Əhval-Ruhiyyə:Rahat
ABŞdakı prezident seçkilərində Barack Obama, John McCain üzərində parlaq qələbə qazanaraq tarixi bir zəfərə imza atdı - ABŞın ilk qaradərili prezidenti oldu .
Amma:
10 il bundan qabaq Ağ Evin zənci bir prezidenti var idi. Bu Hollivudun məşhur aktyoru Morgan Freeman idi. Freeman 1998-ci ildə nümayiş olunan Deep Impact filmində ölkəsini və dünyanın böyük bir kometanın təhdidindən qurtarmağa çalışan bir prezident rolunu oynayırdı.
admin 08.11.2008 в рубриках: Exlusive, Misc
Əhval-Ruhiyyə:Sakit
Barak Hussein Obama (4 Avqust 1961) ABŞ Senatında İllinois əyalətini təmsil edən iki senatordan biridir və 4 Noyabr 2008-də keçiriləcək 2008 ABŞ prezident seçkilərində ABŞın iki böyük partiyasından biri olan Demokratik Partiyasının namizədidir.

Həyatı
Barak Obama 4 Avqust 1961-ci ildə ABŞın Havay əyalətinin Honolulu şəhərində Kapiolani Tibb Mərkəzində dünyaya gəldi. Özüylə eyni adı daşıyan atası Keniyanın Siaya Bölgəsindəki Nyang’oma Kogelo məskunlaşma yerində böyümüş bir Keniyalı idi. Anası Ann Durham isə Kanzas əyalətinin Wichita şəhərində doğulmuş və böyümüşdü. Obamanın anası atasının tələbə olaraq gəldiyi Havayda tanış oldu və evləndi. Yeni evli cüt Obama 2 yaşındaykən boşandı. Atası Bostona gedərək Harvard Universitetindən FED(fəlsəfə elmlər doktoru) aldı və 1965-ci ildə Keniyaya geri döndü. Anası isə başqa bir xarici tələbə olan İndoneziyalı Müsəlman olan Lolo Soetoroyla evləndi
Anası və ögey atasıyla birlikdə İndoneziyaya köçən Obama 6-10 yaşları arasında Cakartada ibtidai məktəb təhsili gördü. Sonra Honoluluya geri dönərək 1979-cu ildə liseyi bitirənə qədər nənəsi və babası tərəfindən himaye edildi. Liseydən sonra Los Angelesdəki Occidental Collegedə universitetin ilk iki sinifini oxudu və New Yorkdakı Kolumbiya Universitetinə keçiş edərək 1983-cü ildə Siyasi Elmlər fakültəsindən məzun oldu. 1988-ci ildə Harvard Universiteti Hüquq Fakültəsinə girdi. Harvard Universitetindəykən tələbələr tərəfindən nəşr olunan prestijli “Harvard Law Review” jurnalının nəşr işləri müdirliyini edən ilk Afro-Amerikalı oldu. 1991-ci ildə vəkillik diplomunu aldı.
Читать полностью »
Əhval-Ruhiyyə:Xoşbəxt

Dünən Dalğa Gənclər Hərəkatının 3-cü qurultayı baş tutdu. Qurultayda 3 namizəd - Vəfa Cəfərova, İlkin Əlisoy və Araz Önər sədrliyə namizədliklərini irəli sürmüşdülər. Qurultayı Elşən Poladlı açıq elan etdi və sonra sözü Qurultaya Hazırlıq Üzrə Təşkilat Kömitəsinin sədri Elvin Kazımlıya verdi. Elvin Kazımlı isə öz növbəsində Qurultayın təşkilatçılığı ilə bağlı məlumat verdi. Sonra Qurultay iştirakçıları ABŞ səfirliyinin dəstəyi ilə çəkilmiş “Dönüş” filminə baxdılar. Qonaqların və namizədlərin çıxışlarından sonra səsverməyə start verildi. Səsvermə bitəndən dərhal sonra, səsverməyə nəzarət edən Seçki Monitorinq Mərkəzinin nümayəndələri seçkidə heç bir qanun pozuntusunun olmadığını qeyd etdilər. Səslər sayılandan sonra Vəfa Cəfərova Dalğa GH-nın 4-cü sədri seçildi.
Qeyd edək ki,səsvermədə 77 nəfər dalğaçı seçkidə iştirak etdi. Səsverməyə Vəfa Cəfərova birinci, İlkin Əlisoy ikinci, Araz Önər üçüncü yeri tutdu.
admin 21.10.2008 в рубриках: Misc, Uydurma Xəbər Agentliyi
Əhval-Ruhiyyə:Sakit

Həbsxanadan çıxan Muro ilə Çeto, inqilabı kənddən başlatmaq üzrə məmləkətlərinə dönərlər. İlk planları evlənib yuva qurmaq, nümunəvi bir inqilabçı olmaqdır. Halbuki kənddə onları bir sürpriz gözləməkdədir. Muxtar, Muro ilə Çetonu həbsdəykən iki Rus qadınla evləndirmişdir. Muro ilə Çetonun inqilab ütopyasını reallaşdırmaları üçün qadınları tapıb boşanmaları lazımdır. Bunun üçün İstanbula dönən Muro ilə Çetonun başına gəlməyən qalmaz…
Qeyri-rəsmi blog: http://murofilm.com
admin 17.10.2008 в рубриках: LOL bölmə, Misc
Əhval-Ruhiyyə:Rahat
ABŞ prezidentliyinə namizəd senator-demokrat Barak Obama 3-cü dəfə seçkiqabağı teledebatların qalibi oldu.

