Archive for the 'Elmi' Category

Yaxın və uzaq

Əhval-Ruhiyyə:Kədərli


Ben yakın sen uzak,
Ya sen yakınlarımda ben ırak..

Ansızın sızım yakardı en derinden..
Sana her kavuşmam elzem..
Ben bu yangını söndürmem..
Herkesin tek hakkı var
hem halime sorsalar anlar beni yangın paklar..

Kor alır canım ağlar Yetmez binBir ah

Sagopa Kajmer

Link:

Qiymətləndir:
3.2

YENI MÜBARİZƏ FORMALARI: RESPUBLİKA NAMİNƏ!

Ümidsizlikdən çıxış yolları: yeni mübarizə formaları
Azərbaycanda demokratiya uğrunda mübarizəyə kənardan baxış

Qorxmaz Əsgərov, politoloq

Müxalifət zəifdir? Bəs, sən?!

Azərbaycanda yuxarıdan demokratik islahatların keçirilməsinə dair bütün ümidlər iqtidarın sistemli və ardıcıl siyasəti nəticəsində boşa çıxmışdır. İlham Əliyevin daha proqressiv və islahata meylli xətt tutmasına ümid edən Qərb də, deyəsən demokratik azadlıqlara olan basqıların məhz gənc və perspektivli liderdən qaynaqlanmasına artıq şübhə etmir. Qərargahları əlindən alınan və şəhərin gözdən uzaq yerlərində nümayiş keçirməli olan siyasi partiyalar, döyülən, həbs edilən və ölümlə üzləşən jurnalistlər, gülünc ittihamlarla cərimələnən qəzetlər, şübhəli avtomobil qəzalarında dünyasını dəyişən şəxslər, məhkəmədə ən sensasion bəyanatlarına belə fikir verilmədən hökmü kəsilən keçmiş nazirlər,.. ümumən cəmiyyətdə bir qorxu və ümidsizlik əhval ruhiyyəsi yaratmışdır. Bu ölkədə korrupsiya ilə mübarizə üzrə dövlət komitəsinin sədri Ramiz Mehdiyevdir, ən nüfuzlu nazir normalda oturub sel, daşqın, zəlzələ və bu kimi digər nadir və xoşagəlməz halları gözləməli olan və həmin vəziyyətdə müəyyən işlər görməli olan fövqəladə hallar naziridir, ən iri siyasi partiya 400 minlik YAP-dır. Adambaşına düşən polisin sayına görə bütün Avropada (Belarus da daxil) birinci yeri tutan Azərbaycanımızdan söhbət açıram.

Bəndəniz də daxil bir çox adamlar çıxış yolunu ölkədən çıxmaqda görüblər. Bir qismi ölkədə qalıb şəraitə uyğunlaşmaq yolunu seçib, bir qismi də ölkədə qalıb hələ də mübarizəni davam etdirməkdədir ki, bu insanlara da öz böyük ehtiramımı ifadə etmək istərdim, çünki konkret olaraq mənim ortaya qoymadığım iradə və cəsarəti göstərməkdədirlər. Bunu ona görə qeyd edirəm ki, aşağıda ifadə edəcəyim fikirləri biganə adamın yekəxana ittihamları kimi deyil, məhz Azərbaycanda demokratik mübarizənin bütün ağırlığını öz çiyinlərində daşıyan adamlara bir dost kimi, öz müşahidələrimi çatdırmaq istəyim kimi qəbul edəsiniz.

Continue reading ‘YENI MÜBARİZƏ FORMALARI: RESPUBLİKA NAMİNƏ!’

Link:

IN THE NAME OF REPUBLIC!

The plan to kill Republic in Azerbaijan will be the crime against our
nation, our history, our future! This is the new era for everyone who
considers himself/herself as a patriot of Azerbaijan. We must stand up
to defend our Republic. We need to launch the widest public campaign in
Azerbaijan and in the world to stop this nightmare!

All this disgusting process is full of symbolic moments. They commit
this crime against the Republic exactly 90 years later, when ADR leaders
created first recognized democratic Republic in the Muslim world . 90
years later we are living out one of the greatest shames in our history.
The Constitutional Court will adopt the most shameful decision in its
history as a birthday "gift" to the President on 24th of December.
Things are now much more clear than ever before!

Everyone who supports REPUBLIC must rise NOW! There is no place for
"lobbying" Azerbaijani interests in USA or in Europe, when Azerbaijani
interests are destroyed first in Baku. I do not want even to discuss
what kind of a GIFT is all this for Armenian propaganda against
Azerbaijan.

