Bu gecə Azərbaycan qış vaxtına keçəcək

Əhval-Ruhiyyə:Sakit

Saat 05:00-da saatların əqrəbləri 1 saat geri çəkiləcək

Bu gecə Azərbaycan qış vaxtına keçəcək. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyindən verilən məlumata görə, oktyabrın 25-dən 26-na keçən gecə saat 05:00-da saatların əqrəbləri 1 saat geri çəkiləcək və bununla da Azərbaycanda yay vaxtı ləğv olunacaq. Qeyd edək ki, qış vaxtına keçid Nazirlər Kabinetinin 17 mart 1997-ci il tarixli, 21 saylı qərarına əsasən həyata keçirilir

Link:

Qiymətləndir:
3.5 (1 person)

Комментировать »

admin 25.10.2008 в рубриках: Uydurma Xəbər Agentliyi

Avtobus sürücülərinin bizə öyrətdikləri

1. 150 metr uzaqda dayanan bir sərnişin üçün 2 sürücünün girdiyi çətin yarış nəticəsində pul qazanmağın nə qədər çətin iş olduğunu anlayırıq.

2. 25 nəfərlik avtobusa 50 nəfəri sığışdıraraq, xalqımızda birlik, bərabərlik kimi qavramların inkişaf etməsinə kömək edirlər.

3. Avtobusa daha çox sərnişin yığmaq üçün maşını yavaş-yavaş sürəndə, şəhərimizi, ətraf məhəllələri daha çox tanımış oluruq.

4. Avtobus sürücüləri ilə apardığımız söhbətdə, taksi və kamaz sürücülərinin dələduz, yeganə namuslu adamların onlar olduğunu öyrənirik.

5. Səhərlər, yanımızda xırda pul olmayanda, avtobus sürücüsün dığdığları ayılmağımıza kömək edir.

6. Avtobusda “polnıy xod” verilmiş “qəmli mahnıları” eşitdikdə dünyada nə qədər dərdli insanların olduğunu anlayırıq.

7. Ayaqla 30 dəqiqəlik yolun, avtobusla 1 saat ola biləcəyinin praktikadakı sübutunu görmüş oluruq.

Link:

Qiymətləndir:
3.2

Комментировать »

admin 14.08.2008 в рубриках: Misc