Archive for the 'Uydurma Xəbər Agentliyi' Category

Hikmət Hacızadə: “Azərbaycan Özbəkistanın yolu ilə gedir”

Ağalar Məmmədov: “ Radiolarının Azərbaycanın FM dalğasından çıxarılmasını plüralizm və  söz azadlığına qarşı növbəti teraktdır”

“Bu günə qədər Azərbaycan hökumətindən öz xalqına qarşı çox addımlar görmüşük. Bu da onun bir gülü…”. Bunu «Far» Mərkəzinin rəhbəri,  “Demokratiya: Gediləsi uzun bir yol” kitabının müəllifi Hikmət Hacızadə Amerikanın səsi radiosunda təşkil olunan dəyirmi masada Azərbaycanda xarici radioyayımlarla bağlı son qərarı şəhr edərkən deyib.

Cənab Hacızadə diqqəti ona yönəldib ki, Amerikanın səsi, Azadlıq və BBC radioları son illər Azərbaycanda plüralizmin inkişafında xidmətlər göstəriblər, bu mənbələrin kəsilməsi isə ölkə vətəndaşlarının alternativ xəbərə çıxışını məhdudlaşdırıb.
Continue reading ‘Hikmət Hacızadə: “Azərbaycan Özbəkistanın yolu ilə gedir”’

Link:

Ana yurdum Türkmənistan

Türkməni yalnız türkmən türkmən edə bilər! ( “Ruhnamə” 2-ci fəsil, 36-cı ayə)

21 gün sonra rəhmətlik Türkmənbaşı Saparmurad Niyazovun vəfatının ikinci ili tamam olur. Bu yazını dekabrın 21-ində də yazmaq olardı. Amma biz “şesterna”dan qabaq fırlanmaq qərarına gəldik.
Saparmurad Niyazov 1985-ci ildən 2006-cı ilə kimi Türkmənistanın başı olub. Və bu müddət ərzində bir çox işlər görüb. Onun şah əsəri “Ruhnamə” idi. Elə rəhmətlik özü də şah olmaq istəyirdi. Arzusu burnunda qaldı.
Türkmənbaşı özünün ağlasığmaz proyektləri ilə türkmən xalqında öz şəxsiyyəti haqqında fövqəlbəşəri bir rəy formalaşdırırdı. Məsəl üçün, 2000-ci illərdən başlayaraq qəflətən Türkmənbaşının saçları qaralmağa başlayır. Mərhumun mənfur düşmənləri bunu onun saçlarını rəngləməsi ilə əlaqələndirsələr də rəsmi Türkmənistan açıqlama verir ki, Türkmənbaşı cavanlaşır və saçları yenidən qaralmağa başlayır. Təbii ki, türkmən xalqı rəsmilərin sözünə inanır.
Continue reading ‘Ana yurdum Türkmənistan’

Link:

Yaxın və uzaq

Əhval-Ruhiyyə:Kədərli


Ben yakın sen uzak,
Ya sen yakınlarımda ben ırak..

Ansızın sızım yakardı en derinden..
Sana her kavuşmam elzem..
Ben bu yangını söndürmem..
Herkesin tek hakkı var
hem halime sorsalar anlar beni yangın paklar..

Kor alır canım ağlar Yetmez binBir ah

Sagopa Kajmer

Link:

Qiymətləndir:
3.2

YENI MÜBARİZƏ FORMALARI: RESPUBLİKA NAMİNƏ!

Ümidsizlikdən çıxış yolları: yeni mübarizə formaları
Azərbaycanda demokratiya uğrunda mübarizəyə kənardan baxış

Qorxmaz Əsgərov, politoloq

Müxalifət zəifdir? Bəs, sən?!

