Görmədim

Əhval-Ruhiyyə:Rahat

Məmləkətin insanında mən mərifət görmədim,
Yıpranıb axan qanında düz niyyət görmədim.
Ah! Elmü-kitabi qoyub, üz tutdular şəriətə,
Əhli-sünnə, şiəsində, mədəniyyət görmədim.

Bildikləri, insanları istismar etmək gərək,
Seyyidləri, həciləri, bunla yutacaq çörək,
Qızının ver əlinə süd, bir də oyuncaq bəbək,
Məmurunda,düz şərəf,düz ləyaqət görmədim.

Kim sevər bunca şeydən sonra bu cür məmləkəti?
Nə vardır ziyalısı, nə şərəfi, nə də ləyaqəti,
Əhlü-elm olan, qaçıb, xaricdədir səadəti.
Mən gedib tez qayıdan insaniyyət görmədim.

Nə vardır Məmməd Əmin, nə də bir qəpik dəyəri,
Bir çoban var başda, əldə tutubdur yəhəri,
Bir qəpik pul qazanım deyə satır, göy-göyəri,
Sabirinə, Cəlilinə, verdi qiymət? Görmədim.

Link:

Qiymətləndir:
2.5

Комментировать »

admin 09.07.2008 в рубриках: Şeirlər

Mirzə Ələkbər Sabir

Əhval-Ruhiyyə:Gülməli

Bakıda bir kənddə mühavirə
Kəndçi

Denilir “elm oxuyun” sözləri hər anda bizə,
Bunu təsdiq ediyor ayeyi-quran da bizə!

Axund

Hansı qurandır o ki, onda yazılmış bu xəbər?
Şiə mollası yazan türkicə quransa əgər,
Mən onun yazdığı qurana yavıq durmayıram,
Maşa ilə yapışıb, əl də belə vurmayıram.

Kəndçi

Xub, buyur sünin yazan bir neçə təfsiri oxu,
Elmin icabı üçün ondakı təqdiri oxu!

Axund

Oh, apar bir yana at sünin yazan təfsiri!
Başına dəysin onun tərcüməsi, təhriri!
Bizlərə molla filankəs yazan asar gərək!
Biz olaq ondakı məzmunə xəbərdar görək

Kəndçi

O yazıb: yer öküzün buynuzu üstündə durur,
Biz gərəkdir inanaq ki, kişi boylə buyurur?!

Axund

Buna şübhən də var?

Kəndçi

Əlbəttə, inanmam bu sözə!

Axund

Lənətullah, a gavur, şəkk ediyorsan öküzə?!

Link:

Qiymətləndir:
2.5

Комментировать »

admin 09.07.2008 в рубриках: Şeirlər