We need more than just a petition, more than just facebook, more than
just yahoogroups. Government must face resistance it has never faced
before! Enough is enough!

We need new public non-violent movement to campaign against this crime
and we need to unite to support and to defend our Republic!

In the name of Republic!

Emin Milli

Link:

Qiymətləndir:
3.2

RESPUBLİKA NAMİNƏ: BASTA!

Respublikanı dəstəkləyən hər kəs ayağa qalxmalıdır!

RESPUBLİKA NAMİNƏ: BASTA!


Azərbaycanda Respublikanı məvh etmək planı xalqımıza, onun tarixinə və gələcəyinə qarşı cinayətdir! Bu özünü vətənpərvər Azərbaycanlı hesab edən hər bir şəxs üçün yeni dövrun başlanğıcıdır. Respublikanın müdafiəsi uğrunda hər birimiz ayağa qalxmalıyıq! Baş verən kabusu dayandırmaq üçün Azərbaycanda və dünyada yeni ictimai kampaniya həyata keçirilməlidir!

Baş veren bütün bu iyrənc hadisələr rəmzi anlarla doludur. Düz 90 il bundan öncə, ADR liderlərinin əsasını qoyduqları, müsəlman dünyasinda yaranmış ilk respublikaya qarşı cinayət törədilməkdədir. Üstündən düz 90 il keçir və biz tariximizin ən rüsvayçı anlarından birini yaşamaqdayıq. Konstitusiya məhkəməsi 24 Dekabrda prezidentə “hədiyyə” olaraq tarixinin ən utancverici qərarını çıxarmağa hazırlaşır. İndi hər şey daha aydındır!

Respublikanı dəstəkləyən hər kəs ayağa qalxmalıdır! Azərbaycanın öz maraqlarının Bakıda məvh edildiyi halda ABŞ və AB-də Azərbaycan maraqlarının təbliği əhəmiyyətini itirir. Bunun Azərbaycana qarşı yönəlmiş Erməni təbliğatı üçün nə qədər böyük hədiyyə olması haqda danışmağa dəyməz.

Bizə imzalardan, facebook və yahoogroups-lardan daha artığı lazımdır! Hökümət bundan öncə görmədiyi müqaviməti görməlidir. BASTA!!!

Bu cinayətlə mübarizə aparmaq üçün biz qeyri-zorakı ictimai hərəkat yaratmalıyıq və hamımız birlikdə respublikanın müdafiəsinə qalxmalıyıq.

RESPUBLİKA NAMİNƏ,

Emin Milli

Link:

Qiymətləndir:
3.2

«Harda ibadət edirsənsə, ora məsciddir»

Əhval-Ruhiyyə:Rahat

Nəriman Qasımoğlu

05.11.2008

Azərbaycanda islam deyəndə, bir çoxlarının ağlına molla və məscidlər düşür. Bəziləri müsəlmançılığı əsasən yas və kəbin mərasimləri, nəzir qutuları, hətta mövhumatçılıqla əlaqələndirir. Bu səbəbdən də islam dininə münasibət də birmənalı olmur. Mollaların özləri isə çox vaxt iddia edirlər ki, onlarsız islam dini ola bilməz. Mollaların Allaha daha yaxın olduğunu, onların duasının daha tez eşidildiyini fikirləşənlər də var.
Continue reading ‘«Harda ibadət edirsənsə, ora məsciddir»’

Link:

Barak Obama

Əhval-Ruhiyyə:Sakit

Barak Hussein Obama (4 Avqust 1961) ABŞ Senatında İllinois əyalətini təmsil edən iki senatordan biridir və 4 Noyabr 2008-də keçiriləcək 2008 ABŞ prezident seçkilərində ABŞın iki böyük partiyasından biri olan Demokratik Partiyasının namizədidir.