Azərbaycanda yuxarıdan demokratik islahatların keçirilməsinə dair bütün ümidlər iqtidarın sistemli və ardıcıl siyasəti nəticəsində boşa çıxmışdır. İlham Əliyevin daha proqressiv və islahata meylli xətt tutmasına ümid edən Qərb də, deyəsən demokratik azadlıqlara olan basqıların məhz gənc və perspektivli liderdən qaynaqlanmasına artıq şübhə etmir. Qərargahları əlindən alınan və şəhərin gözdən uzaq yerlərində nümayiş keçirməli olan siyasi partiyalar, döyülən, həbs edilən və ölümlə üzləşən jurnalistlər, gülünc ittihamlarla cərimələnən qəzetlər, şübhəli avtomobil qəzalarında dünyasını dəyişən şəxslər, məhkəmədə ən sensasion bəyanatlarına belə fikir verilmədən hökmü kəsilən keçmiş nazirlər,.. ümumən cəmiyyətdə bir qorxu və ümidsizlik əhval ruhiyyəsi yaratmışdır. Bu ölkədə korrupsiya ilə mübarizə üzrə dövlət komitəsinin sədri Ramiz Mehdiyevdir, ən nüfuzlu nazir normalda oturub sel, daşqın, zəlzələ və bu kimi digər nadir və xoşagəlməz halları gözləməli olan və həmin vəziyyətdə müəyyən işlər görməli olan fövqəladə hallar naziridir, ən iri siyasi partiya 400 minlik YAP-dır. Adambaşına düşən polisin sayına görə bütün Avropada (Belarus da daxil) birinci yeri tutan Azərbaycanımızdan söhbət açıram.

Bəndəniz də daxil bir çox adamlar çıxış yolunu ölkədən çıxmaqda görüblər. Bir qismi ölkədə qalıb şəraitə uyğunlaşmaq yolunu seçib, bir qismi də ölkədə qalıb hələ də mübarizəni davam etdirməkdədir ki, bu insanlara da öz böyük ehtiramımı ifadə etmək istərdim, çünki konkret olaraq mənim ortaya qoymadığım iradə və cəsarəti göstərməkdədirlər. Bunu ona görə qeyd edirəm ki, aşağıda ifadə edəcəyim fikirləri biganə adamın yekəxana ittihamları kimi deyil, məhz Azərbaycanda demokratik mübarizənin bütün ağırlığını öz çiyinlərində daşıyan adamlara bir dost kimi, öz müşahidələrimi çatdırmaq istəyim kimi qəbul edəsiniz.

Continue reading ‘YENI MÜBARİZƏ FORMALARI: RESPUBLİKA NAMİNƏ!’

Link:

IN THE NAME OF REPUBLIC!

The plan to kill Republic in Azerbaijan will be the crime against our
nation, our history, our future! This is the new era for everyone who
considers himself/herself as a patriot of Azerbaijan. We must stand up
to defend our Republic. We need to launch the widest public campaign in
Azerbaijan and in the world to stop this nightmare!

All this disgusting process is full of symbolic moments. They commit
this crime against the Republic exactly 90 years later, when ADR leaders
created first recognized democratic Republic in the Muslim world . 90
years later we are living out one of the greatest shames in our history.
The Constitutional Court will adopt the most shameful decision in its
history as a birthday "gift" to the President on 24th of December.
Things are now much more clear than ever before!

Everyone who supports REPUBLIC must rise NOW! There is no place for
"lobbying" Azerbaijani interests in USA or in Europe, when Azerbaijani
interests are destroyed first in Baku. I do not want even to discuss
what kind of a GIFT is all this for Armenian propaganda against
Azerbaijan.

We need more than just a petition, more than just facebook, more than
just yahoogroups. Government must face resistance it has never faced
before! Enough is enough!

We need new public non-violent movement to campaign against this crime
and we need to unite to support and to defend our Republic!

In the name of Republic!

Emin Milli

Link:

Qiymətləndir:
3.2

RESPUBLİKA NAMİNƏ: BASTA!

Respublikanı dəstəkləyən hər kəs ayağa qalxmalıdır!

RESPUBLİKA NAMİNƏ: BASTA!


