Əhval-Ruhiyyə:Əla
What is love? It is one of the most difficult questions for the mankind. Centuries have passed by, relationships have bloomed and so has love. But no one can give the proper definition of love. To some Love is friendship set on fire for others Maybe love is like luck. You have to go all the way to find it. No matter how you define it or feel it, love is the eternal truth in the history of mankind.
Love is patient, love is kind. It has no envy, nor it boasts itself and it is never proud. It rejoices over the evil and is the truth seeker. Love protects; preserves and hopes for the positive aspect of life. Always stand steadfast in love, not fall into it. It is like the dream of your matter of affection coming true.
Love can occur between two or more individuals. It bonds them and connects them in a unified link of trust, intimacy and interdependence. It enhances the relationship and comforts the soul. Love should be experienced and not just felt. The depth of love can not be measured. Look at the relationship between a mother and a child. The mother loves the child unconditionally and it can not be measured at all. A different dimension can be attained between any relationships with the magic of love. Love can be created. You just need to focus on the goodness of the other person. If this can be done easily, then you can also love easily. And remember we all have some positive aspect in us, no matter how bad our deeds maybe. And as God said Love all.
Continue reading ‘Is this love…’
Alma qəzetinin bu sayında Araz Önərin "Gevara, Lenin, Muro" adlı yazısı çıxıb. O yazını sizə olduğu kimi təqdim edirik.
Hər dəfə “Alma”nı alıb oxuyan zaman, Məmməd Süleymanovu, Həmid Herisçini və digər solaxay yazarların yazılarını görəndə dəhşətli dərəcədə təəccüblənirəm, həm də bir az əsəbiləşirəm. Ona görə yox ki, mənim bu insanlarla şəxsi qərəzliyim var. Qətiyyən… Mən onları heç tanımıram, münkündürsə heç tanımaq da istəmirəm. Amma məni maraqlandıran, bir sual var. Yəni bu xalqın, bu cəmiyyətin solaxaylara və “sol”a doğrudanmı ehtiyacı var?
Continue reading ‘Gevara, Lenin, Muro’
Əhval-Ruhiyyə:Sakit
Barak Hussein Obama (4 Avqust 1961) ABŞ Senatında İllinois əyalətini təmsil edən iki senatordan biridir və 4 Noyabr 2008-də keçiriləcək 2008 ABŞ prezident seçkilərində ABŞın iki böyük partiyasından biri olan Demokratik Partiyasının namizədidir.

Həyatı
Barak Obama 4 Avqust 1961-ci ildə ABŞın Havay əyalətinin Honolulu şəhərində Kapiolani Tibb Mərkəzində dünyaya gəldi. Özüylə eyni adı daşıyan atası Keniyanın Siaya Bölgəsindəki Nyang’oma Kogelo məskunlaşma yerində böyümüş bir Keniyalı idi. Anası Ann Durham isə Kanzas əyalətinin Wichita şəhərində doğulmuş və böyümüşdü. Obamanın anası atasının tələbə olaraq gəldiyi Havayda tanış oldu və evləndi. Yeni evli cüt Obama 2 yaşındaykən boşandı. Atası Bostona gedərək Harvard Universitetindən FED(fəlsəfə elmlər doktoru) aldı və 1965-ci ildə Keniyaya geri döndü. Anası isə başqa bir xarici tələbə olan İndoneziyalı Müsəlman olan Lolo Soetoroyla evləndi
Anası və ögey atasıyla birlikdə İndoneziyaya köçən Obama 6-10 yaşları arasında Cakartada ibtidai məktəb təhsili gördü. Sonra Honoluluya geri dönərək 1979-cu ildə liseyi bitirənə qədər nənəsi və babası tərəfindən himaye edildi. Liseydən sonra Los Angelesdəki Occidental Collegedə universitetin ilk iki sinifini oxudu və New Yorkdakı Kolumbiya Universitetinə keçiş edərək 1983-cü ildə Siyasi Elmlər fakültəsindən məzun oldu. 1988-ci ildə Harvard Universiteti Hüquq Fakültəsinə girdi. Harvard Universitetindəykən tələbələr tərəfindən nəşr olunan prestijli “Harvard Law Review” jurnalının nəşr işləri müdirliyini edən ilk Afro-Amerikalı oldu. 1991-ci ildə vəkillik diplomunu aldı.
Continue reading ‘Barak Obama’
Əhval-Ruhiyyə:Təəccüblü
Sadə vətəndaşlardan biri “Bank Satandart”a müraciət edərək, hesabına gələn 100 avronu götürmək istəyib. Əvəzində əcaib cavab alıb:
- Gərək izahat yazasınız.
