Архив рубрики «Şeirlər»

Sən inanma məddahlara!

Əhval-Ruhiyyə:Hirsli

Onlar səni radioda tərifləyir,
qəzetlərdə mədh eləyir.
Onlar səni telegüzgü dağlarında vəsf eləyir.

- Nizamini yetirmisən! Kəhkəşansan! - deyir biri.
- Nəsimini yetirmisən! Qəhrəmansan! - deyir biri.

Biri deyir: - Şərqin gözü!
Biri deyir:- Yer üstündə cənnət özü!

Şadlığından şıllaq atır,
Biri deyir: - Ay can! Ay can!
Sən inanma məddahlara, Azərbaycan!

Читать полностью »

Link:

Комментировать »

admin 15.10.2008 в рубриках: Şeirlər

Bu gün…

Əhval-Ruhiyyə:Sakit

Bu gün yaman yuxuluyam. Heç bilmirəm niyə, amma elə bil, hər şey yadımdan çıxıb. Yaman qorxunc bir vəziyyətə düşmüşəm. Gəzdiyim küçələri tanımıram, görüşdüyüm insanları tanımıram, oturduğum kafeləri tanımıram. Heç nəyi tanımıram. Qorxa-qorxa mənə gülümsəyən bir insanın arxasıyca gedirəm. Gedirəm ki, bəlkə o mənə buradan çıxışı göstərdi. Amma nafilə. Heç kəs bu cəhənnəmdən çıxış yolunu bilmir deyəsən.
Siqaretlərim də həmişəki kimi yanmır, həmişəki kimi sönmür. Mən də onları dünən çəkdiyim kimi çəkə bilmirəm. Çünki dünəni xatırlamıram. Dünəni öldürmüşəm. Və hər şeyə yenidən başlamalıyam. Sevməyi, dost olmağı, siqaret çəkməyi, içki içməyi hər şeyi yenidən öyrənməliyəm…Mən yenidən doğulmalıyam…

Link:

Qiymətləndir:
3.2

Комментариев (14) »

admin 08.10.2008 в рубриках: Cızma-qara, Şeirlər

Gecələr

Araz Önər

Gecələr mənə səndən danışır,
hər addım başı.
Gəzdiyim qaranlıq küçələrin
səssizliyində.
Yazılmamış şeirlərimdən
misralar deyir,
Dilənməmiş arzularımdan
parçalar deyir,
gecələr mənə.
Soyuq bir qış gününün
rəsmini çəkir,
dadında biraz ətir, biraz qadınlıq
biraz da ölüm qoxan
o qızın gözlərindən danışır
sevgilisiylə görüşmək üçün
atasına dediyi yalan sözlərindən danışır
gecələr mənə.
Xoşbəxt olmaq üçün,dediyim yalanlardan
sevəcəyim qadınlardan, sənsizlik dolu
boş keçirdiyim zamanlardan
yaxşılardan, yamanlardan,danışır
gecələr mənə.
Tanrının mənə verdiyi cismə
etdiyim xəyanətin püskürüb çağlamasından
mələklərin günahlarıma baxıb ağlamasından…

Sənin cismin öldürdü məni
sevişdiyimiz yataqın
ölümsüzlüyündən danışır gecələr mənə…

Link:

Qiymətləndir:
3.2

Комментировать »

admin 07.08.2008 в рубриках: Şeirlər

Perç Zeytunsyan

Əhval-Ruhiyyə:Kədərli

On nəfərdən biri

Tezliklə gələcəklər…
- Siqaretin var?
- Mən qorxuram … mən ölmək istəmirəm.
- Sakit ol, heç bir şey olmaz.
- Evdə, gizlində bir şüşə viski saxlamışam. Ələ keçirməyiblərsə, müharibə qurtarandan sonra içərəm.
- Mən soruşuram ki, siqaretin var?
- Şəhərdə bir tanışım var, pinəçidir. Müharibədən sonra gedib onun yanında şagird olacağam.
- Saat neçədir?
- Kimdə saat var ki…
***