“CNN” telekanalının nəticələrinə görə teledebatları izləyən amerikalıların 58% Barak Obamaya etimad göstərərək onu bu debatda qalib kimi görüblər. Digər 31% isə senator-respublikaçı Con Makkeynə etimad göstəriblər.
“Opinion Research Corporation”-nın keçirdiyi sorğunun nəticələrinə görə, 66% amerikalı Barak Obamanın fikirlərini daha aydın ifadə etdiyini düşündüyü halda, Makkeynin fikirləri barədə eyni şeyi cəmi 25% amerikalı qiymətləndirib.
CBS kanalının nəticələrinə görə teledebatları izləyən amerikalıların 53% Obamanın qələbə çaldığı qənaətindədir. Makkeynin qalib gəldiyini düşünənlər isə cəmi 22% təşkil edir. 25% faiz isə sonuncu teledebatların heç-heçə bitdiyi qənaətindədir.
Baş tutmuş teledebat 3-cü və sonuncu teledebat idi. Bundan əvvəl də Barak Obama rəqibi Con Makkeyni qabaqlamışdı. Qeyd edək ki, ABŞda prezident seçkiləri noyabrın 4-də keçiriləcək.
admin 16.10.2008 в рубриках: Misc, Uydurma Xəbər Agentliyi
Əhval-Ruhiyyə:Sakit