Azərbaycanda Respublikanı məvh etmək planı xalqımıza, onun tarixinə və gələcəyinə qarşı cinayətdir! Bu özünü vətənpərvər Azərbaycanlı hesab edən hər bir şəxs üçün yeni dövrun başlanğıcıdır. Respublikanın müdafiəsi uğrunda hər birimiz ayağa qalxmalıyıq! Baş verən kabusu dayandırmaq üçün Azərbaycanda və dünyada yeni ictimai kampaniya həyata keçirilməlidir!

Baş veren bütün bu iyrənc hadisələr rəmzi anlarla doludur. Düz 90 il bundan öncə, ADR liderlərinin əsasını qoyduqları, müsəlman dünyasinda yaranmış ilk respublikaya qarşı cinayət törədilməkdədir. Üstündən düz 90 il keçir və biz tariximizin ən rüsvayçı anlarından birini yaşamaqdayıq. Konstitusiya məhkəməsi 24 Dekabrda prezidentə “hədiyyə” olaraq tarixinin ən utancverici qərarını çıxarmağa hazırlaşır. İndi hər şey daha aydındır!

Respublikanı dəstəkləyən hər kəs ayağa qalxmalıdır! Azərbaycanın öz maraqlarının Bakıda məvh edildiyi halda ABŞ və AB-də Azərbaycan maraqlarının təbliği əhəmiyyətini itirir. Bunun Azərbaycana qarşı yönəlmiş Erməni təbliğatı üçün nə qədər böyük hədiyyə olması haqda danışmağa dəyməz.

Bizə imzalardan, facebook və yahoogroups-lardan daha artığı lazımdır! Hökümət bundan öncə görmədiyi müqaviməti görməlidir. BASTA!!!

Bu cinayətlə mübarizə aparmaq üçün biz qeyri-zorakı ictimai hərəkat yaratmalıyıq və hamımız birlikdə respublikanın müdafiəsinə qalxmalıyıq.

RESPUBLİKA NAMİNƏ,

Emin Milli

Link:

Qiymətləndir:
3.2

Yunanıstan yellənir

Əhval-Ruhiyyə:Sakit

Yunanıstanda ötən şənbə günü 16 yaşlı gəncin polis tərəfindən öldürülməsindən sonra başlayan olaylar hələ də davam edir.

Xəbərə görə, böyük şəhərlərin mərkəzində polis ciddi təhlükəsizlik tədbirləri görüb. Etiraz aksiyası keçirənləri dağıtmaq üçün daha çox gözyaşardıcı qazdan istifadə edilir.

Yunanıstanın paytaxtı Afina, ona yaxın Selanik şəhəri başda olmaqla ölkənin şimal hissəsində minlərlə insan etirazını bildirmək üçün polis bölmələrinə hücum edib, çoxlu polis yaralanıb, onlarla maşın yandırılıb, banklar, dükanlar soyulub.

Yunanıstanın bütün media orqanları az qala müharibə səhnələrini xatırladan video görüntülər və fotolar yayımlayırlar.

Continue reading ‘Yunanıstan yellənir’

Link:

“İrəli” fəaliyyətinə xitam verdi

Əhval-Ruhiyyə:Məzəli emoticon Məzəli

Avropanın Solidarnost, Otpor, Kmaro kimi təşkilatlarından olan İrəli Ümumrespublika Gənclər Hərəkatı sabah fəaliyyətinə möhtəşəm bir gecə ilə xitam verəcək. Bizə yaxın olan mənbələrin verdiyi xəbərə görə vida gecəsi Heydər Əliyev adına Respublika İdman Kompleksində gerçəkləşəcək. Vida Gecəsində, Respublikanın xalq artisti İlhamə Quliyeva, toylar kralı Səməd Səmədov, underground reper Elşad Xose, mərsiyəçi Qaraqan, iştirak edəcəklər. Tədbiri ümumilli tamada Zəlimxan Yaqub aparacaq.
Bu arada Önər Blog olaraq, İrəli UGH-nın fəaliyyətinə xitam verməsi ilə bağlı ölkə ictimaiyyətinə sual verdik və aldığımız cavabları sizə təqdim edirik.

