Archive for the 'Misc' Category

Bakı və Tbilisi

Əhval-Ruhiyyə:Sakit

 
Bu yaxınlarda bir layihə çərçivəsində ilk dəfə Tbilisidə səfərdə oldum. Şəhər mənə çox gözəl təsir bağışladı. Baxmayaraq ki, vağzal sözün əsl mənasında pis gündə idi, amma xoşuma gələn şeylər daha çox oldu. Çox fikirləşdim Tbilisi və Bakı arasında 5 fərqi yazmağı qərara aldım.

1. Baxmayaraq ki, Tbilisidə zibil qutuları Bakıdakılardan daha azdı, amma Tbilisi Bakıdan qat-qat təmizdi. İnsanlar öz zibillərinə cavabdeh olmağı öyrəniblər. Və ən əsası onlar öz şəhərlərini çox sevirlər.
2. Tbilisidə Bakıda olduğu kimi hər tində dilənçiyə rast gəlmək qeyri-mümkündür. Mən orada cəmi bir dilənçiylə rastlaşdım, o da Azərbaycanca danışırdı.
3. Tbilisidə polis görmədim. Yalnız xüsusi xidmət orqanlarının binaları qarşısında 2 polis dayanırdı. Parklarda, çəmənliklərdə insanlar daha azad və rahat təsir bağışlayırdılar.
4. Tbilisi Bakıya nisbətən daha kompakt şəhərdi. Burada çox az hallarda hər hansı bir yerdə tikinti getdiyinin şahidi ola bilərsiniz. Əsasən növbə ilə parklar təmir olunur. Bakıda olduğu kimi bütün parkları eyni vaxtda təmir etmirlər.
5. Tbilisidə Osetiya müharibəsindən sonra bütün diskotekalar bağlansa da, bunun əvəzinə hər tində canlı müsiqili “pub”lara rast gəlmək olar.

…və nəhayət, Tbilisi mənə klassik Avropa şəhərlərini xatırlatdı…

Link:

Qiymətləndir:
3.2

Mən Cənubi Osetiyanın müstəqilliyini tanıyıram…

Əhval-Ruhiyyə:Rahat

Çoxları buna qəribə baxır. Nifrətlə baxır. Və ən əsası absurd baxır…Ki, mən Osetiyanın müstəqilliyini tanıyıram. İlk başdan sizə qərəzli görünə bilər ki, ölkədə  ”bir nömrəli problem” olan “Qarabağ” ola-ola, eyni vəziyyətə düşmüş Gürcüstana Osetiyanın müstəqilliyini necə arzulamaq olar. Buna belə aydınlıq gətirə bilərəm. Cənubi Osetiyada 72 min insan yaşayır. Bu insanların böyük əksəriyyəti ruslar və osetinlərdir. Bu insanlar Gürcüstana NİFRƏT edirlər. Gürcülər və osetinlər arasında milli münaqişə var. Biz də təbii ki, sülhsevər insan olaraq müharibəyə qarşıyıq. Necə ki illərdir Qarabaq məsələsini sülh yoluyla həll etməyə çalışırıq, bu məsələdə də Gürcüstan üçün sülh arzulamalıyıq. Sülhün də yeganə yolu, Cənubi Osetiyanın müstəqil olub, sərhədləri Gürcüstanla bağlamasındadı. Çünki, Gürcüstan bu müharibədə qalib gəlsə belə, ərazidə milli münaqişə olduğu üçün, gürcülər osetinləri osetinlər də gürcüləri ömür boyu qıracaq. İnsan ölən yerdə də sülhdən heç vaxt söz gedə bilməz.
İndi məni qınayanların əksəriyyəti, bu məsələdə Gürcüstanı ona görə dəstəkləyirlər ki, Rusiyaya nifrət edirlər. Məsələn, (real da olmasa) Tatarıstan Gürcüstanın dəstəyi ilə müstəqil olmağa çalışsaydı, bu məsələdə Rusiyanın ərazi bütövlüyünü deyil, tatar xalqının azadlığını dəstəkləyəcəkdilər. Mən də Rusiyaya nifrət edirəm, amma Rusiyaya olan nifrətimə osetinləri qurban verməyə razı olmaram. Ona görə də…Təbriklər, Cənubi Osetiya! Təbriklər, Gürcüstan! Yaşasın Sülh və barış!

Link:

Qiymətləndir:
3.2

Onər Blog - coming soon

Bir neçə gün idi ki, başımız Dalğa Gənclər Hərəkatının saytını bərpa etməklə məşğul idi. Ona görə də mən və otaq yoldaşlarımın yazılarını blogda çox nadir hallarda görmək olardı. Artıq dərslər başlayasıdı. Biz də öz fəaliyyətimizi əvvəlki vəziyyətinə gətirməyə başlayırıq. Ona görə də həvəsdən düşməyin, Önər Blog yenə də fəaliyyətini davam etdirəcək. Biraz gözləyin və səbr edin.