Bu yaxınlarda bir layihə çərçivəsində ilk dəfə Tbilisidə səfərdə oldum. Şəhər mənə çox gözəl təsir bağışladı. Baxmayaraq ki, vağzal sözün əsl mənasında pis gündə idi, amma xoşuma gələn şeylər daha çox oldu. Çox fikirləşdim Tbilisi və Bakı arasında 5 fərqi yazmağı qərara aldım.
1. Baxmayaraq ki, Tbilisidə zibil qutuları Bakıdakılardan daha azdı, amma Tbilisi Bakıdan qat-qat təmizdi. İnsanlar öz zibillərinə cavabdeh olmağı öyrəniblər. Və ən əsası onlar öz şəhərlərini çox sevirlər.
2. Tbilisidə Bakıda olduğu kimi hər tində dilənçiyə rast gəlmək qeyri-mümkündür. Mən orada cəmi bir dilənçiylə rastlaşdım, o da Azərbaycanca danışırdı.
3. Tbilisidə polis görmədim. Yalnız xüsusi xidmət orqanlarının binaları qarşısında 2 polis dayanırdı. Parklarda, çəmənliklərdə insanlar daha azad və rahat təsir bağışlayırdılar.
4. Tbilisi Bakıya nisbətən daha kompakt şəhərdi. Burada çox az hallarda hər hansı bir yerdə tikinti getdiyinin şahidi ola bilərsiniz. Əsasən növbə ilə parklar təmir olunur. Bakıda olduğu kimi bütün parkları eyni vaxtda təmir etmirlər.
5. Tbilisidə Osetiya müharibəsindən sonra bütün diskotekalar bağlansa da, bunun əvəzinə hər tində canlı müsiqili “pub”lara rast gəlmək olar.
…və nəhayət, Tbilisi mənə klassik Avropa şəhərlərini xatırlatdı…
admin 07.10.2008 в рубриках: Misc
Əhval-Ruhiyyə:Rahat
Çoxları buna qəribə baxır. Nifrətlə baxır. Və ən əsası absurd baxır…Ki, mən Osetiyanın müstəqilliyini tanıyıram. İlk başdan sizə qərəzli görünə bilər ki, ölkədə ”bir nömrəli problem” olan “Qarabağ” ola-ola, eyni vəziyyətə düşmüş Gürcüstana Osetiyanın müstəqilliyini necə arzulamaq olar. Buna belə aydınlıq gətirə bilərəm. Cənubi Osetiyada 72 min insan yaşayır. Bu insanların böyük əksəriyyəti ruslar və osetinlərdir. Bu insanlar Gürcüstana NİFRƏT edirlər. Gürcülər və osetinlər arasında milli münaqişə var. Biz də təbii ki, sülhsevər insan olaraq müharibəyə qarşıyıq. Necə ki illərdir Qarabaq məsələsini sülh yoluyla həll etməyə çalışırıq, bu məsələdə də Gürcüstan üçün sülh arzulamalıyıq. Sülhün də yeganə yolu, Cənubi Osetiyanın müstəqil olub, sərhədləri Gürcüstanla bağlamasındadı. Çünki, Gürcüstan bu müharibədə qalib gəlsə belə, ərazidə milli münaqişə olduğu üçün, gürcülər osetinləri osetinlər də gürcüləri ömür boyu qıracaq. İnsan ölən yerdə də sülhdən heç vaxt söz gedə bilməz.
İndi məni qınayanların əksəriyyəti, bu məsələdə Gürcüstanı ona görə dəstəkləyirlər ki, Rusiyaya nifrət edirlər. Məsələn, (real da olmasa) Tatarıstan Gürcüstanın dəstəyi ilə müstəqil olmağa çalışsaydı, bu məsələdə Rusiyanın ərazi bütövlüyünü deyil, tatar xalqının azadlığını dəstəkləyəcəkdilər. Mən də Rusiyaya nifrət edirəm, amma Rusiyaya olan nifrətimə osetinləri qurban verməyə razı olmaram. Ona görə də…Təbriklər, Cənubi Osetiya! Təbriklər, Gürcüstan! Yaşasın Sülh və barış!
admin 13.09.2008 в рубриках: Misc
Bir neçə gün idi ki, başımız Dalğa Gənclər Hərəkatının saytını bərpa etməklə məşğul idi. Ona görə də mən və otaq yoldaşlarımın yazılarını blogda çox nadir hallarda görmək olardı. Artıq dərslər başlayasıdı. Biz də öz fəaliyyətimizi əvvəlki vəziyyətinə gətirməyə başlayırıq. Ona görə də həvəsdən düşməyin, Önər Blog yenə də fəaliyyətini davam etdirəcək. Biraz gözləyin və səbr edin.
admin 05.09.2008 в рубриках: Misc
İl keçdi, ay dolandı, nəhayət Rəbbimizin biz insanlara ən böyük hədiyəsi olan Ramazan ayı yetişdi. Hamınızı bu ayın yetişməsi münasibətilə təbrik edirəm. Ramazan əlimizə düşən ən böyük fürsətdi. Günahlarımızı yumağa, hətta onları tərk etməyə, sevməyə, hörmət etməyə, Allahdan bağışlanmağı diləməyə, sevdiklərimizin əllərindən, gözlərindən öpməyə… Heç kəsə boş bir Ramazan keçirmək nəsib olmasın. İnanıram ki, insanlar bu ayı əllərinə verilmiş fürsət qədər dəyərləndirəcəklər. Mübarək Ramazan, diləyi ilə…Tanrı orucunuzu qəbul etsin.
admin 02.09.2008 в рубриках: Misc
Əhval-Ruhiyyə:Sakit
Ateizm əslində nədir?
Ateizm sözü Yunancada “Tanrı” mənasına gələn “Theos”dan törəmişdir. Bu sözdən də “Tanrı inancına sahib olmaq” ya da “Tanrı´ya inanmaq” mənasına gələn theism anlayışı ortaya çıxmışdır. Ateizm sözü də İngiliscə “theism” sözünün başına “a” əlavə olunmuş halı olub Azərbaycan dilində “tanrı tanımazlıq” mənasına gəlməkdədir.
İnancsızlıq deyilincə dərhal ağla ateizm gəlməməlidir. Məsələn insanların çoxu inanc sahibi və bir dinə mənsub olmasına baxmayaraq digər dinləri rədd etməkdədirlər. Digərləri də eyni şəkildə davranmaqda, yalnız öz anlayışlarını müdafiə edərək qarşısındakı inanclarını inkar etməyə çalışmaqdadırlar.
Fəlsəfə tarixində dindar olmadığı halda Tanrı inancına sahib olan mütəfəkkirlər də vardır. Buna qarşı hal-hazırda çox sıx rast gəlindiyi kimi xüsusilə Qərb dünyasında görünüşcə dindar olduğu halda gerçəkdə Tanrıya inanmayan xeyli çox adam vardır. Bu vəziyyət gərək teizmin və gərəksə ateizmin təyin olunmasında bəzi çətinliklərin olduğunu göstərməkdədir.
Tanrı´nın varlığına inanan və bu inancını da ifadə edən adam mömin adlanır. Belə bir Tanrı anlayışına inanmayan adama isə ateist deyilir. Yəni bir mənada ateist, ilahi dinlərin ifadə etdiyi şəkildə, varlığının əvvəli və ya sonrası olmayan, kainatı yaradan və qanunlarını təyin edən, iradə və şəxsiyyət sahibi olan, hər şeyi etmə, bilmə və görmə qüdrətində olan, insanlara həyatı bəxş edən bir varlığa inanmayan adamdır.
Digər bir deyişlə ateist, həm düşüncə səviyyəsində həm də gündəlik həyatında söz mövzusu Tanrının varlığını rədd edən bununla birlikdə peyğəmbəri və axirət inanclarını da qəbul etməyən adamdır.
Читать полностью »
admin 19.08.2008 в рубриках: Misc