- Nə izahatı?
- Pulu hara xərcləyəcəksiniz, kim göndərib, niyə göndərib və s.
- Başa düşmədim? Bunun sizə nə dəxli var?
- Bizə belə tapşırıblar…
Dünən isə “Azərbaycan parlamentinin İqtisadi siyasət məsələləri komissiyası ölkədə cinayət yolu ilə əldə edilən «çirkli pulların» leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinin qarşısının alınmasını nəzərdə tutan qanun layihəsini ikinci oxunuşda təsdiqləyib. Qanun layihəsi cinayət yolu ilə əldə edilən pul vəsaitlərinin, digər əmlakın leqallaşdırılmasının terrorçuluğun maliyyələşdirilməsi ilə bağlı hüquqpozmaların aşkarlanması və qarşısının alınmasının hüquqi mexanizminin yaradılmasını nəzərdə tutur. Qanun layihəsinə əsasən, Azərbaycanda 20 min manatdan artıq olan pul vəsaitləri və digər əmlakla aparılan əməliyyatlar dövlət strukturu tərəfindən yoxlanılacaq. Belə əməliyyatlar, məbləğindən asılı olmayaraq, monitorinq olunacaq. Bu sahədə yoxlamalar aparmaq üçün XÜSUSİ MALİYYƏ KƏŞFİYYAT ORQANInın yaradılması nəzərdə tutulur.” (Trend)
Continue reading ‘Zahir Əzəmət. Bu həftə inqilab olacaq!’
Əhval-Ruhiyyə:Gülməli
Bir neçə saat bundan əvvəl seçkinin ilkin nəticələri açıqlandı. İlham Əliyev 92 faizlə seçkidə parlaq qələbə qazanmışdı. Və mən şübhə eləmirəm ki, seçkilər şəffaf keçib. İlham Əliyevi xalq prezident seçdi. Eşitdiklərimin və müşahidə elədiklərimin əsasında belə qənaətə gəlmişəm.
Mən özüm seçkilərdə lazımınca iştirak elədim. Həm müşahidə elədim, həm də səs verdim. Daha eldən gizli, Allahdan nə gizli - bullitenin yuxarı hissəsinə Xalqın namizədi Şiraslan yazdım, yanında da bir kvadrat çəkib içini qaraladım. Dostlarım da seçkidə aktiv iştirak elədi. Hətta bəzilərinin yerinə səs verən də tapıldı. Məsələn, dostlarımdan biri günorta saatlarında səs verməyə getdi və ona siz artıq səs vermisiniz deyə bildirdilər. O da sevinə-sevinə evinə qayıtdı. Sevinirdi, çünki daha pərdəli otağa girməyə ehtiyac qalmamışdı. Digər dostum mənim kimi müşahidəçi idi. Dediyinə görə seçkidə nəticəyə təsir göstərməyən xırda qanun pozuntuları oldu. Belə ki, məntəqə rəhbərliyindən bir nəfər seçki qutularına altdan-altdan bullitenləri ötürürmüş. Rəhbərliyin üzvü, bir xanım isə bullitenləri onun əlindən alaraq, “Əhməd Haradadır?” filmindəki “üzumu bax belə yığarlar” səhnəsini xatırladan jestiylə “bullitenləri bax belə atarlar” deyib, onları qutuya atdı. Məntəqələrin birində isə məntəqə rəhbərləri səsvermə bitənə yaxın Azərbaycan xalqına xas bir tərzdə gözəl süfrə açıbmışlar. Hamının sağlığına içəndən sonra, Dalğa Gənclər Hərəkatının sədrliyinə namizəd İlkin Əlisoyun şərəfinə də bir sağlıq deyiblər. İlkin də təbii ki, bunların hamısını qeydə alıb. Ramin Hacılının müşahidəçi olduğu məntəqədə isə maraqlıbir fakt qeydə alınıb. Saat 2-3 radələrində məntəqənin qabağında bir neçə avtobus peyda olub. Özü də içi dolu seçici. Hamısı hurrey deyib məntəqəyə daxil olub kollektiv şəkildə səs veriblər. Hacılı da ehmalca avtobusların nömrələrini özü üçün qeyd edib. Hacılının qardaşı isə məntəqə rəhbərlərini bullitenləri kütləvi şəkildə qutuya atarkən yaxalayıb.
