Əhval-Ruhiyyə:Xoşbəxt

Dünən Dalğa Gənclər Hərəkatının 3-cü qurultayı baş tutdu. Qurultayda 3 namizəd - Vəfa Cəfərova, İlkin Əlisoy və Araz Önər sədrliyə namizədliklərini irəli sürmüşdülər. Qurultayı Elşən Poladlı açıq elan etdi və sonra sözü Qurultaya Hazırlıq Üzrə Təşkilat Kömitəsinin sədri Elvin Kazımlıya verdi. Elvin Kazımlı isə öz növbəsində Qurultayın təşkilatçılığı ilə bağlı məlumat verdi. Sonra Qurultay iştirakçıları ABŞ səfirliyinin dəstəyi ilə çəkilmiş “Dönüş” filminə baxdılar. Qonaqların və namizədlərin çıxışlarından sonra səsverməyə start verildi. Səsvermə bitəndən dərhal sonra, səsverməyə nəzarət edən Seçki Monitorinq Mərkəzinin nümayəndələri seçkidə heç bir qanun pozuntusunun olmadığını qeyd etdilər. Səslər sayılandan sonra Vəfa Cəfərova Dalğa GH-nın 4-cü sədri seçildi.
Qeyd edək ki,səsvermədə 77 nəfər dalğaçı seçkidə iştirak etdi. Səsverməyə Vəfa Cəfərova birinci, İlkin Əlisoy ikinci, Araz Önər üçüncü yeri tutdu.
admin 21.10.2008 в рубриках: Misc, Uydurma Xəbər Agentliyi
Saat 17.00,
Yenə hər kəsi şok edəcək hadisə, Dalğaçılar “Araz” kafedə yemək yedikləri yerdə polis tərəfindən həbs olunublar. Həbs olunanlar Səbail rayonu, 9-cu polis bölməsinə aparılıblar. Onlar piketə cəhd etməkdə, icazəsiz toplaşmaqda təqsirli bilinirlər.
Saat 14.05,
Məcəllədə “Çay içməyə cəhd” maddəsi olmadığı üçün, Dalğaçılar sərbəst buraxıldılar.
Saat 12.00,
5 nəfər Dalğaçı bulvardakı kafelerin birində çay içdikləri yerdə polis tərəfindən saxlanılıblar. Saxlanılanlar Səbail Rayonu,39-cu polis bölməsinə aparılıblar. Hal hazırda, onlardan izahat götürülür.
admin 12.08.2008 в рубриках: Misc
Əhval-Ruhiyyə:Sakit
Dalğa Gənclər hərəkatı 1 avqusta hazırlaşır.Bu onunla bağlıdır ki, hərəkat 1 avqust gününü “Dalğa Günü” kimi
elan edib və hər il ənənəvi olaraq bu gündə yeni layihələrlə, tədbirlərlə çıxış edir. Artıq bununla bağlı bu gün (28.07.2008) hərəkatda idarə heyətinin son iclası keçiriləcək və bütün suallara bu idarə heyətində sonra aydınlıq gətiriləcək. “Dalğa”-nın bu dəfə cəmiyyətə hansı layihəni təqdim edəcəyi hələ məlum deyil.Təqdim ediləcək layihələr arasında ”Təhsil Könüllüləri” və “Ata,məni məktəbə göndər” layihələri var. Qeyd edək ki, təqdim ediləcək layihə, idarə heyətində, səsvermə əsasında seçiləcək və 1 avqust günü layihənin icrasına start veriləcək. Layihənin donorları və informasiya dəstəyi barədə məlumat da həmin gün açıqlanacaq.
Dalğa GH-nın, Mətbuat koordinatorluğu
admin 28.07.2008 в рубриках: Misc
Əhval-Ruhiyyə:Darıxdırıcı & Rahat

Bu gün 2 aylıq aradan sonra yenə də Bakı Polisi məni və Dalğanın digər fəallarını həbs elədi. ATƏT-lə görüşə getdiyimiz yerdə, qabağımıza çıxan polis nəfərləri bizi dövrəyə alıb dayanmağımızı xahiş elədilər. Tezliklə yeni “FİAT”lar gəldi. Bizi həmin “FİAT”larda Səbail rayonu, 39-cu polis bölməsinə apardılar. Bizim arxamızca “AZADLIQ” radiosunun və “RATİ”nin əməkdaşlarını da saxlayıb polis bölməsinə gətirdilər. Lakin onlar tezliklə sərbəst buraxıldılar. İlk 2 saat mülayim “hava” şəraitində keçdikdən sonra, polis əməkdaşları yenə də əvvəlki sifətlərini göstərməyə başladılar. Yenə də, mənim saqqalıma, Raminin saçına, Vəfanın geyiminə, Pənahın bakenborduna mız qoyur, göyçək mentalitetlərini bizə “kaçatdayırdılar”. Biz də həmişəki kimi, sıfır reaksiya, elə bil qabağımda divar durub elə belə danışır. Divar danışıb qurtarandan sonra, bizdən izahat götürdülər, sonra isə protokol tərtib etdilər. Təbii ki, heç kəs protokola qol çəkmədi, elə buna görə də Ramini, Pənahi və Rövşəni məhkəməyə gətirdilər. Bizi isə nədənsə sərbəst buraxdılar. Məhkəmədə hakim “N” bizimkilərə xəbərdarlıq etdikdən sonra, bizimkilər sərbəst buraxıldı. Mən də həmin vaxt, aşağıdakı divarlarla danışırdım….
admin 04.07.2008 в рубриках: Cızma-qara