Tag Archive for 'İlham Əliyev'

Bullitenlərdən qalmadı…!!!

Əhval-Ruhiyyə:Gülməli

Bir neçə saat bundan əvvəl seçkinin ilkin nəticələri açıqlandı. İlham Əliyev 92 faizlə seçkidə parlaq qələbə qazanmışdı. Və mən şübhə eləmirəm ki, seçkilər şəffaf keçib. İlham Əliyevi xalq prezident seçdi. Eşitdiklərimin və müşahidə elədiklərimin əsasında belə qənaətə gəlmişəm.

Mən özüm seçkilərdə lazımınca iştirak elədim. Həm müşahidə elədim, həm də səs verdim. Daha eldən gizli, Allahdan nə gizli - bullitenin yuxarı hissəsinə Xalqın namizədi Şiraslan yazdım, yanında da bir kvadrat çəkib içini qaraladım. Dostlarım da seçkidə aktiv iştirak elədi. Hətta bəzilərinin yerinə səs verən də tapıldı. Məsələn, dostlarımdan biri günorta saatlarında səs verməyə getdi və ona siz artıq səs vermisiniz deyə bildirdilər. O da sevinə-sevinə evinə qayıtdı. Sevinirdi, çünki daha pərdəli otağa girməyə ehtiyac qalmamışdı. Digər dostum mənim kimi müşahidəçi idi. Dediyinə görə seçkidə nəticəyə təsir göstərməyən xırda qanun pozuntuları oldu. Belə ki, məntəqə rəhbərliyindən bir nəfər seçki qutularına altdan-altdan bullitenləri ötürürmüş. Rəhbərliyin üzvü, bir xanım isə bullitenləri onun əlindən alaraq, “Əhməd Haradadır?” filmindəki “üzumu bax belə yığarlar” səhnəsini xatırladan jestiylə “bullitenləri bax belə atarlar” deyib, onları qutuya atdı. Məntəqələrin birində isə məntəqə rəhbərləri səsvermə bitənə yaxın Azərbaycan xalqına xas bir tərzdə gözəl süfrə açıbmışlar. Hamının sağlığına içəndən sonra, Dalğa Gənclər Hərəkatının sədrliyinə namizəd İlkin Əlisoyun şərəfinə də bir sağlıq deyiblər. İlkin də təbii ki, bunların hamısını qeydə alıb. Ramin Hacılının müşahidəçi olduğu məntəqədə isə maraqlıbir fakt qeydə alınıb. Saat 2-3 radələrində məntəqənin qabağında bir neçə avtobus peyda olub. Özü də içi dolu seçici. Hamısı hurrey deyib məntəqəyə daxil olub kollektiv şəkildə səs veriblər. Hacılı da ehmalca avtobusların nömrələrini özü üçün qeyd edib. Hacılının qardaşı isə məntəqə rəhbərlərini bullitenləri kütləvi şəkildə qutuya atarkən yaxalayıb.
Təbii ki, bütün bunlar seçkinin nəticəsinə heç bir təsir göstərmədi. Fakt prezidenti xalq seçdi. Prezident özü gəlib bullitenləri kütləvi şəkildə qutuya atmadı ki. Ya da prezident kiminsə yerinə səs vermədi ki. Hamısını xalq elədi. Seçkilər tam şəffaf, demonkratik şəraitdə keçdi. Beləliklə, “rıbak Hafiz”in qardaşı İlham Əliyev prezident seçildi. Bu münasibətlə xalqımı təbrik edirəm. Onlar prezidentin seçilməsində çox önəmli rol oynadılar. Neçə belə seçkilərdə görüşək. Ən pis seçkimiz belə keçsin…

Link:

Qiymətləndir:
3.2

İlham Əliyev prezident seçildi

Əhval-Ruhiyyə:Məzəli emoticon Məzəli

"Qaynar.Info" bir neçə dəqiqə bundan əvvəl maraqlı bir ilkə imza atdı. Sayt adminləri və yazarları prezident seçkilərinin nəticələrini açıqladı. İndi həmən nəticələri sizə olduğu kimi təqdim edirik.

