Əhval-Ruhiyyə:Hirsli

Onlar səni radioda tərifləyir,
qəzetlərdə mədh eləyir.
Onlar səni telegüzgü dağlarında vəsf eləyir.
- Nizamini yetirmisən! Kəhkəşansan! - deyir biri.
- Nəsimini yetirmisən! Qəhrəmansan! - deyir biri.
Biri deyir: - Şərqin gözü!
Biri deyir:- Yer üstündə cənnət özü!
Şadlığından şıllaq atır,
Biri deyir: - Ay can! Ay can!
Sən inanma məddahlara, Azərbaycan!
Читать полностью »
admin 15.10.2008 в рубриках: Şeirlər
Araz Önər
Gecələr mənə səndən danışır,
hər addım başı.
Gəzdiyim qaranlıq küçələrin
səssizliyində.
Yazılmamış şeirlərimdən
misralar deyir,
Dilənməmiş arzularımdan
parçalar deyir,
gecələr mənə.
Soyuq bir qış gününün
rəsmini çəkir,
dadında biraz ətir, biraz qadınlıq
biraz da ölüm qoxan
o qızın gözlərindən danışır
sevgilisiylə görüşmək üçün
atasına dediyi yalan sözlərindən danışır
gecələr mənə.
Xoşbəxt olmaq üçün,dediyim yalanlardan
sevəcəyim qadınlardan, sənsizlik dolu
boş keçirdiyim zamanlardan
yaxşılardan, yamanlardan,danışır
gecələr mənə.
Tanrının mənə verdiyi cismə
etdiyim xəyanətin püskürüb çağlamasından
mələklərin günahlarıma baxıb ağlamasından…
Sənin cismin öldürdü məni
sevişdiyimiz yataqın
ölümsüzlüyündən danışır gecələr mənə…
admin 07.08.2008 в рубриках: Şeirlər
Əhval-Ruhiyyə:Təəccüblü
Qəribə bir meşədəyəm
Qəribə bir peşədəyəm
Məmməd Araz
- Nə qəribə meşədəsən?
Meşə susub…
Zümzüməsi için-için,
Xəzəlləri qalıb çin-çin.
Nə qəribə peşədəsən?
Nəğmələrin pərən-pərən.
Bu meşədə ayıq dolan,
ehmal tərpən.
Читать полностью »
admin 22.07.2008 в рубриках: Şeirlər
Əhval-Ruhiyyə:Rahat
Məmləkətin insanında mən mərifət görmədim,
Yıpranıb axan qanında düz niyyət görmədim.
Ah! Elmü-kitabi qoyub, üz tutdular şəriətə,
Əhli-sünnə, şiəsində, mədəniyyət görmədim.
Bildikləri, insanları istismar etmək gərək,
Seyyidləri, həciləri, bunla yutacaq çörək,
Qızının ver əlinə süd, bir də oyuncaq bəbək,
Məmurunda,düz şərəf,düz ləyaqət görmədim.
Kim sevər bunca şeydən sonra bu cür məmləkəti?
Nə vardır ziyalısı, nə şərəfi, nə də ləyaqəti,
Əhlü-elm olan, qaçıb, xaricdədir səadəti.
Mən gedib tez qayıdan insaniyyət görmədim.
Nə vardır Məmməd Əmin, nə də bir qəpik dəyəri,
Bir çoban var başda, əldə tutubdur yəhəri,
Bir qəpik pul qazanım deyə satır, göy-göyəri,
Sabirinə, Cəlilinə, verdi qiymət? Görmədim.
admin 09.07.2008 в рубриках: Şeirlər
Əhval-Ruhiyyə:Gülməli
| Bakıda bir kənddə mühavirə |
|
| Kəndçi
Denilir “elm oxuyun” sözləri hər anda bizə,
Bunu təsdiq ediyor ayeyi-quran da bizə!
Axund
Hansı qurandır o ki, onda yazılmış bu xəbər?
Şiə mollası yazan türkicə quransa əgər,
Mən onun yazdığı qurana yavıq durmayıram,
Maşa ilə yapışıb, əl də belə vurmayıram.
Kəndçi
Xub, buyur sünin yazan bir neçə təfsiri oxu,
Elmin icabı üçün ondakı təqdiri oxu!
Axund
Oh, apar bir yana at sünin yazan təfsiri!
Başına dəysin onun tərcüməsi, təhriri!
Bizlərə molla filankəs yazan asar gərək!
Biz olaq ondakı məzmunə xəbərdar görək
Kəndçi
O yazıb: yer öküzün buynuzu üstündə durur,
Biz gərəkdir inanaq ki, kişi boylə buyurur?!
Axund
Buna şübhən də var?
Kəndçi
Əlbəttə, inanmam bu sözə!
Axund
Lənətullah, a gavur, şəkk ediyorsan öküzə?! |
admin 09.07.2008 в рубриках: Şeirlər
Əhval-Ruhiyyə:Darıxdırıcı
Sən doğula bilmədin, sevgilim,
mənim kimi gülə-gülə,
Sən gəzə bilmədin mənim kimi,
azad və xoşbəxt…
Sevgilim, sən uça bilmədin mənim kimi,
qanadsız…
Sən qaça bilmədin mənim kimi,
qorxusuz…
İndi, nə qədər çırpınsanda,
Qırsan da , dağıtsan da,
Beyninin dərinliyində özün yaşayırsan,
Özünü adlandırmağa qorxa-qorxa…
Zaman keçəcək,
Sən mənim kimi doğulacaqsan,
Mənim kimi gəzəcəksən,
Uçacaqsan, qaçacaqsan…
Amma anlayacaqsan ki…
Sən yaşaya bilmərsən, sevgilim,
mənim kimi, səbəbsiz.
Sən sevə bilmərsən,
mənim kimi qarşılıqsız, xəbərsiz,
Sevgilim, sən ölə bilmərsən,
mənim kimi, ağrısız, acısız…
admin 06.07.2008 в рубриках: Şeirlər
Bizim demədiyimiz sözləri bizdən sonra hələ deyəcəklər. Bəstələmədiyimiz musiqiləri bizdən sonra bəstələyəcəklər. Oxumadığımız kitablar bizdən sonra hələ yazılacaq.
Qəribədir 32 hərf var və bu hərflərə sığmayacaq qədər milyonlarla söz, 7 not var və bu notlara sığmayacaq qədər milyonlarla musiqi əsərləri. Sevgi də belədir. İki ürək var və bu ürəklərə sığmayacaq qədər hiss, duyğu…
admin 24.06.2008 в рубриках: Misc, Şeirlər
Səhər Gün doğanda ertə çağından,
Sevgililər axışanda dəniz kənarlarına,
Sevişməkdən soyumayanda,
Sevgilərdən doymayanda,
O qayğısız sahillərdə
Nə sən varsan, nə də mən.
Uzaq diyarlardan məktub gələndə,
Gözyaşları damar ağ kağızlara,
Məşüqələr ağlayanda,
Məktubları saxlayanda,
O yadigar məktublarda
Nə sən varsan, nə də mən.
Payız yağışları örtər şəhəri,
Çətir yağışlardan qovar qəhəri,
Görüş yerlərində,
skamyalarda,
Ehtiraslı öpüşlərdə,
Nə sən varsan, nə də mən.
Ayrılıqlar bitirərkən sevgini,
Dul qadınlar sındırarkən güzgünü,
Qara məktub sətirləri,
Kipriklərdə çətirləri,
Erkən bitən sevgilərdə,
Nə sən varsan, nə də mən.
admin 24.06.2008 в рубриках: Misc