Əhval-Ruhiyyə:Gülməli
Millətçi rus lideri Vladimir Jirinovskiy ABŞda prezident seçilən Barak Obama üçün "ABŞın yeni Qorbaçuvudur" dedi.
İnterfaks agentliyinin verdiyi məlumata görə Rusiya Liberal Demokratlar Partiyasının sədri Vladimir Jirinovskiy, partiyasının toplantısındakı çıxışında Obama üçün "Yeni Qorbaçov" ifadəsini işlətdi. O, Obama üçün "Obama, Amerikan Qorbaçovdur. O Amerikanı dağıdacaq və yenidən inşa etməyəcək" dedi.
SSRİ-nin son rəhbəri Qorbaçov dünya üçün Soyuq Savaşın sonunu və SSRİ-də demokratiyanın bərqərar olunmasını simvolizə etsə də, bir çox rus üçün SSRİ-ni dağıdan lider olaraq yaddaşda qalıb.
Əhval-Ruhiyyə:Sakit
”Biz seçkiqabağı təşviqat dövrü ritorikası ilə vədləri həqiqətdən ayırmalıyıq" 
"Barak Obamanın prezident seçilməsilə bağlı ABŞ hökumətindəki dəyişikliklər Amerika-Türkiyə əlaqələrinə təsir etməyəcək". Today`s Zaman qəzetinin məlumatına görə, bu barədə Türkiyənin Baş naziri Rəcəb Tayyip Ərdoğan bildirib. Onun sözlərinə görə, ikitərəfli əlaqələr ümumi strateji maraqlara əsaslanır.
Barak Obamanın qondarma erməni soyqırımını tanıyacağı barədə verdiyi vədə gəldikdə isə R.T.Ərdoğan hesab edib ki, ABŞ-ın yeni prezidenti bunu etməyəcək.”Biz seçkiqabağı təşviqat dövrü ritorikası və vədləri həqiqətdən ayırmalıyıq. ABŞ-ın çiyinlərində digər ölkələrə münasibətdə böyük cavadehlik yükü var və bu, böyük imkanlarla dolu güclü ölkədir. Obama qlobal böhran dövründə prezident olub və o, bununla mübarizə aparmalıdır”, deyə Türkiyənin Baş naziri qeyd edib. Xatırladaq ki, Barak Obama iki dəfə prezident seçiləcəyi təqdirdə qondarma erməni soyrımını tanıyacağını bildirmişdi. /ANS PRESS/
Əhval-Ruhiyyə:Xoşbəxt
Obama Amerika tarixində ilk qaradərili prezidentdir
Bütün dünyanın diqqət mərkəzində olan Amerika Birləşmiş Ştatalarında artıq yeni prezidentin kim olacağı məlumdur. Demokratlar partiyasından namizəd olan Barak Obama noyabrın 4-də keçirilən prezident seçkisində ABŞ-ın növbəti prezidenti seçilib. Ən son məlumtlara görə, o, seçici nümayəndələrindən 334-nün səsini toplamaqla rəqib Respublikaçı Con Makkeynə qalib gəlib. Con Makkeyn isə seçici nümayəndələrindən cəmi 147-sinin səsini qazana bilib.
Qeyd edək ki, Birləşmiş Ştatlarda prezident seçkilərinin qalibi olmaq üçün prezidentliyə namizəd çox səs çoxluğu ilə, yəni seçki kollegiyasının 538 nümayəndəsindən ən azı 270-nin etimadını qazanmalıdır. Bütün ştatlarda səslərin sayılması tam başa çatmasa da, Barak Obama bu həddi aşıb və artıq qeyri-rəsmi olaraq ölkənin prezidentidir. Barak Obama Amerika tarixinə ilk qaradərili prezidentdir. O, Ağ Ev rəhbəri kimi səlahiyyətləri təşkil olunacaq andiçmə mərasimi ilə 2009-cu ilin yanvarın 20-də sələfi Corc Buşdan təhvil alacaq./ANS TV/
Makkeyn`in prezident seçilməsinə möcüzə kimi baxanlar da var
ABŞ prezidentliyinə namizəd Con Makkeynin prezident olması artıq möcüzə kimi dəyərləndirilir.Demokrat Partiyasının namizədi, senator Barak Obama artıq rəqibindən təxminən 10 faiz irəlidədi. Bir neçə saat bundan öncə seçkilərin ilkin nəticələri açıqlandı. Belə ki, Barak Obama Nyu-Hempşir ştatının Diksvill Notç şəhərində keçirilən prezident seçkisində ilk səsvermədə öz rəqibi respublikaçı Con Makkeyni məğlub edib. Aldığımız son xəbərlərə görə artıq Keniyada Barak Obamanın qohumlarının yaşadığı qəsəbədə şənliklərə başlanılıb. Şənliklərin 10 günə qədər davam edəcəyi söylənilir. Şənlikdə sakinlərin Obamanın şərəfinə buğa kəsəcəkləri gözlənilir.
Biz də Önər Blog olaraq bu seçkilərdə Obamanı dəstəkləyir, ona uğurlar arzulayırıq.