Təbii ki, bütün bunlar seçkinin nəticəsinə heç bir təsir göstərmədi. Fakt prezidenti xalq seçdi. Prezident özü gəlib bullitenləri kütləvi şəkildə qutuya atmadı ki. Ya da prezident kiminsə yerinə səs vermədi ki. Hamısını xalq elədi. Seçkilər tam şəffaf, demonkratik şəraitdə keçdi. Beləliklə, “rıbak Hafiz”in qardaşı İlham Əliyev prezident seçildi. Bu münasibətlə xalqımı təbrik edirəm. Onlar prezidentin seçilməsində çox önəmli rol oynadılar. Neçə belə seçkilərdə görüşək. Ən pis seçkimiz belə keçsin…
Əhval-Ruhiyyə:Təəssüflənmiş
"Prezident ya mən olacam, ya da qardaşım!" - Hafiz Haciyev
Azərbaycan növbəti prezident seçkisini də arxada qoydu. Hər dəfə daha da passiv və maraqsız keçən seçki bu dəfə daha maraqsız oldu. Müşahidə elədiyim məntəqələrdə səs verənlərin böyük əksəriyyəti qocalar idi. Əvvəlki seçkilərdən fərqli olaraq müxalifətin də güclü alternativi yox idi. Təbliğat prosesi də çox qısa oldu. Mitinqlərin keçirilməsinə icazə verilmədi. Universitetlərdə tələbələri kütləvi şəkildə seçkiyə göndərdilər. Seçkiyə getməyənləri də yəqin tənbeh edəcəklər.
Azərbaycan bu seçkini də bir təhər yola verdi. Məncə xalq, seçilən prezidentə elə də güclü baş ağrısı olmayacaq. Çünki artıq heç kəsin buna ümidi qalmayıb. İnsanlar başlarını aşağı salıb bir qarın çörək uğrunda mübarizə aparırlar. Haqq, hüquq, ədalət tamam yaddan çıxıb.
Nəisə çox danışmayım. Seçkiniz mübarək, əziz xalq!
Əhval-Ruhiyyə:Sakit
Bu gün yaman yuxuluyam. Heç bilmirəm niyə, amma elə bil, hər şey yadımdan çıxıb. Yaman qorxunc bir vəziyyətə düşmüşəm. Gəzdiyim küçələri tanımıram, görüşdüyüm insanları tanımıram, oturduğum kafeləri tanımıram. Heç nəyi tanımıram. Qorxa-qorxa mənə gülümsəyən bir insanın arxasıyca gedirəm. Gedirəm ki, bəlkə o mənə buradan çıxışı göstərdi. Amma nafilə. Heç kəs bu cəhənnəmdən çıxış yolunu bilmir deyəsən.
Siqaretlərim də həmişəki kimi yanmır, həmişəki kimi sönmür. Mən də onları dünən çəkdiyim kimi çəkə bilmirəm. Çünki dünəni xatırlamıram. Dünəni öldürmüşəm. Və hər şeyə yenidən başlamalıyam. Sevməyi, dost olmağı, siqaret çəkməyi, içki içməyi hər şeyi yenidən öyrənməliyəm…Mən yenidən doğulmalıyam…
Əhval-Ruhiyyə:Sakit
Oktyabr başladı, elə başlar-başlamaz Bakı Dövlət Universitetinin Tələbə Gənclər hərəkatının sədri Daşqın, dalımca adam göndərdi ki, lütf elə gəl. Görüşünün məqsədini soruşanda, dedi ki, elə belə səninlə söhbət eləmək istəyirəm. Mən də dedim baş üstə. Ürəyin nə qədər istəyir danışaq, söhbət eliyək. Söhbət əsnasında belə bir dialoq yarandı:
Daşqın: Nə işlə məşğulsan, Araz?
Mən: Nə mənada?
D.: Yəni ki, dərsdən sonra…
M.: Çox vaxt evə gedib yatmaqla məşğul oluram.
D.: Seçkilər ərəfəsində hansı proseslərə qoşulmusan?
M.: Müşahidəçiyəm.
D.: Hansı təşkilatdan?
M.: Müstəqil müşahidəçiyəm.
D.: Bəs sən niyə, “Dalğa”ya qoşulmusan?
M.: Başa düşmədim, bunun sizə nə dəxli var ki?
D.: Niyə bizim Tələbə Gənclərə qoşulmursan, amma “Dalğa”ya qoşulmusan…?
M.: Çünki Dalğa mənim baxışlarıma daha uyğundu. Mən demokrat və liberal baxışlı adamam.
D.: İndi demək istəyirsən ki, burda demokratiya yoxdu?
