Tag Archive for 'Türkiyə'

Fenerbahce - Galatasaray

Əhval-Ruhiyyə:Əla

Qalatasarayımız, Fənərbaxça matçının hazırlıqlarını Florya Mətin Oktay Təsislərində etdiyi məşqlə davam etdirdi. Baş məşqçimiz Michael Skibbe rəhbərliyində mətbuata və tərəfdara qapalı reallaşdırılan məşq, isinmə hərəkətləriylə başladı. İdmanın əsas hissəsində Benfica qarşılaşmasında oynayan oyunçular yenilənmə qaçışı edərkən, qarşılaşmada oynamayan və az oynayan oyunçular qaçışın ardından Cevat Gülər rəhbərliyində xüsusi bir çalışma ilə məşqlərə davam etdilər.

Mehmet Topal, Emre Güngör, Aydın Yılmaz və Shabani Nonda da komanda ilə birlikdə məşqlərə qatıldılar. Harry Kewell, müalicəsinin ardından komandadan ayrı məşq etdi

İsveçdə müalicəsini başa vuran və Türkiyədə Qalatasarayın həkimləri tərəfindən müalicəsinə davam etdirilən Tobias Linderoth məşqlərə qatılmadı. Onun müalicəsi həkimlər tərəfindən davam etdirilir.

Qalatasarayımız, sabah axşam edəcəyi məşqlə Fenerbahce matçının hazırlıqlarını tamamlayaraq düşərgəyə girəcək.

Link:

Qiymətləndir:
3.2

Türkiyədə olanlar barədə

Əhval-Ruhiyyə:Sakit

Avropada soyuq müharibə vaxtından qalma əks-partizanların hamısı aradan qaldırılmışdı. İtaliyada hakim Felice Kassonun inanılmaz səyiylə C.I.A. dəstəkli qurulan təşkilatlar dağıdıldı və iştirakçıların hamısı həbs edildi. Yunanıstanda da soyuq mübaribə dövründən qalma təşkilatlar tək-tək çökür. Bunu əngəlləmək olmazdı və artıq təmizlik sırası Türkiyədə.

Bu quruluşun dilinə dolandırdığı anti-imperialist sözlərə inanmayın, meydanlarda “nə Avropa Birliyi , nə də ABŞ müstəqildir” söyləmlərini də boş verin. Bu insanlar Atatürkü öz mənfəətləri uğruna alət etdikləri kimi, anti-imperializmdən də bir şeylərin üstünü örtmək üçün istifadə edirlər. Zərbələr ölkəsi Türkiyədə edilən həmişə eyni ssenari ilə yazılırdı. Bir zamanlar radikal sol və sağ qüvvələr silahlandırıldı, ölkə bir xaos dönəminə sürükləndi və “xilaskar missiyasına” üstlənən bol ulduzlu hərbçilər yenə də qalib gəldi. Həmişə eyni ssenari oynanıldı.

Bu ölkənin baş naziri, avropalıların “yarmarka, sırk” dedikləri bir məhkəmədə asıldı. Və bu topraklara demokratiya heç bir zaman gəlmədi. Çünki Amerikanın qucağında oturub, anti-amerikaçılığı və Atatürkü dillərindən salmayanlar həmişə fəaliyyətdə oldular.

Və artıq şərəfli insanlar, Felice Kassonun bir zamanlar etdiklərini etməyə başladılar. Toxunulmazlara, mənfəətləri uğruna höküməti taxtdan salmaq üçün ölkəni xaos ortamına sürükləyənlərə TOXUNMAĞA başladılar.

Bəzi qələmlərin yazdığı kimi əfsanə deyil bu ERGENEKON. ERGENEKON bu ölkədə zərbələrə qarşı yüksələn səsin adıdır. ERGENEKON bu ölkədə oynayan böyük və kirli oyunun ifşasının adıdır.