Onlar az danışan və dərdli əsgərlər idi. Danışanda da çox mənasız şeylərdən danışırdılar. Ancaq hamı bir-birini diqqətlə dinləyir və anlayırdılar ki, elə belə də olmalıdır. Bir sözü neçə dəfə təkrar edirdilər. Heç kim də demirdi ki, bu sözü artıq neçənci dəfədir ki, eşidir…
Eyni söhbətdən bezəndə də dözüb dinləyirdilər. Hərdən biri o birinin sözünü kəsirdi.
- Əşi, bəsdir, qurtar görək, eyni şeyi nə qədər danışmaq olar?
Bir müddət araya sükut çökürdü…
Mənalı-mənalı bir-birlərini süzürdülər: bəlkə o haqlıdır, hə? Bəlkə o sözü onların hər biri deyə bilərdi. Hər kəs öz macəralarından danışmaq istəyirdi. Ancaq tək bir nəfər danışmalı idi. Hamı birdən danışa bilməzdi ki…
Bu dəstə artıq bir neçə gün idi ki, ön cəbhədə vuruşmaqdan imtina etmişdi. İndi isə həyəcanla nəyisə gözləyirdilər…
- Gəlirlər, - əsgərlərdən hansısa qorxunc, vahiməli səslə dilləndi. Bu səs onlardan birinin səsi olsa da təəccübləndilər; sanki bu səs qeybdən gəlmişdi və onlara tanış idi.
Cəza dəstəsi yaxınlaşdı.
- Qalx! - əmr verildi. - Sıraya düzül!
Heç kim heç nə düşünmürdü, hamının nəzəri uzaqda boğuşan iki itə yönəlmişdi. Bilmək olmurdu itlər boğuşur, yoxsa oynaşırlar…
Zabitlərdən biri nəsə dedi. Uzun-uzadı danışıqlardan əsgərlərin yadında yalnız bu qaldı - onlar satqındırlar və hərbi əmri yerinə yetirmədikləri üçün hər on nəfərdən biri güllələnməlidir.
Əsəbi bir səs eşidildi:
- Mən ölmək istəmirəm… Məni məcbur elədilər.
Artıq hamıya aydın oldu ki, hər on nəfərdən biri güllələnməlidir; onuncu, iyirminci… otuzuncu… Cəmi yetmiş nəfər idilər. Demək, yeddi nəfər ölməlidir. Onuncu… iyirminci, otuzuncu…
Sıradakı birinci əsgər qeyri-ixtiyarı gülümsədi və xoşbəxtcəsinə zabitlərə baxdı. Çünki birinci idi və buna görə elə bil ki, onlara borcluydu…
Zabitlərdən biri kinoaktyora oxşayırdı. Birinci əsgər əlini cibinə qoyub özündən razıymış kimi lovğalandı: bunlar haranın itidirlər ki, komandanlığın əmrini yerinə yetirməsinlər?! Heç nədilər! Sadəcə, əsgərdilər. Buna görə də cəzalanmalıdırlar. Sonra tez yadına düşdü ki, işin təşkilatçılarından biri də elə özüdür… Qorxa-qorxa əllərini cibindən çıxartdı, başını yerə dikdi.
Sıradakı ikinci və üçüncü əsgərlər nədənsə birinci əsgərə qibtə ilə baxırdılar. Fərqi nəydi ki? İkinci əsgər də güllələnməyəcəkdi, üçüncü də, ancaq birinciyə həsəd çəkirdilər. Çünki o, hamıdan birinci idi!
Qalan əsgərlər isə gözləyirdilər. Heç biri bilmirdi ki, hansı nömrədir… Öz nömrələrini çağırmağa başladılar. Səsləri eşidilmirdi… Birinci özü öz səsindən diksindi:
- Birinci…
Doqquzuncu əsgərin rəngi sapsarı oldu, çünki çiyni onuncunun çiyninə toxunurdu! Ona görə, ona elə gəldi ki, onuncudan ona da nəsə «pay» düşəcək.
Yox, necə olsa, bir rəqəmin fərqi az deyil: fərq olmasaydı heç doqquz rəqəminə ehtiyac olmazdı. Özü öz tapıntısına sevindi.
Əsgərlərin sakit səsləri eşidilirdi:
- On altı…
- On yeddi…
- On səkkiz…
