TQDK imtahanlarına girənlərə məsləhətlər…

Əhval-Ruhiyyə:Məzəli emoticon Məzəli & Rahat

İyun ayının 29-u TQDK imtahanlarının başlanğıc günü olduğunu eşidən kimi işimi gücümü atıb keçdim klaviaturanın arxasına. Bir il əvvəl imtahana girmiş bir adam kimi, abituriyentlərin mənə ehtiyacı ola biləcəyini düşündüm. Ancaq yazdığım məsləhətlərdən yalnız 1-2 abituriyent yararlanana biləcək. Bunların səbəbləri:

a) Bu blogun ziyarətçi sayının Azerbaycan futbol üzrə yığmasının seçmə mərhələlərdə qazandığı qələbələrin sayından az olması.

b) Valideynlərin imtahan qabağı uşaqlarına nəzarəti gücləndirməsi.

c) “İndi məsləhət vaxtı deyil, məsləhətdən artıq keçib” - kimi fikirlərin olması

Səbəbləri çox uzatmayaq. Keçək əsas mətləbə. Başlıyaq:

1) İmtahan keçiriləcək binanı mütləq əvvəlcədən tanıyın. Bu sizə imtahan günü binanı tapa bilməyənlərə kömək etmək fürsəti verəcək və əgər kömək etdiyiniz qarşı cinsin nümayəndəsidirsə, potensial sevgili tapmaq şansı da bir tərəfdən yaranacaq.

2) “İmtahan günü mütləq yaxşı bir səhər yeməyi edin” - sözünə qulaq asmayın. Onsuz da sizdə alınmayacaq.

3) İmtahan günü valideynlərinizə, evdə qazı açıq qoyduğunuzu, hətta ütünü pişiyin üstündə unutduğunuzu deyin. Valideynlərin aşağıda sizi gözləməsi, həm sizin üçün, həm də onlar üçün artıq enerji xərcidir.

4) İmtahan günü mobil telefonunuzu söndürün. Beləcə, eyni şeyin minlərcə insana söyləməkdən qurtulacaqsınız. Və bu sizə milyonlarca beyin hüceyrəsini qoruyub saxlamanıza yardımçı olacaq.

5) İmtahan salonunda nəzarətçiyə “İstədiyimiz sualdan başlaya bilərik?” - sualını verin. Beləcə həm siz, həm də digər abituriyentlər psixoloji basqıdan qurtulmuş kimi olacaq. Amma bu yardımçı olmaya da bilər.

6) Nəzarətçinin köçürmədiyinizə əmin olması üçün ilk yarım saatda özünüzə arxayınmışsınız kimi davranın. Ağzınızı büzüb : ” Eh, bu ne asan suallardı belə” havasına bürünün. Yarımsaatdan sonra nəzarətçi köçürənin olmadığına əmin olub, yerinə oturacaq. Və siz də əvvəlki düşük özünəarxayınlığınıza qayıdıb, sualları cavab verəcəksiniz.

7) İmtahan vaxtı bir sualda vaxtınızı boş xərcləməyin. Həmən dəqiqə yanınızda oturan abituriyentə müraciət edin. O da bilməsə, rahatlıq hissinin sizi bürüdüyünü hiss edəcəksiniz.

8 ) İmtahan qabağı “Birdən instituta girməsəm nə olacaq” suallarına cavab axtarmıyın və heç də narahat olmayın. Bu onsuz da sizin imtahanınız deyil, valideyninizin imtahanıdır. Siz sadəcə bir vasitəsiniz.

Bunları nəzərə alsanız. İmtahanda müvəffəq olmaq şansınız yüksək olacaqdır. Amma bütün bu məsləhətlər kömək etməyə də bilər.

Link:

Qiymətləndir:
2.5

Комментариев (3) »

admin 29.06.2008 в рубриках: Cızma-qara