Link:

Qiymətləndir:
2.5

qaçaqmal ölkələr

Əhval-Ruhiyyə:Sakit

Technorati Теги: , , , ,

Önər blog olaraq, balaca bir araşdırma elədik və hansı ölkələrin hansı sahədə qeyri-qanuni fəaliyyət göstərdiyini üzə çıxardıq.Bu sıralamada hansı ölkələrin, hansı qanundankənar işlə məşğul olduqları barədə məlumat olacaq. Sıralamada 5 ölkə yer alır. Və bu 5 ölkənin hər bir-birindən çox fərqli mədəniyyətlərə, siyasi sektora sahib ölkələrdir:

Şəkil: Outlaws filmindən (soldan sağa:Sean Harris, Danny Dyer, Sean Bean, Rupert Friend and Lennie James)

Çin. Bu ölkə, qeyri-qanuni narkotika, siqaret və əsasən də silah alveri məşğuldur. Qeyri-rəsmi mənbələrə əsasən, ölkə qanundankənar silah alveri üzrə dünyada birinci yerdədir.

Birləşmiş Ərəb Əmirlikləri. Əmirliklərdə isə vəziyyət daha fərqlidir. Burada nə siqaret, nə də narkotika alveri çox da məşhur deyil. Əmirliklər qeyri-qanuni insan alveri - qadın alveri ilə məşğuldur. Əmirliklərə qadınlar əsasən, Rusiyadan, Azərbaycandan, Gürcüstandan müəyyən vədlərlə gətirilir. Sonra isə onları bədənlərini satmağa məcbur edirlər.

Türkiyə. Türkiyədə də vəziyyət çox ürəkaçan deyil. Türkiyə qeyri-qanuni, silah, qadın və orqan alveri ilə məşğuldur. Ölkəyə qadınlar əsasən, Rusiya, Ukrayna, Moldova və Azərbaycandan gətirilir. Burada da B.Ə.Ə.-də olduğu kimi qadınlar müəyyən vədlərlə aldadılır. Passportları əllərindən alınır və fahişəliklə məşğul olmağa məcbur edilir.

Rusiya. Rusiya, qadın alveri üzrə ən geridə qalmış ölkədir. Ölkədə demək olar ki, qadın alveri ilə məşğul olmullar. Bunun əksinə isə silah və narkotik maddələrin alveri ölkədə sürətlə inkişaf etməkdədir.

Azərbaycan. Azərbaycan isə bu yöndə bütün sahələr üzrə inkişaf edib. Ölkədə həm qadın, həm narkotika, həm siqaret qaçaqmalçılığı var. Qadın alveri ilə məşğul olan digər ölkələrdən fərqli olaraq, burada yerli qadınlar bu sahədə fəaliyyət göstərir.

Link:

Qiymətləndir:
2.5

Coca Cola`dan Türkiyə millisinə təşəkkür reklamı

Əhval-Ruhiyyə:Rahat & Sakit

teşekkürler başımız dik gezdirenler,

teşekkürler yağmur,

teşekkürler 90+4,

teşekkürler direk,

teşekkürler sakatlıklarla alay eden adam,

teşekkürler dünyanın en iyi kalecisi,

teşekkürler 2 kişilik oynayanlar,

teşekkürler rüştü,

teşekkürler nöbetçi,

teşekkürler Fatih Terim…

sen gururla yürü yolunda ; sesimiz desteğimiz yanında; devamı 2010′da Afrika’da…

Link:

Qiymətləndir:
2.5

Terim gedir…

Əhval-Ruhiyyə:Təəssüflənmiş

Fatih Terim Almaniya ilə oyundan sonra istefa verəcəyini açıqladı. O karyerasını Avropada davam etdirmək istəyir. Terimə uğurlar arzulamaqdan başqa heç bir şey qalmır. Türkiyə millisi ilə çox gözəl bir Euro-2008 keçirən Terim Almaniya məğlubiyyəti barədə bunları dedi:

Layiq olmadığımız bir məğlubiyyət oldu. Çox ucuz qollar buraxdıq. Amma mən futbolçularımla fəxr edirəm. Məğlub olanda da təbrik etməyi bacarmalısan. Almaniyanı təbrik edirəm.