On doqquzuncu utanırdı, çünki iyirminciyə ürəyi yanırdı, onun ailəsinə məktub yazacaqdı… Müharibə bitdikdən sonra onlara gedəcəkdi, ailəsinə toxtaqlıq verəcəkdi…
Sevinirdi ki, iyirminci deyil, deməli, ölməyəcək… Anladı ki, insanlar nə qədər qorxaqdırlar… İndi ömründə ilk dəfə özünü tanıdı…
- Mən ölmək istəmirəm… - Yenə yalvarışlı səs eşidildi.
Əsgərlər ehtiyatla saymağa davam etdilər:
- İyirmi altı.
- İyirmi yeddi…
- İyirmi səkkiz…
- İyirmi doqquz…
İyirmi doqquzuncu xəfifcə gülümsədi.
O, özünü allah adamı sayırdı, ibadət etmişdi, uşaqlarına İncili öyrətmişdi. Arvadı ilə isə ilk dəfə İsanın şəklinin altında baxışmış, sevişmişdilər. İndi o, otuzuncu deyil, iyirmi doqquzuncu olmağını öz möminliyi ilə əlaqələndirirdi. Az qala çığırmaq istəyirdi:
- Qardaşlar, inanın, o, sizi də xilas eləyə bilər…
Ancaq çığırmadı. Çünki daha Allaha inanan yox idi.
Qoy bir müharibədən sağ-salamat qayıdım… yaxşı bir iş tapım… varlanım… qocalıb əldən düşənəcən yaşayıb ölüm… Əvəzində, ilahi, təkcə sənə tapınacağam. İndi isə xaç çəkirəm… Allah eşqinə, peyğəmbər övladları eşqinə…
- Otuz altı…
- Otuz yeddi…
- Otuz səkkiz…
Otuz doqquzuncu xəcalət çəkirdi; qırxıncı onun ən yaxın dostu idi, o bu dostluqdan utandı, bir yerdə oxumuş, bir yerdə döyüşmüşdülər. Əgər onlar yoldaş olmasaydılar, indi çırada yan-yana durmayacaqdılar. Sakitcə nəfəs aldı. Onu heç kim günahlandıra bilməzdi, yadına düşdü ki, bir dəfə dostuna pislik edib. Bunu xatırlayıb utandı.
Bundan əsgərlər xəbər tutsaydılar, onu əclaf, satqın adlandırardılar… Dəhşətli əzablar içində bu fikirlər onun ən böyük bəraəti idi.
- Qırx altı…
- Qırx yeddi…
- Qırx səkkiz…
- Qırx doqquz…
Qırx doqquzuncu deyəsən ölümdən qurtulduğuna sevinmədi. Sanki əvvəlcədən bilirdi ki, ölməyəcək. Hesab edirdi ki, namuslu adamdır və ona görə də yaşamalıdır.
Amma… qəflətən zabit bağırdı:
- Saxlayın… qatışıqlıq oldu… Təzədən sayın…
Və aydın oldu ki, doğrudan da qatışıqlıq olub, qırx doqquzuncu əlli imiş, əllinci isə - əlli bir…
Belə də olmalıydı. O, bunu əvvəlcədən hiss etmişdi. Çünki sədaqətli insan olmuşdu, bunun üçün də ölməliydi…
Əvvəlki əllinci indiki əllincini tanımasa da, xəcalətdən qızardı və ona elə gildi ki, günahkar məhz odur. Mızıldandı.
- Mən… mən… məndə günah yoxdur…
Bu sözlərin heç bir mənası yox idi. Bu anda düzlük də günah sayılırdı… Yenə nəsə dedi, axırıncı sözü təmiz, aydın tələffüz etdi.
- Bəlkə … mən də öldüm… müharibədən çoxu sağ çıxmır…
- Əlli altı…
- Əlli yeddi…
- Əlli səkkiz…
- Əlli doqquz…
- Mən ölmək istəmirəm… məni məcbur elədilər… - altmışıncının tanış və yalvarıcı səsi eşidilirdi. Ona heç kimin yazığı gəlmədi.
Amma… yetmişinciyə hamının yazığı gəldi. Onuncunun da, iyirmincinin də, otuzuncunun da … hamısının… Hamısının say başlayanda ümidləri var idi ki, ölməyəcəklər, hər onuncudan biri olmayacaqlar… Ancaq o sonuncu əsgər yetmişinci olduğunu çoxdan bilirdi…

