Archive for the 'Exlusive' Category

Yaxın və uzaq

Əhval-Ruhiyyə:Kədərli


Ben yakın sen uzak,
Ya sen yakınlarımda ben ırak..

Ansızın sızım yakardı en derinden..
Sana her kavuşmam elzem..
Ben bu yangını söndürmem..
Herkesin tek hakkı var
hem halime sorsalar anlar beni yangın paklar..

Kor alır canım ağlar Yetmez binBir ah

Sagopa Kajmer

Link:

Qiymətləndir:
3.2

İsrail = Terrorist

Əhval-Ruhiyyə:Təəssüflənmiş


Bu ne biçim bahane
Yine düştün petrolün peşine
Bu ne biçim felsefe
Yine sıçtın insanın içine

Özgürlügün ülkesi
Adaletin temsilcisi
Terroristlerden kurtar bizi

Bu kadar cana deger mi
Bu kadar acı diner mi
Bu adamlar sinermi
Kafadan seni silermi söyle

Özgürlügün ülkesi
Adaletin temsilcisi
Terroristlerden kurtar bizi

Link:

Qiymətləndir:
3.2

Eks-prezident statusu kimə veriləcək?

Eks-prezident statusu kimə veriləcək? «Azərbaycan Respublikasının prezidenti və onun ailəsi dövlət hesabına təmin edilir. Azərbaycan Respublikası Prezidentinin və onun ailəsinin təhlükəsizliyini xüsusi mühafizə xidməti təmin edir». (Azərbaycan Respublikası Konstitusiyası-maddə 108)
Bu maddəyə keçmiş prezidentlərlə bağlı əlavə təklif olunur.
Əvvəllər Azərbaycan Respublikasının prezidenti seçilmiş şəxsin təminat qaydaları Konstitusiya qanunu ilə müəyyən edilir.

«Bu o deməkdir ki, respublika prezidenti seçilmiş bütün şəxslər eks-prezident kimi dövlət təminatı alacaqlar»- Eks-prezidentlərin statusu ilə bağlı parlamentdə dəfələrlə təkliflər səsləndirən Böyük Quruluş Partiyasının sədri Fazil Qəzənfəroğluna görə, bu təminat yalnız yeni konstitusiya qanunun qəbulundan sonra mümkün olacaq. Fazil Qəzənfəroğluna görə, həmin qanun elə tənzimlənməlidir ki, prezident olmuş şəxslərin hamısına şamil edilsin:

«Burda söhbət xüsusilə iki nəfərdən –Ayaz Mütəllibov və Əbülfəz Elçibəydən gedir. Elçibəy vəfat edib, Ayaz Mütəllibov isə Moskvada yaşayır və barəsində cinayət işi var. Mənim düşüncəmə görə, bu elə tənzimlənəcək ki, hər ikisinə şamil edilə biləcək».

Continue reading ‘Eks-prezident statusu kimə veriləcək?’

Link:

YENI MÜBARİZƏ FORMALARI: RESPUBLİKA NAMİNƏ!

Ümidsizlikdən çıxış yolları: yeni mübarizə formaları
Azərbaycanda demokratiya uğrunda mübarizəyə kənardan baxış

Qorxmaz Əsgərov, politoloq

Müxalifət zəifdir? Bəs, sən?!

Azərbaycanda yuxarıdan demokratik islahatların keçirilməsinə dair bütün ümidlər iqtidarın sistemli və ardıcıl siyasəti nəticəsində boşa çıxmışdır. İlham Əliyevin daha proqressiv və islahata meylli xətt tutmasına ümid edən Qərb də, deyəsən demokratik azadlıqlara olan basqıların məhz gənc və perspektivli liderdən qaynaqlanmasına artıq şübhə etmir. Qərargahları əlindən alınan və şəhərin gözdən uzaq yerlərində nümayiş keçirməli olan siyasi partiyalar, döyülən, həbs edilən və ölümlə üzləşən jurnalistlər, gülünc ittihamlarla cərimələnən qəzetlər, şübhəli avtomobil qəzalarında dünyasını dəyişən şəxslər, məhkəmədə ən sensasion bəyanatlarına belə fikir verilmədən hökmü kəsilən keçmiş nazirlər,.. ümumən cəmiyyətdə bir qorxu və ümidsizlik əhval ruhiyyəsi yaratmışdır. Bu ölkədə korrupsiya ilə mübarizə üzrə dövlət komitəsinin sədri Ramiz Mehdiyevdir, ən nüfuzlu nazir normalda oturub sel, daşqın, zəlzələ və bu kimi digər nadir və xoşagəlməz halları gözləməli olan və həmin vəziyyətdə müəyyən işlər görməli olan fövqəladə hallar naziridir, ən iri siyasi partiya 400 minlik YAP-dır. Adambaşına düşən polisin sayına görə bütün Avropada (Belarus da daxil) birinci yeri tutan Azərbaycanımızdan söhbət açıram.