Link:

Qiymətləndir:
3.2

Xoş Gəldin, Ramazan!!!

İl keçdi, ay dolandı, nəhayət Rəbbimizin biz insanlara ən böyük hədiyəsi olan Ramazan ayı yetişdi. Hamınızı bu ayın yetişməsi münasibətilə təbrik edirəm. Ramazan əlimizə düşən ən böyük fürsətdi. Günahlarımızı yumağa, hətta onları tərk etməyə, sevməyə, hörmət etməyə, Allahdan bağışlanmağı diləməyə, sevdiklərimizin əllərindən, gözlərindən öpməyə… Heç kəsə boş bir Ramazan keçirmək nəsib olmasın. İnanıram ki, insanlar bu ayı əllərinə verilmiş fürsət qədər dəyərləndirəcəklər. Mübarək Ramazan, diləyi ilə…Tanrı orucunuzu qəbul etsin.

Link:

Qiymətləndir:
3.2

Ateizm nədir?

Əhval-Ruhiyyə:Sakit

Ateizm əslində nədir?

Ateizm sözü Yunancada “Tanrı” mənasına gələn “Theos”dan törəmişdir. Bu sözdən də “Tanrı inancına sahib olmaq” ya da “Tanrı´ya inanmaq” mənasına gələn theism anlayışı ortaya çıxmışdır. Ateizm sözü də İngiliscə “theism” sözünün başına “a” əlavə olunmuş halı olub Azərbaycan dilində “tanrı tanımazlıq” mənasına gəlməkdədir.

İnancsızlıq deyilincə dərhal ağla ateizm gəlməməlidir. Məsələn insanların çoxu inanc sahibi və bir dinə mənsub olmasına baxmayaraq digər dinləri rədd etməkdədirlər. Digərləri də eyni şəkildə davranmaqda, yalnız öz anlayışlarını müdafiə edərək qarşısındakı inanclarını inkar etməyə çalışmaqdadırlar.

Fəlsəfə tarixində dindar olmadığı halda Tanrı inancına sahib olan mütəfəkkirlər də vardır. Buna qarşı hal-hazırda çox sıx rast gəlindiyi kimi xüsusilə Qərb dünyasında görünüşcə dindar olduğu halda gerçəkdə Tanrıya inanmayan xeyli çox adam vardır. Bu vəziyyət gərək teizmin və gərəksə ateizmin təyin olunmasında bəzi çətinliklərin olduğunu göstərməkdədir.

Tanrı´nın varlığına inanan və bu inancını da ifadə edən adam mömin adlanır. Belə bir Tanrı anlayışına inanmayan adama isə ateist deyilir. Yəni bir mənada ateist, ilahi dinlərin ifadə etdiyi şəkildə, varlığının əvvəli və ya sonrası olmayan, kainatı yaradan və qanunlarını təyin edən, iradə və şəxsiyyət sahibi olan, hər şeyi etmə, bilmə və görmə qüdrətində olan, insanlara həyatı bəxş edən bir varlığa inanmayan adamdır.

Digər bir deyişlə ateist, həm düşüncə səviyyəsində həm də gündəlik həyatında söz mövzusu Tanrının varlığını rədd edən bununla birlikdə peyğəmbəri və axirət inanclarını da qəbul etməyən adamdır.

Continue reading ‘Ateizm nədir?’

Link:

Avtobus sürücülərinin bizə öyrətdikləri

1. 150 metr uzaqda dayanan bir sərnişin üçün 2 sürücünün girdiyi çətin yarış nəticəsində pul qazanmağın nə qədər çətin iş olduğunu anlayırıq.

2. 25 nəfərlik avtobusa 50 nəfəri sığışdıraraq, xalqımızda birlik, bərabərlik kimi qavramların inkişaf etməsinə kömək edirlər.

3. Avtobusa daha çox sərnişin yığmaq üçün maşını yavaş-yavaş sürəndə, şəhərimizi, ətraf məhəllələri daha çox tanımış oluruq.

4. Avtobus sürücüləri ilə apardığımız söhbətdə, taksi və kamaz sürücülərinin dələduz, yeganə namuslu adamların onlar olduğunu öyrənirik.