Sual : İrəli UGH-nın xitamını necə şərh edərdiniz? Sizcə səbəb nə ola bilər?

Araz Önər : Mən İrəlinin yaranmasının səbəbini bilmirdim, o kı qaldı dağılmasının səbəbini deyim…

Heydər Babayev : İrəlinin dağılmasının neftin ucuzlaşması ilə heç bir əlaqəsi yoxdur.

Ceyhun Osmanlı : İrəli sadəcə olaraq öz missiyasını yerinə yetirdi . Biz Azərbaycanın ən ucqar nöqtəsinə qədər nar ağacları əkdik.

Ramin Hacılı: Bu hakimiyyətin provokativ siyasətinin nəticəsi də ola bilər. Hələki indidən nəsə proqnozlaşdırmaq düzgün olmazdı.

Qeyd edək ki, İrəli UGH 2005-ci ildə yaranıb. Hərəkat bütün Azərbaycan ictimaiyyətinə nar paylamaqla yadda qalıb.

Link:

Qiymətləndir:
3.2

17 nəfərlik Duggar Ailəsi

Əhval-Ruhiyyə:Sakit

17 nəfərlik Duggar Ailəsi bu gün Amerikanın sürətlə böyüyən ailələri arasındadır. Ata Jim Bob və Ana Michelle`nin nə az nə çox, 17 övladı var və hamısının da adı "J" hərfi ilə başlayır.

Uşaqlardan 10-u oğlan 7-si isə qızdır. Ən böyükləri 20 yaşında, ən kiçikləri isə 9 aylıqdır.  Heyət belədir: Joshua (20), Jana (18), John-David (18), Jill (?), Jessa (15), Jinger (14), Joseph (13), Josiah (11), Joy-Anna (10), Jeremiah(9), Jedidiah (9), Jason (7)James(6), Justin(5), Jackson(3), Johannah (2) ve Jennifer (9 ay). Uşaqlar evdə təhsil alır və hər biri müxtəlif musiqi alətlərində ifa etməyi bacarır ya da öyrənir.

Bu qədər çoxuşaqlı ailəni idarə etmək çətin olduğundan böyük uşaqlar arasında iş bölgüsü aparılır. Ailə haqqında ətraflı məlumatı rəsmi veb saytlarından öyrənə bilərsiniz:

http://www.duggarfamily.com/

Link:

Qiymətləndir:
3.2

Önər Blogun 100-cü post`u

Bu gün Azərbaycanın ən az oxunan blogu, "Önər Blog"un 100-cü yazısı işıq üzü gördü. Bununla əlaqədar Bakı İcra Hakimiyyəti tədbirlər silsiləsi təşkil edəcək. Əvvəlcə Dənizkənarı parkda konsert proqramı təşkil olunacaq. Proqramda Azərbaycan estradasının ən tanınmış simaları, meyxana ustadları, söz xiridarları çıxış edəcəklər. Proqramı Azərbaycan Aşıqlar birliyin sədri Zəlimxan Yaqub aparacaq. Proqramdan sonra Milli Parkda atəşfəşanlıq olacaq. Tədbirdə "Önər Blog" şirkətlər qrupunun sahibi Araz Önərin də iştirakı gözlənilir.
Qeyd edək ki, Önər Blog keçən ildən işə başlasa da, fəaliyyətini rəsmi olaraq bu ilin İyun ayından başlamış sayılır.

100-cü postla əlaqədar Önər Bloga, Azərbaycan respublikasının prezidenti İlham Əliyev, Qarabağ Azadlıq Təşkilatının rəhbəri Akif Nağı, ABŞ prezidenti Barak Obama, Əl Qaidə lideri Usamə Benladen, İraq xalqının ümumilli lideri Səddam Hüseyn, İran İslam Respublikasının prezidenti Əhməd Nejat, Rusiya Liberal Demokratlar Partiyasının lideri Vladimir Jirnovskiy və Microsoft`un prezidenti Bill Geyts təbrik məktubu unvanlayıblar.

Link:

Qiymətləndir:
3.2