Bəndəniz də daxil bir çox adamlar çıxış yolunu ölkədən çıxmaqda görüblər. Bir qismi ölkədə qalıb şəraitə uyğunlaşmaq yolunu seçib, bir qismi də ölkədə qalıb hələ də mübarizəni davam etdirməkdədir ki, bu insanlara da öz böyük ehtiramımı ifadə etmək istərdim, çünki konkret olaraq mənim ortaya qoymadığım iradə və cəsarəti göstərməkdədirlər. Bunu ona görə qeyd edirəm ki, aşağıda ifadə edəcəyim fikirləri biganə adamın yekəxana ittihamları kimi deyil, məhz Azərbaycanda demokratik mübarizənin bütün ağırlığını öz çiyinlərində daşıyan adamlara bir dost kimi, öz müşahidələrimi çatdırmaq istəyim kimi qəbul edəsiniz.

Continue reading ‘YENI MÜBARİZƏ FORMALARI: RESPUBLİKA NAMİNƏ!’

Link:

IN THE NAME OF REPUBLIC!

The plan to kill Republic in Azerbaijan will be the crime against our
nation, our history, our future! This is the new era for everyone who
considers himself/herself as a patriot of Azerbaijan. We must stand up
to defend our Republic. We need to launch the widest public campaign in
Azerbaijan and in the world to stop this nightmare!

All this disgusting process is full of symbolic moments. They commit
this crime against the Republic exactly 90 years later, when ADR leaders
created first recognized democratic Republic in the Muslim world . 90
years later we are living out one of the greatest shames in our history.
The Constitutional Court will adopt the most shameful decision in its
history as a birthday "gift" to the President on 24th of December.
Things are now much more clear than ever before!

Everyone who supports REPUBLIC must rise NOW! There is no place for
"lobbying" Azerbaijani interests in USA or in Europe, when Azerbaijani
interests are destroyed first in Baku. I do not want even to discuss
what kind of a GIFT is all this for Armenian propaganda against
Azerbaijan.

We need more than just a petition, more than just facebook, more than
just yahoogroups. Government must face resistance it has never faced
before! Enough is enough!

We need new public non-violent movement to campaign against this crime
and we need to unite to support and to defend our Republic!

In the name of Republic!

Emin Milli

Link:

Qiymətləndir:
3.2

RESPUBLİKA NAMİNƏ: BASTA!

Respublikanı dəstəkləyən hər kəs ayağa qalxmalıdır!

RESPUBLİKA NAMİNƏ: BASTA!


Azərbaycanda Respublikanı məvh etmək planı xalqımıza, onun tarixinə və gələcəyinə qarşı cinayətdir! Bu özünü vətənpərvər Azərbaycanlı hesab edən hər bir şəxs üçün yeni dövrun başlanğıcıdır. Respublikanın müdafiəsi uğrunda hər birimiz ayağa qalxmalıyıq! Baş verən kabusu dayandırmaq üçün Azərbaycanda və dünyada yeni ictimai kampaniya həyata keçirilməlidir!

Baş veren bütün bu iyrənc hadisələr rəmzi anlarla doludur. Düz 90 il bundan öncə, ADR liderlərinin əsasını qoyduqları, müsəlman dünyasinda yaranmış ilk respublikaya qarşı cinayət törədilməkdədir. Üstündən düz 90 il keçir və biz tariximizin ən rüsvayçı anlarından birini yaşamaqdayıq. Konstitusiya məhkəməsi 24 Dekabrda prezidentə “hədiyyə” olaraq tarixinin ən utancverici qərarını çıxarmağa hazırlaşır. İndi hər şey daha aydındır!

Respublikanı dəstəkləyən hər kəs ayağa qalxmalıdır! Azərbaycanın öz maraqlarının Bakıda məvh edildiyi halda ABŞ və AB-də Azərbaycan maraqlarının təbliği əhəmiyyətini itirir. Bunun Azərbaycana qarşı yönəlmiş Erməni təbliğatı üçün nə qədər böyük hədiyyə olması haqda danışmağa dəyməz.

Bizə imzalardan, facebook və yahoogroups-lardan daha artığı lazımdır! Hökümət bundan öncə görmədiyi müqaviməti görməlidir. BASTA!!!

