«Harda ibadət edirsənsə, ora məsciddir»

Əhval-Ruhiyyə:Rahat

Nəriman Qasımoğlu

05.11.2008
Fərəh Sabirqızı

Azərbaycanda islam deyəndə, bir çoxlarının ağlına molla və məscidlər düşür. Bəziləri müsəlmançılığı əsasən yas və kəbin mərasimləri, nəzir qutuları, hətta mövhumatçılıqla əlaqələndirir. Bu səbəbdən də islam dininə münasibət də birmənalı olmur. Mollaların özləri isə çox vaxt iddia edirlər ki, onlarsız islam dini ola bilməz. Mollaların Allaha daha yaxın olduğunu, onların duasının daha tez eşidildiyini fikirləşənlər də var.
Читать полностью »

Link:

Комментировать »

admin 10.11.2008 в рубриках: Elmi

İspaniyalı nazir çadraya qarşı

İspaniyada Bərabərlik Naziri Bibiana Aido, Avropada Ərəb kişilərinin Qərb modasına ən uyğun paltarlar geyərkən, qadınlara qadağa qoyduqlarını ifadə edərək, "İnsan haqqlarını pozan və ya cinsi ayrı-seçkilik salan mədəniyyətlərin qorunmasına ehtiyac yoxdur" dedi.

Baş nazir Jose Luis Rodriguez Zapatero hökumətinin 31 yaşındakı ən gənc naziri olan və "Mədəniyyətlər İttifaqında qadının rolu" mövzulu bir konfransa qatılan Aido, "qadınlar əgər zorla çadra taxırsa bunun qarşısını alan qanunların olmasını" müdafiə etdi. Aido, "ayrı-seçkilikçilik etməyən və hər vaxt üçün cinsiyyətlər arasında bərabərliyi təşviq edən mədəni ənənələrin isə qorunması və bunlara hörmət göstərilməsi" lazım olduğunu ifadə etdi.
Nazir Aidonun sözlərinə İspaniyadakı Müsəlman dərnəkləri isə sərt reaksiya verdi. Ceutadakı Müsəlman Qadınlar Dərnəyi, Aidonun, "İslam dininin gerçəyini bilməyərək danışdığını" söylədi.

Link:

Qiymətləndir:
2.5

Комментировать »

admin 30.06.2008 в рубриках: Misc