Tag Archive for 'Wordpress'

Reklam və Blog

Əhval-Ruhiyyə:Sakit

Uzun zaman keçdikdən sonra, nəhayət ki, mən də bloguma Google Ads`lər əlavə etməyi qərara aldım. Düşündüm kİ, onsuz da işimiz gücümüz blog, bu tərəfdən yazdıqca, o tərəfdən də çay pulu gəlsin.

Blogdan pul qazanmaq asan iş deyil, amma qeyri-mümkün iş də deyil. Bunun iki yolu var. Birinci yolun adı offline-biznesdir. Qazancın bu yolu mənim blogum kimi, oxucuları az olan bloglar üçündür. Bu yol çox qazanc gətirmir. Çox nadir hallarda offline-bizneslə böyük qazanclar əldə edə bilərsiniz. Çox danışmayım, keçim işin təfərrüatına. Deməli, siz də mənim kimi Google Ads`dən blogunuza bir reklam çərçivəsi əlavə edirsiniz. Və blogunuza girən istifadəçilər bu reklam çərçivəsini kliklədikcə sizin Google Ads`dəki account`unuza 2-3 sent pul əlavə olunur. Account`unuzda 100 dollar pul yığıldıqdan sonra Google həmin pulları sizin adresinizə çek şəklində göndərir və yaxud da, əgər sizin hər hansısa bir bankda Master Card və ya Visa bazalı kartınız varsa pul həmin hesaba köçürülür.

Blogdan pul qazanmağın ikinci üsulu isə oxucuları çox olan bloggerlər üçün daha uyğundur. Bu da canlı biznesdir. Yəni hər hansısa bir şirkətin, saytın reklamlarını blogunuzda yerləşdirib bunun müqabilində pulunuzu alırsınız.

Sonda isə Rusdilli oxucularımıza bu məqaləni oxumağı məsləhət görürəm. Məqalənin müəllifi Temma Maynasdır. Temma məndən bir yaş böyükdür (19 yaşı var), amma valideynlərimdən çox qazanır :).
Məqalənin linki: http://tyomma.ru/mybusiness/

Link:

Qiymətləndir:
2.5

Axtarış motorlarında bloguma keçidlər…

Əhval-Ruhiyyə:Gülməli

Bu gün, Wordpress`in Blog Stats pluginindəki statistik məlumatlara baxdım. Və axtarış saytlarından bloquma edilən açar sözlərini nəzərdən keçirtdim. Ən maraqlılarını sizlərlə bölüşürəm…:)

İmtahan sualları gizli.
bu qardaşımız və yaxud da bacımız, yəqin TQDK imtahanlarının gizli suallarını əldə etmək istəyibmiş. Kimsə ona deyib ki, internetdə nə istəsən tapa bilərsən, o da imtahan suallarıyla bağlı hörmətli GOOGLE müəllimə müraciət edib.

Ən solaxay adam.
Solaxay adam yəqinki hamımız görmüşük. Amma ən solaxay adamı kimdir? başım çıxmadı…

Sevgi smsləri.
Min dəfə demişəm, sevgi yazıb, mənim bloguma girməyin…başqa qapıya!

Mollalar üçün piano çalma kursları.
Bunu şərh etməyi sizin ixtiyarınıza buraxıram…

Ər axtarış sistemi.
Mən artıq potensial ərəm…:) Önər :)

İslama uyğun futbol formaları.
Qardaşımız şəriətə uyğun şalvarlı, cübbəli futbol oyanayan var mı deyə araşdırma eliyib, məni tapıb…:)

Adam yiyən uşaqlar.
Belə psixopatların blogumu ziyarət etməsini istəmirəm… :)

Link:

Qiymətləndir:
2.5

Bu blogun başqa bloglardan fərqi…

Əhval-Ruhiyyə:Əla

Oturdum, fikirləşdimki, görəsən bu blogun digərlərindən fərqi nədi?…az da olsa səbəb tapdım.

  • Bu blog bəzi bloglardan fərqli olaraq insanlararası mübahisələrə səbəb olmur.
  • Blogda adət halına gəlmiş müəllif hüquqlarını tapdalamaq kimi hadisələr baş vermir. Blog müəllifinə aid olmayan yazılarda, müəllifin adı qeyd olunur.
  • Blog hər hansı bir mövzuya şəxsi maraq və şəxsi münasibət çərçivəsindən kənara çıxmır. Blogda olan bütün yazılar blog müəllifinin fikirlərini əks etdirir.
  • Blogun serverinin 4 dəfə çökməyinə baxmayaraq blog hələ də ayaqüstədir :)
  • Blogda Google Adsense yoxdur :)
  • Blogun hakimiyyət strukturlarıyla heç bir əlaqəsi yoxdur …:)

Link:

Qiymətləndir:
2.5

Blogger olmağın sirrləri

İndi bu sualı özünə çox blogger verir. Blogumu məşhurlaşdırmaq üçün nə etməliyəm. Çünki Azərbaycanda bu gün çox yaxşı bloggerlər var halbuki onların blogunu demək olar ki heç kəs oxumur. Fikirləşirəm ki bu problemə son qoymağın vaxtı gəldi.

1. Robotlara işləməyin…! Yadınızdan çıxartmayın ki blog insanlar üçündür, robotlar üçün deyil. Və yazılarınızın başlıqlarını sırf axtarış sistemlərində çıxsın deyə yazmayın, insanlara maraqlı gələn dildə yazın. Bu çox önəmlidi.

2. Yazın! Yazmaq, yazmaq və yenə də yazmaq. Çalışın ki, yeni, xeyirli məlumatlarla blogunuzu doldurasınız. Bu cəhətdən biraz araşdırmaçılıq etmək etmək lazımdır. Blogun tematikasına uyğun yazmağa çalışın. Kontingentinizi özünüz müəyyən edin. Amma diqqət edin ki, bəzən həftəyə 1 yazı, həftəyə 10 yazı yazmaqdan daha xeyirli olur.

3. Şərh yazın. Çalışın blogrolldakı bloglara şərh yazın. Müəllifə sual verin, müəlliflə yazını müzakirə edin. Və cəlb etməyə çalışın. Demək olar ki, bütün bloggerlərə ağıllı şərhlər maraqlıdır və hər biri bu şəhrin kim tərəfindən yazıldığına baxmaq istəyir. Bu vasitəylə də siz özünüzə oxucu qazana bilərsiniz.

4. Dizayna fikir verin. Blogunuzun dizaynına fikir verin. Dizayn blog üçün çox önəmlidi və tematikayla üst-üstə düşməsi əla olar. Çalışın rənglər cansıxıcı olmasın. Belədə blogunuz oxucuya maraqsız gələ bilər.

5. Özünüzü tanıdın. Blogda ilk yazıları çalışın özünüz barədə yazın. Və özünüzü ifadə etməyə çalışın. Özfəaliyyətiniz, adınız, yaşınız barədə oxucunu məlumatlandırın. Bu müəllif barədə qərar verməkdə oxucuya çox kömək edir.

6. Kataloqlar. Blogunuzu açdığınız ilk gündən link mübadiləsi etməyə tələsməyin. Çalışın ilk yazıları özünüzçün və blogdan məlumatı olan oxucular üçün yazın. Bu gedişlə sizin blogunuzun oxucu kontingenti formalaşacaq. Amma RSS kataloqlarda qeydiyyatdan keçməyi məsləhət görərdim: Яндекс.Блоги , Kanban , Plazoo , HeadLines , Technorati .

Link:

Qiymətləndir:
2.5