Bu cinayətlə mübarizə aparmaq üçün biz qeyri-zorakı ictimai hərəkat yaratmalıyıq və hamımız birlikdə respublikanın müdafiəsinə qalxmalıyıq.

RESPUBLİKA NAMİNƏ,

Emin Milli

Link:

Qiymətləndir:
3.2

Yunanıstan yellənir

Əhval-Ruhiyyə:Sakit

Yunanıstanda ötən şənbə günü 16 yaşlı gəncin polis tərəfindən öldürülməsindən sonra başlayan olaylar hələ də davam edir.

Xəbərə görə, böyük şəhərlərin mərkəzində polis ciddi təhlükəsizlik tədbirləri görüb. Etiraz aksiyası keçirənləri dağıtmaq üçün daha çox gözyaşardıcı qazdan istifadə edilir.

Yunanıstanın paytaxtı Afina, ona yaxın Selanik şəhəri başda olmaqla ölkənin şimal hissəsində minlərlə insan etirazını bildirmək üçün polis bölmələrinə hücum edib, çoxlu polis yaralanıb, onlarla maşın yandırılıb, banklar, dükanlar soyulub.

Yunanıstanın bütün media orqanları az qala müharibə səhnələrini xatırladan video görüntülər və fotolar yayımlayırlar.

Continue reading ‘Yunanıstan yellənir’

Link:

Naxçıvanda hərbi hissədə əsgər öldürülüb

Əhval-Ruhiyyə:Rahat

Noyabrın 7-də axşam saatlarında Naxçıvan Muxtar Respublikasının “N” saylı hərbi hissəsində əsgər öldürülüb. Müdafiə Nazirliyindən ANS PRESS-ə verilən məlumata görə, hərbi hissədəki növbədə olan Sərxan Salman oğlu Nemətov əsgər yoldaşının silahından açılan atəş nəticəsində dünyasını dəyişib. Ona əsgər yoldaşı Qurban Məmməd oğlu İbrahimov tərəfindən atəş açıldığı bildirilir. Hələlik hadisənin səbəbləri bilinmir.
ANS PRESS-in bölgə müxbirinin məlumatına görə, 1989-cu il təvəllüdlü Sərxan Nemətov 2007-ci ilin iyun ayında Xaçmaz Hərbi Komissarlığından hərbi xidmətə çağırılmışdı. Əsgər Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonundakı hərbi hissələrdən birində qulluq edib. Artıq onun meyiti Xaçmaza gətirilib və bu gün ailəsinə təhvil veriləcək. Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Eldar Sabiroğlu isə faktla bağlı cinayət işi qaldırıldığını deyib. Faktla bağlı araşdırma aparılır.

Link:

Qiymətləndir:
3.2

“Obama - ABŞın yeni Qorbaçovu”

Əhval-Ruhiyyə:Gülməli

Millətçi rus lideri Vladimir Jirinovskiy ABŞda prezident seçilən Barak Obama üçün "ABŞın yeni Qorbaçuvudur" dedi.

İnterfaks agentliyinin verdiyi məlumata görə Rusiya Liberal Demokratlar Partiyasının sədri Vladimir Jirinovskiy, partiyasının toplantısındakı çıxışında Obama üçün "Yeni Qorbaçov" ifadəsini işlətdi. O, Obama üçün "Obama, Amerikan Qorbaçovdur. O Amerikanı dağıdacaq və yenidən inşa etməyəcək" dedi.

SSRİ-nin son rəhbəri Qorbaçov dünya üçün Soyuq Savaşın sonunu və SSRİ-də demokratiyanın bərqərar olunmasını simvolizə etsə də, bir çox rus üçün SSRİ-ni dağıdan lider olaraq yaddaşda qalıb.

Link:

Qiymətləndir:
3.2

İlk zənci prezident

Əhval-Ruhiyyə:Rahat

ABŞdakı prezident seçkilərində Barack Obama, John McCain üzərində parlaq qələbə qazanaraq tarixi bir zəfərə imza atdı - ABŞın ilk qaradərili prezidenti oldu .

Amma:

10 il bundan qabaq Ağ Evin zənci bir prezidenti var idi. Bu Hollivudun məşhur aktyoru Morgan Freeman idi. Freeman 1998-ci ildə nümayiş olunan Deep Impact filmində ölkəsini və dünyanın böyük bir kometanın təhdidindən qurtarmağa çalışan bir prezident rolunu oynayırdı.

Link:

Qiymətləndir:
3.2