Həyatı

Barak Obama 4 Avqust 1961-ci ildə ABŞın Havay əyalətinin Honolulu şəhərində Kapiolani Tibb Mərkəzində dünyaya gəldi. Özüylə eyni adı daşıyan atası Keniyanın Siaya Bölgəsindəki Nyang’oma Kogelo məskunlaşma yerində böyümüş bir Keniyalı idi. Anası Ann Durham isə Kanzas əyalətinin Wichita şəhərində doğulmuş və böyümüşdü. Obamanın anası atasının tələbə olaraq gəldiyi Havayda tanış oldu və evləndi. Yeni evli cüt Obama 2 yaşındaykən boşandı. Atası Bostona gedərək Harvard Universitetindən FED(fəlsəfə elmlər doktoru) aldı və 1965-ci ildə Keniyaya geri döndü. Anası isə başqa bir xarici tələbə olan İndoneziyalı Müsəlman olan Lolo Soetoroyla evləndi

Anası və ögey atasıyla birlikdə İndoneziyaya köçən Obama 6-10 yaşları arasında Cakartada ibtidai məktəb təhsili gördü. Sonra Honoluluya geri dönərək 1979-cu ildə liseyi bitirənə qədər nənəsi və babası tərəfindən himaye edildi. Liseydən sonra Los Angelesdəki Occidental Collegedə universitetin ilk iki sinifini oxudu və New Yorkdakı Kolumbiya Universitetinə keçiş edərək 1983-cü ildə Siyasi Elmlər fakültəsindən məzun oldu. 1988-ci ildə Harvard Universiteti Hüquq Fakültəsinə girdi. Harvard Universitetindəykən tələbələr tərəfindən nəşr olunan prestijli “Harvard Law Review” jurnalının nəşr işləri müdirliyini edən ilk Afro-Amerikalı oldu. 1991-ci ildə vəkillik diplomunu aldı.

Continue reading ‘Barak Obama’

Link:

Liberalizm nədir?

Əhval-Ruhiyyə:Rahat & Sakit

Liberalizm, azadlığı ilk siyasi dəyər olaraq ələ alan bir ideologiya, siyasət ənənəsi və düşüncə axınıdır. Ümumi mənada liberalizm, fərdlərin ifadə azadlığına sahib olduğu, din, dövlət və bəzən təşkilatların gücünün məhdudlaşdırıldırıldığı, düşüncənin sərbəst bir şəkildə dolaşdığı, xüsusi təşəbbüsə imkan təmin edən bir sərbəst bazar iqtisadiyyatının olduğu, hüququn üstünlüyünü etibarlı edən şəffaf bir dövlət modeli və ictimai həyat nizamının formasıdır. Liberal demokratiya olaraq adlandırılan bu dövlət nizamı, açıq və ədalətli bir seçki sistemi ilə birlikdə bütün vətəndaşların qanun qarşısında bərabər olduğu və fürsət bərabərliyinə sahib olduğu bir sistem olaraq modelləşir.

Kralların təbii rəhbərlik haqqı, varislik sistemi, dövlət dini kimi köhnə dövlət nəzəriyyəsini meydana gətirən bir çox təməl qəbula liberalizm qarşı çıxar. Bütün liberallar fərdin yaşam haqqı, azadlığı və mülkiyyət haqqı kimi təməl insan haqqlarını qəbul edir və dəstəkləyir. Bununla birlikdə bir çox ölkədə müasir liberalizm, ictimai rifahın təmin edilməsi baxımından, dövlətin fərd azadlığı üzərində minimal bir məhdudlaşdırıcı gücü olmasını müdafiə edərək klassik liberalizmdən ayrılar.

Liberalizmin kökləri qərb işıqlanma müddətinə söykənsə də, bu gün üçün termin sağdan sola siyasi təməlin fərqli nöqtələrini əhatə edən, azadlıq əsaslı bir düşüncə xəttini dəstəkləyir.

Etimologiyası və tarixi.

Liberal sözü Latınca liberdən (azad) törəmişdir. Livyin (Titus Livius) “History of Rome from Its Foundation” əsərində aşağı təbəqə ilə aristokatlar arasında keçən azadlıq mübarizəsi izah edir. Orta çağın dəyişən mühitində yuxuda olan bu mübarizə azad şəhər dövlətlərini müdafiə edənlər və papa tərəfdarları arasında İtalyan intibah müddətində təkrar başladı. Niccolò Machiavelli, Discourses on Livy əsərində respublikanın təməllərini atdı. İngilis John Locke və Fransız intibah dövrünün digər mütəfəkkirləri bu mübarizəni insan haqqları təməlində ələ aldılar.

Türk leksik luğətində Liberal sözünün Fransızca libéral ‘dan gəldiyi və bu mənaları verdiyi yazılmışdır:

* Azadlıq və sərbəstliklə əlaqədar.
* Sərbəst iqtisadiyyatdan yana olan (kimsə, partiya vs).
* (məcaz) Xoşgörülü.

