Nəsimi rayonu 22-ci polis bölməsi Çe Gevaranı axtarışa verib
Ernesto Çe Gevaranın ad günündə həbs olunmuş 20 nəfər artıq azadlıqdadır. Bircə Emin Hüseynovun vəziyyəti xarabdı. Polis Emini döyəndən sonra kəllə-beyin travması alan Emin gecəni Musa Nağıyev adına xəstəxanada keçirmişdi, elə indi də ordadı. Emin özünə axşam saat 9-10 radələrində gəlib. Və bu gün reanimasiya şöbəsindən palataya köçürülüb. Emini döyən polis işçisinin aqibəti isə hələ də naməlum olaraq qalır. Rəisin dediyinə görə, onun nömrəsinə zəng çatmır.
Rəis həm də həbs olunmuş gənclərdən Çe Gevara ilə harada və necə tanış olduqlarını soruşub və onun axtarışa verildiyini və tezliklə həbs olunacağını da çox əminliklə söyləyibmiş. Azərbaycan polisi hər şeyin üstəsindən gələr. Bir də gördün sabah bir Çe Gevara tapıb, həbs elədilər. Bilmək olmaz dünyanın işini.
Artıq bu ölkənin insanları çaşqınlıq içindədir. Cənubi Amerika və avropalı müəlliflərin yazdıqları etirazetmə mədəniyyəti ilə bağlı məqalələr Azərbaycanda işə yaramır. Bir dostumun dediyi kimi: ” Hoha var dağa qaldırır, hoha var dağdan endirir”. Görəsən Azərbaycanda necə etiraz etmək lazımdır ki, hoha məni dağa qaldırsın?
p.s. Onu da xatırladım ki, Emin Hüseynovun 2003-cü il , oktyabr hadisələrindən sonra boynundan travması var idi. Və aldığı xəsarət ciddi olduğundan bunun nəticəsi pis də ola bilərdi. Yenə də idman xoşbəxtliyi Eminin tərəfində oldu. Çe Gevara və Polis nəfəri isə hələ də axtarışdadır.
Link:
| 2.5 |
admin 24.06.2008 в рубриках: Cızma-qara, LOL bölmə