</font> İlham Əliyev yenidən prezident oldu Qeyd: Bir neçə saat sonra MSK, agentliklər və xəbər saytları təqribən aşağıdakı kimi bir məlumat yayacaq

Biz isə həmişəki Azərbaycanda ayılmamaq ümidiylə yatmağa gedirik

QayNar: Bu gün Azərbaycanda prezident seçkiləri keçirilib. Səsvermə səhər saat 08.00-dan başlayıb. Seçkilərdə 7 namizəd iştirak edib.
Bunlar YAP-ın namizədi İlham Əliyev, BAXCP-nin namizədi Qüdrət Həsənquliyev, Ümid Partiyasının namizədi İqbal Ağazadə, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev, Azərbaycan Liberal Demokrat Partiyasının namizədi Fuad Əliyev, Böyük Quruluş Partiyasının namizədi Fazil Qəzənfəroğlu və bitərəf namizəd Qulamhüseyn Əlibəylidir.

Ölkə üzrə 4 milyon 866 min 335 seçicinin təqribən 70 faizi 125 Seçki Dairəsi üzrə 5359 seçki məntəqədə səs veriblər.

Azərbaycandan kənarda yaşayan seçicilər üçün xarici ölkələrdə olan diplomatik nümayəndəliklərdə isə 33 seçki məntəqəsi yaradılıb. Xaricdə 10 minə yaxın seçici səs verə bilib.

Saat 19.00-da başa çatan səsvermədən sonra səslərin sayılmasına başlanıb.
MSK-nın açıqladığı ilkin rəqəmlərə görə, seçkilərdə seçicilərin təqribən 75 faizi iştirak edib. Tam olmayan hesablamalara görə, seçicilərin 80 faizə yaxın qismi yenidən İlham Əliyevə etimad göstərib.

Daha dəqiq məlumatlar isə bir gün sonra açıqlanacaq.

Beləliklə, İlham Əliyev ikinci müddətə ölkənin prezidenti seçilib və tarixə Azərbaycanın 6-cı prezidenti kimi düşüb.

Seçki prosesində bəzi xırda qanun pozuntuları aşkarlansa da, bu, ümumi nəticəyə təsir edəcək səviyyədə olmayıb.

Xatırladaq ki, ölkə müstəqillik əldə edəndən sonra ilk prezident seçkiləri 1991-ci il sentyabrın 8-də keçirilib. Səsvermə hüququna malik seçicilərin 84,4 faizinin iştirak etdiyi seçkilərdə səslərin 98,5 faizini toplayan Ayaz Mütəllibov qalib elan olunub.
1992-ci il iyunun 7-də keçirilən ikinci prezident seçkilərinin qalibi isə AXC sədri Əbülfəz Elçibəy olub. Seçicilərin 76,3 faizinin səsverməyə qatıldığı seçkilərdə Əbülfəz Elçibəy 59,4 faiz, digər namizədlər isə 38 faiz səs toplayıblar.

1993-cü il avqustun 29-da prezident Əbülfəz Elçibəyə etimad göstərilməsi ilə bağlı referendum keçirilib və səsverməyə qatılan 3,767, 928 seçicinin 92,02 faizi dövlət başçısına etimad göstərməyib. Referendumdan sonra oktyabrın 3-nə təyin olunan növbədənkənar prezident seçkiləri həm də ən yüksək seçici fəallığı ilə yadda qalıb. Səsvermə hüququna malik seçicilərin 97,6 faizinin iştirak etdiyi üçüncü prezident seçkilərində Heydər Əliyev səslərin 98,8 faizini toplayaraq dövlət başçısı seçilib.
1998-ci il oktyabrın 11-də Azərbaycanda dördüncü dəfə keçirilən prezident seçkiləri günü səsverməyə 3358465 seçici qatılıb (seçicilərin ümumi sayının 79,18 faizi). Seçicilərin 76,11 faizinin səsini qazanan Heydər Əliyev növbəti müddətə prezident seçilib.

Beş il əvvəl, 2003-cü il oktyabrın 15-də isə müstəqil Azərbaycan tarixində beşinci prezident seçkiləri keçirilib. Bu seçkilərdə adı seçici siyahılarına daxil edilmiş Azərbaycan vətəndaşlarının 71,23 faizi səsverməyə qatılıb. Seçkilərin nəticələrinə görə, 76,84 faiz səs toplayan İlham Əliyev qalib gəlib. // qaynar.info

Link:

Qiymətləndir:
3.2