18. əsr sonlarından etibarən liberalizm inkişaf etmiş ölkələr üçün əsas ideologiya axınlarından biri halına gəldi.
Liberalizmdə meyllər.

Yuxarıda izah edilən təməl çərçivə daxilində olmaqla birlikdə, liberalizm içində dərin qarşıdurmalar və əleyhdarlıqlar olan bir sistemdir. Bu qarışıqlıqlar klassik liberalizm xaricində fərqli meyllər meydana gəlməsini təmin etdi. Bir çox müzakirədə əleyhdar tərəflər fərqli anlayışlar üçün eyni sözü, bəzən də eyni anlayış üçün fərqli sözləri istifadə edərlər.

Liberalizmdə meyllər.

Yuxarıda izah edilən təməl çərçivə daxilində olmaqla birlikdə, liberalizm içində dərin qarşıdurmalar və əleyhdarlıqlar olan bir sistemdir. Bu qarışıqlıqlar klassik liberalizm xaricində fərqli meyllər meydana gəlməsini təmin etdi. Bir çox müzakirədə əleyhdar tərəflər fərqli anlayışlar üçün eyni sözü, bəzən də eyni anlayış üçün fərqli sözləri istifadə edərlər.

* siyasi liberalizm liberal demokratiya tərəfdarlığı
* mədəni liberalizm fərdi haqq və azadlıqların kimi dövlətsəl və ya dini səbəblər üzündən məhdudlaşdırılması əleyhdarlığı
* iqtisadi liberalizm dövlət mülkiyyətinə qarşı xüsusi mülkiyyət haqqı tərəfdarlığı
* ictimai liberalizm fürsət bərabərsizliyinə qarşı olaraq bərabərlik tərəfdarlığı
* Mühafizəkar liberalizm Fərdi azadlıq, sərbəst iqtisadiyyat təşəbbüskarlığı, düşüncə və din və vicdan azadlığını xalqın ənənəvi ,mədəni quruluşu nəzərə alan sağçı ideologiya azadlığıdır.

Siyasi və mədəni liberalizm özünü liberal olaraq təyin edən insanların çoxu tərəfindən bənzər bir şəkildə qəbul edilib mənimsənər, lakin iqtisadi və ictimai liberalizm mövzusunda geniş fikir ayrılıqları və anlaşılmazlıqlar mövcuddur.

Təməl Prinsipləri.

Fərdilik: Fərdi əsas götürüb onu bütün digər təşkilatlardan üstün tutan görüşdür. Yəni fərd müştərək olan cəmiyyət, dövlət kimi təşkilatlardan əvvəl gəlir. Hərəkət nöqtəsi müqəddəs qəbul edilən fərddir. İqtisadi həyata da bu anlayış əks olunar. Bütün ictimai təşkilatların qarşısında fərd vardır.

Şüurluluq hipotezi: Fərdin məqsədlərinə çata bilməsi üçün istifadə edəcəyi yolları özündən daha yaxşı kimsənin bilməyəcəyi düşüncəsidir. Bir liberal üçün hər kəs öz məqsədləri istiqamətində şüurlu davrana bilmə bacarığına malikdir və öz xoşbəxtliyini necə təmin edə biləcəyini başqalarından yaxşı bilər. Hər fərdi seçki bu hipotezdən ötəri şüurlu qəbul edilir və bundan ötəri də toxunulmaz xüsusiyyət qazanar.

Azadlıq: Liberalizmin ən əsaslı nöqtələrindəndir. Fərdin azad olması, istədiyini təzyiqə məruz qalmadan etməsidir. Amma bu vəziyyət pür azadlığa da çevrilə bilər. Bu tərz azadlıq mənfi bir nöqtəyə yönəlmişdir. Liberalizmdə bu cür pür azadlıq qəbul edilməməkdədir. Yəni bir fərdin digərlərinin azadlığını məhdudlaşdırmaması lazımdır. Libertaryenler isə işdə bu mənfi, pür azadlığı istəyirlər.

Təbii Nizam: “Buraxın etsinlər, buraxın keçsinlər!” fəlsəfəsidir. Dünya öz özünə gedər. Buraxın etsinlər; dövlətin hər hansı bir malın istehsalını hər hansı bir səbəblə qadağan etməməsi lazım olduğu düşüncəsidir. Buraxın keçsinlər isə; dövlətin mal və sərmayə dövranını hər hansı bir səbəblə gömrük kimi tədbirlərlə məhdudlaşdırmaması lazımlılığıdır. Buraxın keçsinlər fəlsəfəsi həm istehsalçı həm də istehlakçı baxımından əhəmiyyətlidir. İstehsalçı daha çox pul qazanarkən istehlakçı da daha ucuza mal tapar.