M.: Əgər məni bura çağırıb, sorğu sual edirsənsə, deməli yoxdu…
D.: Nəisə, Araz…3-cü gün saat 12-də universitetdə ol, rektor və yaxud prorektor səninlə görüşmək istəyir. Məsləhət görürəm ki, mənimlə danışdığın kimi onlarla danışmayasan…
M.: Prorektorlarla artıq görüşmüşəm…Nəisə mən gedim onda..
D.: Oldu, sənə yaxşı yol… Ramin Hacılıya salam de.
M.: Mütləq…
Əhval-Ruhiyyə:Təəccüblü
Araz Önər 
Boykotun nə olduğunu artıq keçən yazıda otaq yoldaşım İlkin Əlisoy bildirmişdi. Amma ortada bir əmma var ki, bu boykot terminini praktiki olaraq analiz etmək çox çətin məsələdir. Teoriyada boykot adama çox asan gəlir. Məsələn, müəllim mənim xoşuma gəlmir, mən o müəllimin dərslərini boykot edərək, dərsinə girmirəm. Boykotun bu növü Azərbaycanda ən çox məşhurdur. Çünki demək olar ki, bütün universitetlərdə tələbələr müəllimləri dolayı yolla da olsa boykot edirlər. Özüm də dəfələrlər bu boykotistlərdən biri olmuşam. Və bunu teorik olaraq düşündükdən sonra praktikada tətbiq etmək qərarına gəlmişəm. Nəticəsi də bu olub ki, az qala universitetdən xaric olunurdum.
Bu gün, bir sıra müxalifət partiyaları boykotu teorik olaraq analiz etdikdən sonra boykot qərarı verdilər. Deyə bilərəm ki, seçkilərdə onsuz da ciddi bir uğur əldə etməyəcəyini gözlədiyim müxalifətin, təslim olacağını düşünmürdüm. Və ümumiyyətlə bunda ciddi səbəb də axtarıb tapa bilmədim. Bu sizin hər dəfə getdiyiniz , bizimsə hər dəfə döyüldüyümüz, həbs olunduğumuz, sonra da 1 ay depressiv əhval-ruhiyyə altında gəzişdiyimiz növbəti bir seçki olacaqdır. Bu proses maaşları verilməyən işçilərin aclıq aksiyası başlatmasına bənzəyir. Onsuz da maaş olmuyandan sonra, pul olmur, pul da olmayandan sonra da ac qalırsan. Daha pafosla mən aclıq aksiyasına başlayıram deməyin xeyri yoxdur. Hamı qıraqdan baxıb başa düşür. İndi bu muxalifətin də boykot qərarı verməsi mənim üçün, artıq müxalifətin məğlubiyyətlə barışmasına işarədir. Onsuz da Azərbaycanda demokratiya yoxdu, demokratiya yoxdursa azad seçki də yoxdur, azad seçki də olmayandan sonra siz yoxsunuz, daha burada “biz boykota gedirik” qərarını vermək nəyə lazım. Bu saat bütün ölkə boykotla məşğuldur. Oliqarxlar xalqı, xalq da özünü boykot edir. Bircə İlkin Əlisoyun başı Pekin Olimpiyadalarına qarışıb.
İlkin Əlisoy
Pekində keçiriləcək Olimpiya Oyunlarına az vaxt qalır. Onların ətrafında baş verən qalmaqallardan, Londonda, Parisdə, San-Fransiskoda və bir çox başqa yerlərdə keçirilən etiraz aksiyalarından yəqin ki xəbəriniz var. Amma gəlin bu məsələyə daha geniş baxaq.Getdik…
Məncə birbaşa məsələyə keçmək düzgün olmazdı. Olimpiya Oyunları tarixində kifayət qədər boykotlar olub. Bir nəzər salaq.
Boykot termini haradan gəlib?
19-cu əsrdə İrlandiyada Çarlz Boykot adlı malikanə rəhbəri var idi. O dövrün vəzifə sahiblərinin çoxu kimi eqoist birisi olaraq, təsərrüfat işçilərinin əmək haqlarını artırmamağa inadla dirəniş göstərirdi. Bunları görən camaat 1880-ci ildə etiraz əlaməti olaraq kütləvi şəkildə Boykotun yanına işləməkdən imtina etdilər.
Beləcə “boykot” termini ümumi isimə çevrilərək məşhurlaşdı və bütün sahələri əhatə etməklə, Olimpiya Oyunlarında da yaddan çıxmadı.
Continue reading ‘Pekin 2008. Baxaq baxmayaq?’