbahce - Galatasaray

Əhval-Ruhiyyə:Əla

Qalatasarayımız, Fənərbaxça matçının hazırlıqlarını Florya Mətin Oktay Təsislərində etdiyi məşqlə davam etdirdi. Baş məşqçimiz Michael Skibbe rəhbərliyində mətbuata və tərəfdara qapalı reallaşdırılan məşq, isinmə hərəkətləriylə başladı. İdmanın əsas hissəsində Benfica qarşılaşmasında oynayan oyunçular yenilənmə qaçışı edərkən, qarşılaşmada oynamayan və az oynayan oyunçular qaçışın ardından Cevat Gülər rəhbərliyində xüsusi bir çalışma ilə məşqlərə davam etdilər.

Mehmet Topal, Emre Güngör, Aydın Yılmaz və Shabani Nonda da komanda ilə birlikdə məşqlərə qatıldılar. Harry Kewell, müalicəsinin ardından komandadan ayrı məşq etdi

İsveçdə müalicəsini başa vuran və Türkiyədə Qalatasarayın həkimləri tərəfindən müalicəsinə davam etdirilən Tobias Linderoth məşqlərə qatılmadı. Onun müalicəsi həkimlər tərəfindən davam etdirilir.

Qalatasarayımız, sabah axşam edəcəyi məşqlə Fenerbahce matçının hazırlıqlarını tamamlayaraq düşərgəyə girəcək.

Link:

Qiymətləndir:
3.2

Naxçıvanda hərbi hissədə əsgər öldürülüb

Əhval-Ruhiyyə:Rahat

Noyabrın 7-də axşam saatlarında Naxçıvan Muxtar Respublikasının “N” saylı hərbi hissəsində əsgər öldürülüb. Müdafiə Nazirliyindən ANS PRESS-ə verilən məlumata görə, hərbi hissədəki növbədə olan Sərxan Salman oğlu Nemətov əsgər yoldaşının silahından açılan atəş nəticəsində dünyasını dəyişib. Ona əsgər yoldaşı Qurban Məmməd oğlu İbrahimov tərəfindən atəş açıldığı bildirilir. Hələlik hadisənin səbəbləri bilinmir.
ANS PRESS-in bölgə müxbirinin məlumatına görə, 1989-cu il təvəllüdlü Sərxan Nemətov 2007-ci ilin iyun ayında Xaçmaz Hərbi Komissarlığından hərbi xidmətə çağırılmışdı. Əsgər Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonundakı hərbi hissələrdən birində qulluq edib. Artıq onun meyiti Xaçmaza gətirilib və bu gün ailəsinə təhvil veriləcək. Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Eldar Sabiroğlu isə faktla bağlı cinayət işi qaldırıldığını deyib. Faktla bağlı araşdırma aparılır.

Link:

Qiymətləndir:
3.2

“Obama - ABŞın yeni Qorbaçovu”

Əhval-Ruhiyyə:Gülməli

Millətçi rus lideri Vladimir Jirinovskiy ABŞda prezident seçilən Barak Obama üçün "ABŞın yeni Qorbaçuvudur" dedi.

İnterfaks agentliyinin verdiyi məlumata görə Rusiya Liberal Demokratlar Partiyasının sədri Vladimir Jirinovskiy, partiyasının toplantısındakı çıxışında Obama üçün "Yeni Qorbaçov" ifadəsini işlətdi. O, Obama üçün "Obama, Amerikan Qorbaçovdur. O Amerikanı dağıdacaq və yenidən inşa etməyəcək" dedi.

SSRİ-nin son rəhbəri Qorbaçov dünya üçün Soyuq Savaşın sonunu və SSRİ-də demokratiyanın bərqərar olunmasını simvolizə etsə də, bir çox rus üçün SSRİ-ni dağıdan lider olaraq yaddaşda qalıb.

Link:

Qiymətləndir:
3.2

İlk zənci prezident

Əhval-Ruhiyyə:Rahat

ABŞdakı prezident seçkilərində Barack Obama, John McCain üzərində parlaq qələbə qazanaraq tarixi bir zəfərə imza atdı - ABŞın ilk qaradərili prezidenti oldu .

Amma:

10 il bundan qabaq Ağ Evin zənci bir prezidenti var idi. Bu Hollivudun məşhur aktyoru Morgan Freeman idi. Freeman 1998-ci ildə nümayiş olunan Deep Impact filmində ölkəsini və dünyanın böyük bir kometanın təhdidindən qurtarmağa çalışan bir prezident rolunu oynayırdı.

Link:

Qiymətləndir:
3.2