Terimə artıq İtaliyanın Napoli və Almaniyanın Borussia Dortmund klublarından rəsmi təklif gəlib.

Link:

Qiymətləndir:
2.5

Möcüzələrin sonu: Türkiyə məğlub oldu

Əhval-Ruhiyyə:Kədərli & Təəssüflənmiş

Son zamanlarda futboldan belə çox yazmağıma baxmayın. Yazası şeylər çox idi. Amma bu son oldu.Möcüzələr Türkiyənin bugünkü məğlubiyyəti ilə sonlandı. Oyuna çox gözəl başlayan türklər əllərindən gələn hər şeyi etdilər. Amma olmadı. Alman maşını öz işini gördü. İlk qolu türklər vursa da, almanlar Şvayştangerin qolu ilə hesabı bərabərləşdirə bildilər. 79-cu dəqiqədə Klozenin qolu ilə almanlar hesabda irəli keçdilər. Hər şey bitdi deydiyimiz anda 86-cı dəqiqədə meydana yenə Semih çıxdı. Hesab bərabərləşdi. Sonumuzun sonu gəlmişdi, 90-cı dəqiqədə müdafiədə o kobud səhv olmasaydı. Bu dəfə alman müdafiəsinin ən vacib adlarından olan Lahm göründü. Almanlar türkləri, türklərin silahı ilə vurdular. Möcüzələrin sonu gəlmişdi, hakimin fiti ilə…

Yeri gəlmişkən, isveçli hakimin şərəfsizliyi almanlara çox böyük kömək etdi.

Link:

Qiymətləndir:
2.5

Yazıq Terim

İtaliyan idman qəzetlərindən Tuttosport , çərşəmbə günü Terimin Almaniya ilə oyuna cəzalılar və zədəlilər səbəbiylə meydana kimləri buraxacağının böyük maraq doğurduğunu yazdı. Xəbərə əsasən Terimin üçüncü qapıçı Tolga Zenginin hücumçu olaraq meydana çıxacağı gözlənilir.

Digər idman qəzeti LA GAZZETTA DELLO SPORT , Terimin meydana çıxaracağı 11 futbolçunu belə təxmine edir: Rüştü, Sabri, Zan, Hakan, Mehmet Topal,Uğur Boral, Ayhan akman, Aurelio, Kazım, Hamıt, Semih.

Link:

Qiymətləndir:
2.5

Türkləri məğlub etmək…

Dünən internetdə saytları gəzərkən, maraqlı bir şey oxudum. Bir alman forumunda “Türkləri necə məğlub etmək olar?” mövzusunda forum təşkil edilmişdi. Forumda çox qəribə və gülməli cavablar var idi. İndi o cavabları sizlərlə bölüşmək istərdim:

  • Türkləri məğlub etmək istəyən komanda qətiyyən ilk qolu vurmalı deyil.
  • Türkiyəyə rəqib olan komanda hesabda irəli keçərsə, türklərin heç pas verməyə vaxtları qalmamalıdır.
  • Türkiyə ilə oyunda oyunların vaxtı 90 dəqiqə olmamalıdır.
  • Hakimlərdən başqa, heç kəs saatdan istifadə etməməlidir. Heç bir türk oyunçusuna saat bildirilməməlidir.
  • UEFA qaydaları dəyişib, “bir komandanın iki qolu arasında ən az 1 dəyqə vaxt olmalıdı” qaydasını tətbiq etməlidir.

Sabahkı oyun maraqlı olacaq. Deyilənə görə Türk millisinin 3-cü qapıçısı Tolga Zengin hücumçu qismində meydana çıxacaq :). Bilmək olmaz, bəlkə də belə oldu…Amma yenə də mən Türkiyənin qalib gələcəyinə inanıram.

Link:

Qiymətləndir:
2.5