Tag Archive for 'Önər Blog'

Önər Blogun 100-cü post`u

Bu gün Azərbaycanın ən az oxunan blogu, "Önər Blog"un 100-cü yazısı işıq üzü gördü. Bununla əlaqədar Bakı İcra Hakimiyyəti tədbirlər silsiləsi təşkil edəcək. Əvvəlcə Dənizkənarı parkda konsert proqramı təşkil olunacaq. Proqramda Azərbaycan estradasının ən tanınmış simaları, meyxana ustadları, söz xiridarları çıxış edəcəklər. Proqramı Azərbaycan Aşıqlar birliyin sədri Zəlimxan Yaqub aparacaq. Proqramdan sonra Milli Parkda atəşfəşanlıq olacaq. Tədbirdə "Önər Blog" şirkətlər qrupunun sahibi Araz Önərin də iştirakı gözlənilir.
Qeyd edək ki, Önər Blog keçən ildən işə başlasa da, fəaliyyətini rəsmi olaraq bu ilin İyun ayından başlamış sayılır.

100-cü postla əlaqədar Önər Bloga, Azərbaycan respublikasının prezidenti İlham Əliyev, Qarabağ Azadlıq Təşkilatının rəhbəri Akif Nağı, ABŞ prezidenti Barak Obama, Əl Qaidə lideri Usamə Benladen, İraq xalqının ümumilli lideri Səddam Hüseyn, İran İslam Respublikasının prezidenti Əhməd Nejat, Rusiya Liberal Demokratlar Partiyasının lideri Vladimir Jirnovskiy və Microsoft`un prezidenti Bill Geyts təbrik məktubu unvanlayıblar.

Link:

Qiymətləndir:
3.2

Qlobal kriz Önər Bloga mənfi təsir göstərib

Dünyada baş verən Qlobal Kriz Önər blogdan da yan keçməyib. Bizə yaxın olan mənbələrdən aldığımız xəbərə görə, artıq blogun 1000-ə yaxın işçisi işdən azad edilib. Vəziyyətlə bağlı blog sahibi Araz bəylə əlaqə saxlamaq istəsək də, Araz bəyin xaricdə olduğu bildirildi. Qeyd edək ki, keçmiş iqtisadi inkişaf naziri böhranın Azərbaycan təsir etməyəcəyini desə də, vəziyyət bunun əksini deyir. Artıq gələn həftə Önər Blogun səhmləri satışa çıxarılacaq. Önər Blogu almaq istəyənlər arasında rus milyarder Roman Abramoviçin, Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun və başqalarının adı hallanır.

Link:

Qiymətləndir:
3.2

Önər Blog qara sıyahıda

Əhval-Ruhiyyə:Əla

Azərbaycanın ən az oxunan bloglarından biri Önər Blog Azərbaycan Bloglaşdırma Komitəsinin qara siyahısına düşüb. ABK-nın mətbuat xidmətindən verilən açıqlamada səbəb olaraq blogda Azərbaycanın milli mental dəyərlərinin tənqid olunması göstərilir. Komitə səlahiyyətliləri blogun bağlanması üçün məhkəməyə müraciət edəcək. Məhkəmə ABK-nın mövqeyinə uyğun qərar qəbul edərsə, Önər Blog bağlanacaq.

Qeyd edək ki, bu məsələ ilə bağlı Önər Blogun sahibi Araz Önərlə əlaqə saxlamağa çalışdıq, amma Araz bəyi tapa bilmədik. Bizə yaxın olan mənbələrin verdiyi məlumatlara əsasən, Araz bəy ölkəni tərk etməyə hazırlaşır. Araz Önər həmçinin Önər Blogun səhmlərini də satışa çıxaracaq.

Link:

Qiymətləndir:
3.2