Tərcümə: Kənan HACI

Link:

Qiymətləndir:
3.2

Комментировать »

admin 03.08.2008 в рубриках: Şeirlər

Qəribə Meşə

Əhval-Ruhiyyə:Təəccüblü

Qəribə bir meşədəyəm
Qəribə bir peşədəyəm

Məmməd Araz

- Nə qəribə meşədəsən?
Meşə susub…
Zümzüməsi için-için,
Xəzəlləri qalıb çin-çin.
Nə qəribə peşədəsən?
Nəğmələrin pərən-pərən.
Bu meşədə ayıq dolan,
ehmal tərpən.

Читать полностью »

Link:

Комментировать »

admin 22.07.2008 в рубриках: Şeirlər

Görmədim

Əhval-Ruhiyyə:Rahat

Məmləkətin insanında mən mərifət görmədim,
Yıpranıb axan qanında düz niyyət görmədim.
Ah! Elmü-kitabi qoyub, üz tutdular şəriətə,
Əhli-sünnə, şiəsində, mədəniyyət görmədim.

Bildikləri, insanları istismar etmək gərək,
Seyyidləri, həciləri, bunla yutacaq çörək,
Qızının ver əlinə süd, bir də oyuncaq bəbək,
Məmurunda,düz şərəf,düz ləyaqət görmədim.

Kim sevər bunca şeydən sonra bu cür məmləkəti?
Nə vardır ziyalısı, nə şərəfi, nə də ləyaqəti,
Əhlü-elm olan, qaçıb, xaricdədir səadəti.
Mən gedib tez qayıdan insaniyyət görmədim.

Nə vardır Məmməd Əmin, nə də bir qəpik dəyəri,
Bir çoban var başda, əldə tutubdur yəhəri,
Bir qəpik pul qazanım deyə satır, göy-göyəri,
Sabirinə, Cəlilinə, verdi qiymət? Görmədim.

Link:

Qiymətləndir:
2.5

Комментировать »

admin 09.07.2008 в рубриках: Şeirlər

Mirzə Ələkbər Sabir

Əhval-Ruhiyyə:Gülməli

Bakıda bir kənddə mühavirə
Kəndçi

Denilir “elm oxuyun” sözləri hər anda bizə,
Bunu təsdiq ediyor ayeyi-quran da bizə!

Axund

Hansı qurandır o ki, onda yazılmış bu xəbər?
Şiə mollası yazan türkicə quransa əgər,
Mən onun yazdığı qurana yavıq durmayıram,
Maşa ilə yapışıb, əl də belə vurmayıram.

Kəndçi

Xub, buyur sünin yazan bir neçə təfsiri oxu,
Elmin icabı üçün ondakı təqdiri oxu!

Axund

Oh, apar bir yana at sünin yazan təfsiri!
Başına dəysin onun tərcüməsi, təhriri!
Bizlərə molla filankəs yazan asar gərək!
Biz olaq ondakı məzmunə xəbərdar görək

Kəndçi

O yazıb: yer öküzün buynuzu üstündə durur,
Biz gərəkdir inanaq ki, kişi boylə buyurur?!

Axund

Buna şübhən də var?

Kəndçi

Əlbəttə, inanmam bu sözə!

Axund

Lənətullah, a gavur, şəkk ediyorsan öküzə?!

Link:

Qiymətləndir:
2.5

Комментировать »

admin 09.07.2008 в рубриках: Şeirlər

Sən ölə bilmədin…

Əhval-Ruhiyyə:Darıxdırıcı

Sən doğula bilmədin, sevgilim,
mənim kimi gülə-gülə,
Sən gəzə bilmədin mənim kimi,
azad və xoşbəxt…
Sevgilim, sən uça bilmədin mənim kimi,
qanadsız…
Sən qaça bilmədin mənim kimi,
qorxusuz…

İndi, nə qədər çırpınsanda,
Qırsan da , dağıtsan da,
Beyninin dərinliyində özün yaşayırsan,
Özünü adlandırmağa qorxa-qorxa…

Zaman keçəcək,
Sən mənim kimi doğulacaqsan,
Mənim kimi gəzəcəksən,
Uçacaqsan, qaçacaqsan…

Amma anlayacaqsan ki…

Sən yaşaya bilmərsən, sevgilim,
mənim kimi, səbəbsiz.
Sən sevə bilmərsən,
mənim kimi qarşılıqsız, xəbərsiz,
Sevgilim, sən ölə bilmərsən,
mənim kimi, ağrısız, acısız…

Link:

Qiymətləndir:
2.5

Комментировать »

admin 06.07.2008 в рубриках: Şeirlər

Qəribə yazı

Bizim demədiyimiz sözləri bizdən sonra hələ deyəcəklər. Bəstələmədiyimiz musiqiləri bizdən sonra bəstələyəcəklər. Oxumadığımız kitablar bizdən sonra hələ yazılacaq.

Qəribədir 32 hərf var və bu hərflərə sığmayacaq qədər milyonlarla söz, 7 not var və bu notlara sığmayacaq qədər milyonlarla musiqi əsərləri. Sevgi də belədir. İki ürək var və bu ürəklərə sığmayacaq qədər hiss, duyğu…

Link:

Qiymətləndir:
2.5

Комментировать »

admin 24.06.2008 в рубриках: Misc, Şeirlər