Əhval-Ruhiyyə:Kədərli
Əsgəri döyə-döyə öldürdülər 
QayNar: Bərdə rayon hərbi komisarlığından həqiqi hərbi xidmətə çağrılmış adıçəkilən rayonun Yeni Həyat kənd sakini Aqşin Bolu oğlu Məmmədzadə Füzuli rayonunda qulluq etdiyi N saylı hərbi hissədə döyülərək öldürülüb.
Bu barədə məlumatı «Bizim Yol»a mərhum əsgərin atası Bolu Məmmədov verib. Onun sözlərinə görə, hadisə noyabrın 12-də olub: «Bizə xəbər verdilər ki, övladınız vəfat edib». Amma uşağın ölümündən bir gün əvvəl həyat yoldaşımla yanına getmişdik. Oğlumun heç bir problemi yox idi. Səhəti də normal idi. İndi bizə deyirlər ki, oğlum guya, mənim oraya apardığım yeməklərdən zəhərlənib. Biz uşağın meyidinə baxanda işgəncə izləri açıq-aşkar görünürdü».
B.Məmmədov deyir ki, oğlunun cənazəsini dəfn etməzdən əvvəl onun üzərindəki işgəncə izlərinin video və foto çəkilişini aparıblar.
Öldürülən əsgərin atasının təqdim etdiyi fotodan göründüyü kimi əsgər Aqşin Məmmədovun bədənində çoxsaylı işgəncə izləri var.
Artıq Bərdədən seçilən millət vəkili Zahid Oruc baş verən dəhşətli olayla bağlı Hərbi Prokurorluğa və Müdafiə Nazirliyinə müraciət edib.
Link:
| 3.2 |