Bazar İqtisadiyyatı: Mal və xidmət qiymətinin bazarda təyin olunduğu iqtisadiyyat sistemidir.

Məhdud Məsul Dövlət: İqtisadiyyata dövlət müdaxiləsi yoxsa fərdlər istədikləri mal və xidmətləri çıxarırlarsa məhdud məsul dövlət vardır. Dövlət ancaq iç təhlükəsizlik, xarici təhlükəsizlik, ədalət, təhsil, sağlamlıq və alt quruluş xidmətlərini görməlidir.

Bir ideologiya olaraq liberalizmin mənbələri, kilsənin nüfuzuna qarşı çıxan İntibah humanizminə və Xalqın öz kralını seçməyə istiqamətli tələblərdə tapıldığı, xalq suverenliyini anlayışının əhəmiyyətli yapıtaşlarından olan 1688 İngilis inqilabına uzanar. Ancaq gerçək mənada “liberal” olaraq təyin oluna bilər hərəkətlər İşıqlanma çağı sonrası, xüsusilə İngilis Whig partiyası, Fransız islahatı və Amerikanın müstəqilliyinə istiqamətli mübarizənin başlanğıcına uzanar. Bu axınlar mütləq monarxiya, merkantilizm, müxtəlif dini ortodoksluq və klerikalizm hakimiyyətinə qarşı çıxmışlar. Ayrıca bu axınlar ilk dəfə hüquq zəmanəti altındakı fərdi haqqları anlayışını meydana gətirdilər, və xalqın seçilmiş nümayəndələr vasitəsi ilə öz özünü idarə etməsinin əhəmiyyətini vurğuladılar.

Link:

Qiymətləndir:
2.5

Dünyanın 10 sirri…

Əhval-Ruhiyyə:Sakit

Amerika “LiveScience” jurnalı Elm dünyasının hələ tapa bilmədiyi 10 sirri açıqladı. Və qarşınızda Dünyanın 10 qatı açılmayan sirri

1 - Bədən – Zehin əlaqəsi

Bir əfsanəyə çevrilən “Plasebo” zehinlə bədən arasındakı əsrarəngiz əlaqənin ən sadə sübutudur. Bu əlaqə özünü belə göstərir. Belə ki saxta yəni əslində dərman olmayan bir məhlul atdığından xəbərsiz olanlar, dərdlərinə dərman olacaq bir preparatı atdığını fikirləşərək özlərini daha yaxşı hiss edirlər. Üstəlik əlaqə bununla bitmir,tibbi araştırmalarda da düzəliş göstərilir Plasebo-ya baxanda insan istər istəməz zehin nəyə inanarsa bədənində onu yaşadıığına hökm gətirir. Bəzi alimlər zehinin köməyi ilə bədənin özü özünü sağaldabilmə qabliyyəti müasir tibbin yaradabiləcəyi bir möcüzədən qat-qat üstün olduğuna inanırlar.

2 - Ruhlar

Ruhların varlığı haqqında ciddi bir sübut yoxdur hələki onları gördüyünü, onlarla söhbət etdiyini, onların şəkillərini çəkdiyini söyləyən çoxlu insanlar var. Ancaq elm hələki bu varlığı sübuta yetirmiyib.

3 - DÉJÀ VU

Fransız bir kəlimə olan deja-vu Azərbaycan dilinə çevirəndə “daha öncə görülmüş” mənasını verir. Açıqlamaq istədiyi məna isə budur: Xüsusi bir xatirə olaraq düşünülür, və nə vaxtsa bu hadisəni görmüş olduğunuzu hissetmə halıdır. Hərkəsin həyatında bir və ya bir neçə dəfə yaşadığı bu hiss, təcüblü, anlaşılmaz sehirli və tük ürpədicidir. Alimlər deja-vu ilə əlaqədar bəzi açıqlamalar verməyə çalışsalar da bu sehirli hissin səbəbini hələ də sirr olaraq qalır..