5. Səhərlər, yanımızda xırda pul olmayanda, avtobus sürücüsün dığdığları ayılmağımıza kömək edir.

6. Avtobusda “polnıy xod” verilmiş “qəmli mahnıları” eşitdikdə dünyada nə qədər dərdli insanların olduğunu anlayırıq.

7. Ayaqla 30 dəqiqəlik yolun, avtobusla 1 saat ola biləcəyinin praktikadakı sübutunu görmüş oluruq.

Link:

Qiymətləndir:
3.2

Saat 17.00, 9 nəfər Dalğaçı “9″-cu Polis bölməsində

Saat 17.00,
Yenə hər kəsi şok edəcək hadisə, Dalğaçılar “Araz” kafedə yemək yedikləri yerdə polis tərəfindən həbs olunublar. Həbs olunanlar Səbail rayonu, 9-cu polis bölməsinə aparılıblar. Onlar piketə cəhd etməkdə, icazəsiz toplaşmaqda təqsirli bilinirlər.

Saat 14.05,
Məcəllədə “Çay içməyə cəhd” maddəsi olmadığı üçün, Dalğaçılar sərbəst buraxıldılar.

Saat 12.00,
5 nəfər Dalğaçı bulvardakı kafelerin birində çay içdikləri yerdə polis tərəfindən saxlanılıblar. Saxlanılanlar Səbail Rayonu,39-cu polis bölməsinə aparılıblar. Hal hazırda, onlardan izahat götürülür.

Link:

Qiymətləndir:
3.2

Грузия…

Мы как “Онер Блог” и Молодежное Движение Далга поддерживаем территориальную целостность Грузии. Мы считаем что, Официальный Тбилиси обладает правом обеспечения своей территориальной целостности на основе международного законодательства, чем в настоящее время и занимается.

Link:

Qiymətləndir:
3.5 (1 person)

Gürcüstan…Qafqaz Nağılı

Önər Blog olaraq biz Gürcüstanın Osetiyadakı hərbi əməliyyatlarını dəstəkləyirik. Gürcüstanın ərazi bütövlüyünun və suverenliyinin bizim üçün çox önəmli olduğunu nəzərinizə çatdırırıq.

Link:

Qiymətləndir:
3.2

Boykotla boykot

Əhval-Ruhiyyə:Təəccüblü

Araz Önər

Boykotun nə olduğunu artıq keçən yazıda otaq yoldaşım İlkin Əlisoy   bildirmişdi. Amma ortada bir əmma var ki, bu boykot terminini praktiki olaraq analiz etmək çox çətin məsələdir. Teoriyada boykot adama çox asan gəlir. Məsələn, müəllim mənim xoşuma gəlmir, mən o müəllimin dərslərini boykot edərək, dərsinə girmirəm. Boykotun bu növü Azərbaycanda ən çox məşhurdur. Çünki demək olar ki, bütün universitetlərdə tələbələr müəllimləri dolayı yolla da olsa boykot edirlər. Özüm də dəfələrlər bu boykotistlərdən biri olmuşam. Və bunu teorik olaraq düşündükdən sonra praktikada tətbiq etmək qərarına gəlmişəm. Nəticəsi də bu olub ki, az qala universitetdən xaric olunurdum.
Bu gün, bir sıra müxalifət partiyaları boykotu teorik olaraq analiz etdikdən sonra boykot qərarı verdilər. Deyə bilərəm ki, seçkilərdə onsuz da ciddi bir uğur əldə etməyəcəyini gözlədiyim müxalifətin, təslim olacağını düşünmürdüm. Və ümumiyyətlə bunda ciddi səbəb də axtarıb tapa bilmədim. Bu sizin hər dəfə getdiyiniz , bizimsə hər dəfə döyüldüyümüz, həbs olunduğumuz, sonra da 1 ay depressiv əhval-ruhiyyə altında gəzişdiyimiz növbəti bir seçki olacaqdır. Bu proses maaşları verilməyən işçilərin aclıq aksiyası başlatmasına bənzəyir. Onsuz da maaş olmuyandan sonra, pul olmur, pul da olmayandan sonra da ac qalırsan. Daha pafosla mən aclıq aksiyasına başlayıram deməyin xeyri yoxdur. Hamı qıraqdan baxıb başa düşür. İndi bu muxalifətin də boykot qərarı verməsi mənim üçün, artıq müxalifətin məğlubiyyətlə barışmasına işarədir. Onsuz da Azərbaycanda demokratiya yoxdu, demokratiya yoxdursa azad seçki də yoxdur, azad seçki də olmayandan sonra siz yoxsunuz, daha burada “biz boykota gedirik” qərarını vermək nəyə lazım. Bu saat bütün ölkə boykotla məşğuldur. Oliqarxlar xalqı, xalq da özünü boykot edir. Bircə İlkin Əlisoyun başı Pekin Olimpiyadalarına qarışıb.

Link:

Qiymətləndir:
3.6 (2 people)