
Bu gün Azərbaycanın ən az oxunan blogu, "Önər Blog"un 100-cü yazısı işıq üzü gördü. Bununla əlaqədar Bakı İcra Hakimiyyəti tədbirlər silsiləsi təşkil edəcək. Əvvəlcə Dənizkənarı parkda konsert proqramı təşkil olunacaq. Proqramda Azərbaycan estradasının ən tanınmış simaları, meyxana ustadları, söz xiridarları çıxış edəcəklər. Proqramı Azərbaycan Aşıqlar birliyin sədri Zəlimxan Yaqub aparacaq. Proqramdan sonra Milli Parkda atəşfəşanlıq olacaq. Tədbirdə "Önər Blog" şirkətlər qrupunun sahibi Araz Önərin də iştirakı gözlənilir.
Qeyd edək ki, Önər Blog keçən ildən işə başlasa da, fəaliyyətini rəsmi olaraq bu ilin İyun ayından başlamış sayılır.
100-cü postla əlaqədar Önər Bloga, Azərbaycan respublikasının prezidenti İlham Əliyev, Qarabağ Azadlıq Təşkilatının rəhbəri Akif Nağı, ABŞ prezidenti Barak Obama, Əl Qaidə lideri Usamə Benladen, İraq xalqının ümumilli lideri Səddam Hüseyn, İran İslam Respublikasının prezidenti Əhməd Nejat, Rusiya Liberal Demokratlar Partiyasının lideri Vladimir Jirnovskiy və Microsoft`un prezidenti Bill Geyts təbrik məktubu unvanlayıblar.
admin 19.11.2008 в рубриках: Uydurma Xəbər Agentliyi
Əhval-Ruhiyyə:Əla
Azərbaycanın ən az oxunan bloglarından biri Önər Blog Azərbaycan Bloglaşdırma Komitəsinin qara siyahısına düşüb. ABK-nın mətbuat xidmətindən verilən açıqlamada səbəb olaraq blogda Azərbaycanın milli mental dəyərlərinin tənqid olunması göstərilir. Komitə səlahiyyətliləri blogun bağlanması üçün məhkəməyə müraciət edəcək. Məhkəmə ABK-nın mövqeyinə uyğun qərar qəbul edərsə, Önər Blog bağlanacaq.
Qeyd edək ki, bu məsələ ilə bağlı Önər Blogun sahibi Araz Önərlə əlaqə saxlamağa çalışdıq, amma Araz bəyi tapa bilmədik. Bizə yaxın olan mənbələrin verdiyi məlumatlara əsasən, Araz bəy ölkəni tərk etməyə hazırlaşır. Araz Önər həmçinin Önər Blogun səhmlərini də satışa çıxaracaq.
admin 14.11.2008 в рубриках: Uydurma Xəbər Agentliyi
Bir neçə gün idi ki, başımız Dalğa Gənclər Hərəkatının saytını bərpa etməklə məşğul idi. Ona görə də mən və otaq yoldaşlarımın yazılarını blogda çox nadir hallarda görmək olardı. Artıq dərslər başlayasıdı. Biz də öz fəaliyyətimizi əvvəlki vəziyyətinə gətirməyə başlayırıq. Ona görə də həvəsdən düşməyin, Önər Blog yenə də fəaliyyətini davam etdirəcək. Biraz gözləyin və səbr edin.
admin 05.09.2008 в рубриках: Misc
Əhval-Ruhiyyə:Sakit
Uzun zaman keçdikdən sonra, nəhayət ki, mən də bloguma Google Ads`lər əlavə etməyi qərara aldım.
Düşündüm kİ, onsuz da işimiz gücümüz blog, bu tərəfdən yazdıqca, o tərəfdən də çay pulu gəlsin.
Blogdan pul qazanmaq asan iş deyil, amma qeyri-mümkün iş də deyil. Bunun iki yolu var. Birinci yolun adı offline-biznesdir. Qazancın bu yolu mənim blogum kimi, oxucuları az olan bloglar üçündür. Bu yol çox qazanc gətirmir. Çox nadir hallarda offline-bizneslə böyük qazanclar əldə edə bilərsiniz. Çox danışmayım, keçim işin təfərrüatına. Deməli, siz də mənim kimi Google Ads`dən blogunuza bir reklam çərçivəsi əlavə edirsiniz. Və blogunuza girən istifadəçilər bu reklam çərçivəsini kliklədikcə sizin Google Ads`dəki account`unuza 2-3 sent pul əlavə olunur. Account`unuzda 100 dollar pul yığıldıqdan sonra Google həmin pulları sizin adresinizə çek şəklində göndərir və yaxud da, əgər sizin hər hansısa bir bankda Master Card və ya Visa bazalı kartınız varsa pul həmin hesaba köçürülür.
Blogdan pul qazanmağın ikinci üsulu isə oxucuları çox olan bloggerlər üçün daha uyğundur. Bu da canlı biznesdir. Yəni hər hansısa bir şirkətin, saytın reklamlarını blogunuzda yerləşdirib bunun müqabilində pulunuzu alırsınız.
Sonda isə Rusdilli oxucularımıza bu məqaləni oxumağı məsləhət görürəm. Məqalənin müəllifi Temma Maynasdır. Temma məndən bir yaş böyükdür (19 yaşı var), amma valideynlərimdən çox qazanır :).
