Terim gedir…

Əhval-Ruhiyyə:Təəssüflənmiş

Fatih Terim Almaniya ilə oyundan sonra istefa verəcəyini açıqladı. O karyerasını Avropada davam etdirmək istəyir. Terimə uğurlar arzulamaqdan başqa heç bir şey qalmır. Türkiyə millisi ilə çox gözəl bir Euro-2008 keçirən Terim Almaniya məğlubiyyəti barədə bunları dedi:

Layiq olmadığımız bir məğlubiyyət oldu. Çox ucuz qollar buraxdıq. Amma mən futbolçularımla fəxr edirəm. Məğlub olanda da təbrik etməyi bacarmalısan. Almaniyanı təbrik edirəm.

Terimə artıq İtaliyanın Napoli və Almaniyanın Borussia Dortmund klublarından rəsmi təklif gəlib.

Link:

Qiymətləndir:
2.5

1 комментарий »

admin 26.06.2008 в рубриках: Futbol, İdman

Möcüzələrin sonu: Türkiyə məğlub oldu

Əhval-Ruhiyyə:Kədərli & Təəssüflənmiş

Son zamanlarda futboldan belə çox yazmağıma baxmayın. Yazası şeylər çox idi. Amma bu son oldu.Möcüzələr Türkiyənin bugünkü məğlubiyyəti ilə sonlandı. Oyuna çox gözəl başlayan türklər əllərindən gələn hər şeyi etdilər. Amma olmadı. Alman maşını öz işini gördü. İlk qolu türklər vursa da, almanlar Şvayştangerin qolu ilə hesabı bərabərləşdirə bildilər. 79-cu dəqiqədə Klozenin qolu ilə almanlar hesabda irəli keçdilər. Hər şey bitdi deydiyimiz anda 86-cı dəqiqədə meydana yenə Semih çıxdı. Hesab bərabərləşdi. Sonumuzun sonu gəlmişdi, 90-cı dəqiqədə müdafiədə o kobud səhv olmasaydı. Bu dəfə alman müdafiəsinin ən vacib adlarından olan Lahm göründü. Almanlar türkləri, türklərin silahı ilə vurdular. Möcüzələrin sonu gəlmişdi, hakimin fiti ilə…

Yeri gəlmişkən, isveçli hakimin şərəfsizliyi almanlara çox böyük kömək etdi.

Link:

Qiymətləndir:
2.5

Комментировать »

admin 26.06.2008 в рубриках: Futbol, İdman

Yazıq Terim

İtaliyan idman qəzetlərindən Tuttosport , çərşəmbə günü Terimin Almaniya ilə oyuna cəzalılar və zədəlilər səbəbiylə meydana kimləri buraxacağının böyük maraq doğurduğunu yazdı. Xəbərə əsasən Terimin üçüncü qapıçı Tolga Zenginin hücumçu olaraq meydana çıxacağı gözlənilir.

Digər idman qəzeti LA GAZZETTA DELLO SPORT , Terimin meydana çıxaracağı 11 futbolçunu belə təxmine edir: Rüştü, Sabri, Zan, Hakan, Mehmet Topal,Uğur Boral, Ayhan akman, Aurelio, Kazım, Hamıt, Semih.

Link:

Qiymətləndir:
2.5

Комментировать »

admin 25.06.2008 в рубриках: Futbol, İdman

Türkləri məğlub etmək…

Dünən internetdə saytları gəzərkən, maraqlı bir şey oxudum. Bir alman forumunda “Türkləri necə məğlub etmək olar?” mövzusunda forum təşkil edilmişdi. Forumda çox qəribə və gülməli cavablar var idi. İndi o cavabları sizlərlə bölüşmək istərdim:

  • Türkləri məğlub etmək istəyən komanda qətiyyən ilk qolu vurmalı deyil.
  • Türkiyəyə rəqib olan komanda hesabda irəli keçərsə, türklərin heç pas verməyə vaxtları qalmamalıdır.
  • Türkiyə ilə oyunda oyunların vaxtı 90 dəqiqə olmamalıdır.
  • Hakimlərdən başqa, heç kəs saatdan istifadə etməməlidir. Heç bir türk oyunçusuna saat bildirilməməlidir.
  • UEFA qaydaları dəyişib, “bir komandanın iki qolu arasında ən az 1 dəyqə vaxt olmalıdı” qaydasını tətbiq etməlidir.

Sabahkı oyun maraqlı olacaq. Deyilənə görə Türk millisinin 3-cü qapıçısı Tolga Zengin hücumçu qismində meydana çıxacaq :). Bilmək olmaz, bəlkə də belə oldu…Amma yenə də mən Türkiyənin qalib gələcəyinə inanıram.

Link:

Qiymətləndir:
2.5

Комментировать »

admin 24.06.2008 в рубриках: Futbol, İdman