4 - TAOS UĞULTUSU

ABŞ-ın New-Mexico əyalətində yerləşən kiçik Taos şəhərini ziyarət edən bəzi turistlər və vətəndaşlar, illərdir. Çöl sahələrdə sehirli, güçsüz, sakit bir səsə sahib olan bir uğultu və tirəşım eşitdiklərini deyirlər. Bu sözləri deyənlər Taos vətəndaşlarının sadəcə 2%-ini təşkil edir.Bəziləri bu səsin çöldə havanın yaradacağı bir səs, bəziləri isə bunun uğursuz bir sir olduğuna inanırlar. Eşidilən bu səsə istər vızıltı istər uğultu, istər titrəyiş istər psixolojik, istərsədə sirr olduğuna inanın. Haqqında bilinən bir geçək var: O da indiyə kimi heç kimin bu səsin kökünün harda olduğunu bilməməsidir

5 – Psixi güc (Vergi verilməsi)

Həm şərq-də həmdə qərbdə bir sıra insanlar psixi güclərə inanırlar. Bu günə kimi psixi gücləri olduğunu deyən insanlar alimlər tərəfindən test ediliblər. Hər dəfəsinədə ya heçnə edə bilməyiblər, ya da ediblərsə nəsə şübhəli qalıbdır Altıncı hissin gücünə inanan adamlar hələ tam dəqiqliyi ilə bu hissin sübutunu elmə aça bilməyiblər.

6 – UzaqGörən

Psixoloqlar bu hissi açıqlayanda insanlar zehinsəl, fərqində olmadan ətrafımızdakı dünya haqqında məlumat topladıqlarını deyirlər. Bu şəkildə biz əslində sadəcə görünüşdə bilmədiyimiz bəzi şeyləri bilir ya da hiss edirik. Ancaq sözügedən məlumatlar zehnimizin dərinliklərində yaşadığı üçün bunun necə olduğunu heçcür anlaya bilmirik.

7 – Ölümdən sonrakı həyat

Həyatlarında bir dəfə kliniki ölüm keçirmiş insanların bəziləri qaranlıq bir tuneldə yol alıb sonda isə ağ bir işığa qovuşduqlarına dair hekayələr danışarlar. Bu fikirlər son dərəcə təsiredici olmaqla bərabər təəsuf ki hələ heç kim o birisi tərəfdən əlində bir sübut ilə ya da doğrulanacaq bir məlumatla geri dönməyi bacarmıyıb.O biri dünya şübhə ilə baxanlar sözügüdən mövzunun travma keçirmiş bir beynin bir sıra xəyallar gördüyünü qeyd edirlər.Bunun üçün də bu da hələ də sirr olaraq qalır.

8 – Uçan boşqablar.

Bəli uçan boşqablar var. Çünki dünyanın hər yerində göyüzündə nə olduğu bilinməyəm bir sıra obyektlər görünndüyünü söyləyən insanlar var. Amma bu obyektlər əslində bir təyyarəmidir, meteorodur, yoxsa həqiqətəndə Mars-lıların icad etdiyi son model bir kosmos gəmisidir. Heç cürə sirri açılmr.

9 – Əsla tapılmayan itgin düşmüşlər

İnsanlar bəzən itirlər. Bəziləri yaşadıqları həyatdan qaçır, bəziləri bilinməyən qəzalarda itib gedər, bəziləri cinayət qurbanı olur. İtgin düşənlər ölü ya da diri tapılır. Ancaq insanlar da vardır ki sanki yer yarılır içinə girirlər, buxarlaşırlar. 1872-ci ildə Portugaliya yaxınlarında tapılan ruh gəmisi Marie Celeste-nin komandası, Amerika işçi lideri Jimm Hoffa bu şəkildə itgin düşənlərdən sadəcə biridir.

10 – Böyük ayaq

Bu sirr-də Amerikadan…….. Yeni qitədə illər boyunca insana bənzəyən çoxlu tükü olan, çox iri Böyük Ayaq adlı bir varlığ gördüyünü söyləyən saysız hesabsız insanlar var. Bütün Qitə ətrafında qeydə alınan söz-söhbətlər doğrudursa əslində minlərlə Böyük Ayağın olduğunu demək olar. Ancaq bu günə qədər bu qorxulu varlığa aid bir dənə də olsun meyit tapılmayıb. Ortada şəkillər, video yazıları və şahidlərin açıqlamalarından başqa bir şey yoxdu. Görünən odur ki Böyük Ayaq da Şotlandiyada varlığı heç cürə sübuta yetirilməyən məşhur Loch Ness heyvanı kimi sehiri kimi dünyadakı yerini qoruyacaq.

Link:

Qiymətləndir:
2.5