Məqalənin linki: http://tyomma.ru/mybusiness/
admin 27.07.2008 в рубриках: Blogging
Əhval-Ruhiyyə:Gülməli

Bu gün, Wordpress`in Blog Stats pluginindəki statistik məlumatlara baxdım. Və axtarış saytlarından bloquma edilən açar sözlərini nəzərdən keçirtdim. Ən maraqlılarını sizlərlə bölüşürəm…:)
İmtahan sualları gizli.
bu qardaşımız və yaxud da bacımız, yəqin TQDK imtahanlarının gizli suallarını əldə etmək istəyibmiş. Kimsə ona deyib ki, internetdə nə istəsən tapa bilərsən, o da imtahan suallarıyla bağlı hörmətli GOOGLE müəllimə müraciət edib.
Ən solaxay adam.
Solaxay adam yəqinki hamımız görmüşük. Amma ən solaxay adamı kimdir? başım çıxmadı…
Sevgi smsləri.
Min dəfə demişəm, sevgi yazıb, mənim bloguma girməyin…başqa qapıya!
Mollalar üçün piano çalma kursları.
Bunu şərh etməyi sizin ixtiyarınıza buraxıram…
Ər axtarış sistemi.
Mən artıq potensial ərəm…:) Önər
İslama uyğun futbol formaları.
Qardaşımız şəriətə uyğun şalvarlı, cübbəli futbol oyanayan var mı deyə araşdırma eliyib, məni tapıb…:)
Adam yiyən uşaqlar.
Belə psixopatların blogumu ziyarət etməsini istəmirəm… 
admin 14.07.2008 в рубриках: Blogging
Əhval-Ruhiyyə:Əla
Oturdum, fikirləşdimki, görəsən bu blogun digərlərindən fərqi nədi?…az da olsa səbəb tapdım.
- Bu blog bəzi bloglardan fərqli olaraq insanlararası mübahisələrə səbəb olmur.
- Blogda adət halına gəlmiş müəllif hüquqlarını tapdalamaq kimi hadisələr baş vermir. Blog müəllifinə aid olmayan yazılarda, müəllifin adı qeyd olunur.
- Blog hər hansı bir mövzuya şəxsi maraq və şəxsi münasibət çərçivəsindən kənara çıxmır. Blogda olan bütün yazılar blog müəllifinin fikirlərini əks etdirir.
- Blogun serverinin 4 dəfə çökməyinə baxmayaraq blog hələ də ayaqüstədir
- Blogda Google Adsense yoxdur
- Blogun hakimiyyət strukturlarıyla heç bir əlaqəsi yoxdur …:)
admin 30.06.2008 в рубриках: Blogging
İndi bu sualı özünə çox blogger verir. Blogumu məşhurlaşdırmaq üçün nə etməliyəm. Çünki Azərbaycanda bu gün çox yaxşı bloggerlər var halbuki onların blogunu demək olar ki heç kəs oxumur. Fikirləşirəm ki bu problemə son qoymağın vaxtı gəldi.
1. Robotlara işləməyin…! Yadınızdan çıxartmayın ki blog insanlar üçündür, robotlar üçün deyil. Və yazılarınızın başlıqlarını sırf axtarış sistemlərində çıxsın deyə yazmayın, insanlara maraqlı gələn dildə yazın. Bu çox önəmlidi.
2. Yazın! Yazmaq, yazmaq və yenə də yazmaq. Çalışın ki, yeni, xeyirli məlumatlarla blogunuzu doldurasınız. Bu cəhətdən biraz araşdırmaçılıq etmək etmək lazımdır. Blogun tematikasına uyğun yazmağa çalışın. Kontingentinizi özünüz müəyyən edin. Amma diqqət edin ki, bəzən həftəyə 1 yazı, həftəyə 10 yazı yazmaqdan daha xeyirli olur.
3. Şərh yazın. Çalışın blogrolldakı bloglara şərh yazın. Müəllifə sual verin, müəlliflə yazını müzakirə edin. Və cəlb etməyə çalışın. Demək olar ki, bütün bloggerlərə ağıllı şərhlər maraqlıdır və hər biri bu şəhrin kim tərəfindən yazıldığına baxmaq istəyir. Bu vasitəylə də siz özünüzə oxucu qazana bilərsiniz.
4. Dizayna fikir verin. Blogunuzun dizaynına fikir verin. Dizayn blog üçün çox önəmlidi və tematikayla üst-üstə düşməsi əla olar. Çalışın rənglər cansıxıcı olmasın. Belədə blogunuz oxucuya maraqsız gələ bilər.
5. Özünüzü tanıdın. Blogda ilk yazıları çalışın özünüz barədə yazın. Və özünüzü ifadə etməyə çalışın. Özfəaliyyətiniz, adınız, yaşınız barədə oxucunu məlumatlandırın. Bu müəllif barədə qərar verməkdə oxucuya çox kömək edir.
6. Kataloqlar. Blogunuzu açdığınız ilk gündən link mübadiləsi etməyə tələsməyin. Çalışın ilk yazıları özünüzçün və blogdan məlumatı olan oxucular üçün yazın. Bu gedişlə sizin blogunuzun oxucu kontingenti formalaşacaq. Amma RSS kataloqlarda qeydiyyatdan keçməyi məsləhət görərdim: Яндекс.Блоги , Kanban , Plazoo , HeadLines , Technorati .
admin 30.06.2008 в рубриках: Blogging